Facebook Twitter WhatsApp

Meşəyə düşən atəşdən fərqi yoxdur

* Dörd şey gözəl xislətlərdəndir: Doğru söz, doğru iş, səmimi dostluq və əmanətə riayət.

* Həqiqi dost, sıxıntı zamanında köməyə çatandır.

* İstişarə etmədən, yəni məsləhətləşmədən görülən iş, yerinə düşməz.
* Saleh bir kimsədə, xeyirli mal nə gözəldir!

* Dünya həyatı çox qısadır. Axirət əzabları çox acı və sonsuzdur. Bu ikisi arasındakı fərqi yaxşı düşünüb onu nəzərə alaraq hazırlanmaq lazımdır.

* İnsanı tərbiyə etmək, ona ehsan etməkdən daha xeyirlidir.
* İnsanın gözünü torpaqdan başqa bir şey doydurmaz.

* Nəfsini günahdan və pis əxlaqdan qorumayan kimsəyə, elm fayda verməz.
* Xalq yaxşıdırsa, yaxşı idarəçi gələr, xalq pisdirsə, pis idarəçi gələr.

* Başqalarını hər zaman bağışlayın, amma özünüzü əsla bağışlamayın!

* Dünya malına və vəzifəyə qovuşmaq üçün çalışıb, sonra da qəflətən qoyub gedənlərdən ibrət almaq lazımdır.

* Tələsən ya xəta edər, yaxud xətaya yaxın olar.

* Ömür nə qədər uzun olur olsun, ölüm üz verdikdə, o uzunluğun nə faydası olur?

* Ən çətin üç şey: Sirr saxlamaq, dərdləri unutmaq və vaxtı dəyərləndirmək.
* Bir mənfəət üçün edilən yaxşılıq, yaxşılıq sayılmaz.

* İstehza, zarafat və yumor insanın şərəfini azaldır.
* Bir kəsin bir manat haqqını ödəmək, minlərlə sədəqə verməkdən daha xeyirlidir.

* Düşünmədən danışan, peşman olar. Danışmadan əvvəl düşünən salamatlıq tapar.

* Fiqh öyrənmədən təsəvvüflə məşğul olan kimsə, dindən çıxar və zındıq olar.

* Günah olan bir işdə heç kimə yardım etməyin!
* Saçının ağarmasından ibrət almayana, nəsihət kar etməz.

* Nəfsin aldanmasına, dünyanın yalançı və müvəqqəti dadına qapılan, xeyrin dadını ala bilməz.

* İnsan, söyləmədiyi sözün hakimi, söylədiği sözün məhkumudur.

* Göz, Allahü təalanın qüdrət və sənətini görmək üçündür. Dost-tanışın eyiblərini və haramları görmək üçün deyildir.

* Sənə lazım olmayan bilikləri əldə etməyə çalışma! Zəruri məlumatı öyrən və onunla əməl et!

* Səbrin əlaməti; şikayəti tərk etmək, müsibəti və sıxıntıları gizləməkdir.
* Qohumlar arasındakı düşmənlik, meşəyə düşən atəşdən fərqsizdir.

* Haqq yolda olan kimsə, seçilmişlərdəndir. Doğru ilə yanlışı qarışdıran isə, cəfa çəkər.

* Səxavət olmadıqda malın, vəfa olmadıqda isə, yoldaşlığın xeyri olmaz.

* Ən böyük sərmayə, Allahü təalaya güvənib, insanlardan bir şey gözləməməkdir.
* Bilin ki, qəlbin, dilin və bədənin təmiz olması, halal tikə yeməyə bağlıdır.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину