Facebook Twitter WhatsApp

Heç kim son nəfəsdən əmin olmasın

Hikmət əhli buyurur ki:
Həqiqi bayram dörd-beş yerde imtahanı verdikdən sonra axirətdə olacaqdır. Bunlardan biri də ölüm halıdır. Peyğəmbər əfəndimiz and içərək buyurur ki:

Bir mömin ömür boyu Cənnətlik əməl işləyər və artıq Cənnətə girməsinə bir zra, yəni 40–50 santimetr qalmışdır. Orda bir səhv iş görər və Cəhənnəmə gedər. Bir kafir 80 il küfür edər, 80 il üsyan edər, artıq onun Cəhənnəmə girməsinə bir zra qalmışdır. O da tövbə edib kəlməyi-şəhadət gətirər, heç günahsız Cənnətə gedər.”

O halda, Aşərəyi-mübəşşərə xaric heç kim son nəfəsdən əmin ola bilməz. Daima oyaq olmalı, diqqətli olmalıyıq. İmanı başımızın üzərində uçacaq quş kimi bilib, uçmaması üçün diqqətli olmalıyıq.

İkincisi qəbir halıdır. O qəbirdə suallar var, çaşmaq var, Allahü təala mühafizə etsin! Hansı əməllərlə tək başına qalacağıq, ona hazırlaşmalıyıq. Məhşər var, günəş bir mizraq boyda alçalacaq. Düzdür müjdələr var. Möminlər üçün bu iki rükət namaz qılmaq qədər olacaq. Kölgələrin altında olacaqlar, amma bu müjdələr imanla gedə bilənlər üçündür.

Sırat körpüsü var. Asan deyil, orada yeddi sual var. Peyğəmbər əfəndimiz buyurur ki, “yeddinci sualdan hətta peyğəmbərlər qorxmuşdur”. Bu yeddi sual, iman və əhli-sünnət etiqadı, oruc, namaz, həcc, zəkat, qüsul dəstəmazı almaqdır. Yeddincisi də qul haqqıdır. Bu qul haqqından hamımız çox qorxacağıq. Hətta bir adama sərt baxmaq qul haqqıdır. Peyğəmbər əfəndimiz mübarək başı ilə deyil bütün bədəni ilə dönərdi ki, qulun qəlbi qırılmasın deyə. Niyə mənə belə baxdı deməsin deyə.

Bütün bu sualları keçdikdən sonra həqiqi bayram var. Bu qədər təhlükəli, bu qədər qorxulu olan hesabdan, kitabdan, əzabdan qorxuruqsa, bunun bir çarəsi var: Bu hesabı rahat və asan verəcək olan insanlarla birlikdə olmaqdır.
Mövlana Xalidi Bağdadi həzrətləri divanında buyurur ki:
“Allahın dərgahında əhil və naəhil bərabərdir.”
Yəni Allahın dərgahından içəri girməyə layiq biri varsa, Allahü təala, “Onlar mənim sevdiyim bir qulumla birlikdədirsə, hamısını içəriyə alın” buyurur. Biz oraya layiq olmasaq da, hesabdan sonra birbaşa Cənnətə...
Rəbbimiz yaxşılarla birlikdə eyləsin. Başqa cür qurtulmaq çətindir.