Facebook Twitter WhatsApp

Onlar sizin dostunuz ola bilməz

* Həqiqi imana qovuşmaq üçün, fərzləri ədəblə yerinə yetirmək, halal yemək, haramdan çəkinmək və bunlara ölənə qədər davam etmək lazımdır.

* Bir çox pisliyin açarı, hirslənməkdir.
* Mülayimlik, vüqar və sükunətdir. Hirslənmək isə, qabalığa yol açır.

* Başqasına yük olan kimsə, insanların gözündə alçalar və dəyəri qalmaz.
* Əməl olunmayan və yerinə yetirilməyən sözdə xeyir yoxdur.

* Hikmət on qisimdir. Bunun doqquzu susmaqdır.

* Namaz qılmaq, Quran oxumaq, din elmləri öyrətmək və öyrənmək zikrdir. Hər xeyirli iş zikrdir.

* Mömində, ixlas və peşmanlıq olarsa, Allahü təala onun bütün günahlarını bağışlayar.

* Hüzur on qisimdirsə, doqquzu susmaqdır.

* Düşmənlərinizlə oturub-duran, sizin dostunuz ola bilməz.

* Dörd şey ibadətdəndir: Dəstəmazsız durmamaq, çox səcdə etmək, könlü məscidlərə bağlı olmaq və Qurani- kərimi çox oxumaq.

* Özünə fərz olan elmi öyrənmək, bütün qazanclardan daha yaxşıdır. Hamı üçün elm öyrənməkdən daha yaxşı heç bir şey yoxdur.

* Dini bütöv və vüqar sahibi olun. Çünki belə olan, pis, çirkin, əxlaqa sığmayan şeylərdən uzaq durur.

* Ağzına halva verənlə, ənsənə şillə atan arasında fərq qoyduğun müddətcə, imanın kamala gəlmiş deyildir.

* Ən gözəl nəsihətçi, səni Mövlaya sövq edəndir.
* Şükür; bütün nemətlərin, Allahü təaladan gəldiyini anlamaqdır.

* İbrahim əleyhissalamın şanı, Haqq təalanın düşmənlərindən uzaq durduğu üçün yüksək olmuşdur.

* Allah sevgisi elə bir şeydir ki, hər yaxşılıq, xeyir və üstünlüyün əsası odur.

* Kim Cənnəti sevirsə, Cəhənnəmdən qaçar.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину