Facebook Twitter WhatsApp

Mömin çox yaxşı bir tacir olmalıdır

* Müsəlmanlar bir bədən kimidir. Bədəndə olan orqanların dəyərləri eynidir. Bu ondan üstündür demək olmaz. Məsələn, göz, burun, qulaq, əl, ayaq. Bunların hamısı orqanizmin içərisində qiymətlidir. Bədəndən çıxdıqda heç bir dəyəri qalmaz. Orqanizmdə 30 trilyon hüceyrə var. Bunların hamısı hər cəhətdən beynə bağlıdır, tabedir. Əgər bunların beyinlə əlaqəsi qoparsa, o zaman fəlakət olar, Allah qorusun. Təbiblər deyir ki, bir xərçəng  toxuması 4-6 il ərzində əmələ gəlir. Bu müddətin sonunda orqanizmdə əlamətlər müşahidə olunur. İlk 4-6 il ərzində təsadüfən anlaşılarsa anlaşılır. Əlamətləri göstərərək anlaşıldığında çox böyümüş olur. 10 üstü 12 hüceyrə olur. Bu xərçəng orqanizmi məhv edir. Müsəlmanlar da bir bədən kimidir. Bədənin səhhətli olması üçün bütün müsəlmanların başındakı əmirə tabe olması lazımdır. Öz başına heç bir fikir, düşüncə olmamalıdır. Bir bədən kimi hər kəs eyni şeyi söyləməli, eyni şeyi düşünməlidir. Əgər belə olmasa, fərqli olanlar xərçəng hüceyrəsi olar. Nə olar? Nəticədə özü də öləcək, bədən də öləcək. Amma bədən şəhid olacaq, özü Cəhənnəmə gedəcək. 

* Sevgi itaətdir. Yəni sevən, sevdiyinə itaət etməlidir. Sevginin dərəcəsi itaətdəki sürət ilə ölçülür. Mən əhli-sünnət alimlərini, bu böyükləri sevirəm dediği halda itaət etməyən, yalançıdır. Bir bədəndə bir hüceyrə beyinlə əlaqəsini qopardıqda xərçəng olduğu kimi, bu böyüklərlə əlaqəsi kəsilən də düzəlməz. Onların qiymətli əsərlərini oxumalı, əlaqəni heç kəsməməlidir.

* Ölmədən öncə ölmək necə olur? Dünyada inandığımız şeylərin öləndə əslini görəcəyik, ölmədən əvvəl ölmək başımıza gələcək şeyi gəldi bilməkdir.

* Dünyada iki çeşid iş vardır: 
1) Dünyaya yarayan işlər, 
2) Axirətə yarayan işlər… 
(Dünyada dünya üçün görülən işlərin hamısı dünyadır. Hətta namaz belə olsa… Axirət üçün edilən işlər, yəni axirətə göndərilə bilən işlər, axirət işidir…) Hər işimizi edərkən baxmalıyıq; biz bu işi nə üçün edirik. Allah rızası üçün etdiklərimiz axirətdə qarşımıza əcr olaraq çıxacaq. İş axirət işidir. Buna görə də mömin çox yaxşı bir tacir olmalıdır. Axirətdəki nə üçün sualına cavab axtarmalıyıq. Nə üçün yemək yeyirik, nə üçün evlənirik, nə üçün danışırıq... Haramlar bir qırağa dursun... Allahü təalanın rızası üçün olmayan hər iş dünyalıqdır. 

* Allahü təala hər şeyi bir qayə üçün yaratmışdır. Yaradılmağımızın bir məqsədi var yəni. Tabiətdəki canlı- cansız hər şey bir iş üçün yaradılmışdır. İnsanın da yaradılmasının bir qayəsi var; insan da Allah demək üçün yaradılmışdır. Allahü təalanı tanımayan, Onu Rəbb qəbul etməyən, davamlı əmrlərinə qarşı gələn kimsələr nemətə nankorluq etmiş, küfranı-nemət etmiş olurlar. Qurani- kərimdə məalən (Nemətlərimə şükr etsəniz artıraram, şükr etməz nankorluq etsəniz əlinizdən alıb, şiddətli əzab edərəm) buyurulur.

* Müvəffəqiyyətli olmaq üçün özünü (nəfsini) aradan çək. Kafirlər də müvəffəqiyyətli olurlar, ancaq biz öldükdən sonra işə yarayan müvəffəqiyyətdən bəhs edirik. 

* Sevgi varsa məzəmmət vardır. Sevgi yoxdursa mudara vardır.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину