* Müsəlman yol işarəsi kimidir. Sizi istədiyiniz yerə aparır. Yol işarəsi olmaq çox qiymətlidir. Çünki Cəhənnəmə aparan yol işarələri də çoxdur. İşarənin maddi dəyəri yoxdur, amma göstərdiyi istiqamət çox mühümdür.
* Allahü təala bir quluna xeyir murad etsə, onun qəlbinə sevdiyi qullarının sevgisini verər. Bir insanın əhli- səadətmi, yoxsa əhli-fəlakətmi olduğu buradan da aydın olur. Ən sevdiyi qul Peyğəmbər əfəndimizdir. Əhli-sünnət alimlərimiz, məzhəb imamlarımız da Peyğəmbər əfəndimizin varisləridir.
* Təsadüfi suyu içmədiyimiz kimi, təsadüfi kitabı da oxumaq olmaz. Əhli-sünnət etiqadı təmiz su kimidir. Əhli-sünnət alimləri bu suyu, içinə çirkab bulaşdırmadan mühafizə edərək bizə qədər çatdırıblar.
* Hər şeyin yenisi məqbuldur, yalnız dostun köhnəsi məqbuldur.
* Peyğəmbər əfəndimizin yolunu bütün dünyaya Əshabı- kiram yaydı. Onlar Peyğəmbər əfəndimizin camaatıdır. Əhli-sünnət vəl-camaat demək, Peyğəmbər əfəndimizin və Əshabı-kiramın yolu deməkdir. Əshabı-kiramın bildirdiyi yol, Peyğəmbər əfəndimizin yoludur.
* İnsanlar üç qrupdur. Bir qismi çörək, su, hava kimidir- hər zaman ehtiyac duyulur. Bir qismi dərman kimidir- bəzən lazım olur. Bir qismi xəstəlik kimidir - uzaq durulur.
* Məzhəb imamlarımıza, əhli-sünnət alimlərinə, yəni Peyğəmbər əfəndimizin varislərinə qarşı çıxan düzəlməz.... Odla oynamaqdadır.
* Özünü ən qatı bir kafirdən üstün görən, Allahü təalanı tanıya bilməz. O ki kaldı, bir mömin özünü başqa mömindən üstün görsün.
* Axırzamanda güclü axıntının içindən əks istiqamətə gedə bilmək tək fərdin edəcəyi iş deyildir. Bir himmət, bir dua olmasa çox çətindir.
* İbadət et, cihad et, namaz qıl, arxasından tövbə et. Çünki hər əməlimiz qüsur doludur, ərzə layiq deyildir.
В корзине: 0 шт.
на сумму: 0