* Keçici ləzzətlərə, tez bitən, tükənən dünyalıqlara aldanmayın.
* Qulluq; hər an Allahü təalaya möhtac olduğunu bilmək və Onun Rəsuluna tam tabe olmaqdır.
* Qurani-kərim oxunan evə bərəkət və yaxşılıq gələr. Mələklər toplanar, şeytanlar oradan qaçar.
* Nafilə ibadətlərin fərzlər yanındakı dəyəri, okeanla müqayisədə bir damcı su belə deyildir.
* Mal yığmaq hərisliyi olan insanlar hər zaman sıxıntı və kədər içində olurlar.
* İxlas, dünya faydalarını düşünməyib, ibadətlərini yalnız Allahü təalanın rızası üçün etməkdir.
* Dua möminin silahıdır və dinin dirəyidir. Göylərin və yerin nurudur.
* Allahü təala günahları görür və örtür. İnsanlar isə görmür və söyləyir.
* Ən böyük sərmayə Allahü təalaya güvənib, insanlardan bir şey gözləməməkdir.
* Kim gülərək günah iş görərsə, ağlayaraq Cəhənnəmə gedəcəkdir.
* Ədalət, xalqın diriliyi və düzəni; idarəçilərin isə bəzəyi və gözəlliyidir.
* Mömində ixlas və peşmanlıq olarsa, Allahü təala onun bütün günahlarını bağışlayar.
* Əshabı-kiram yalnız sohbət ilə nəhayətsiz kəmalata vasil olmuşdular.
* Ələm və kədər, ayrılıq və müsibət madam ki, Allahü təalanın iradə və təqdiri ilədir, O halda Ondan gələn hər şeyə razı olmaq lazımdır.
* Ən böyük günahlardan biri də insanları ələ salmaqdır.
* Axirəti verib, dünyanı almaq, yəni Haqdan xalqa tərəf üz çevirmək ağılsızlıqdır.
* İnsanlar arasında ol, ancaq heç kimə yük olma!
* Ağıllı insan qorxduğu başına gəlmədən əvvəl onun çarəsinə baxandır.
* Lazımsız şeylərin arxasından qaçan əhəmiyyətli şeyləri əldən buraxar.
* Günlərin xeyirlisi Cümə, ayların xeyirlisi Ramazan, əməllərin xeyirlisi də vaxtında qılınan namazdır.
* Tədbirini aldıqdan sonra Allahü təalanın təqdirinə bağlanan təvəkkül sahibidir.
* Ana-ataya itaət etmək böyük günahlara kəffarədir.
* Bir insan cahil ikən varlı olduğu halda, alim olduqda möhtac hala düşə bilər. Əgər ruzi ağla və elmə görə verilsəydi, heyvanlar cəhalətləri səbəbiylə həlak olardılar.
В корзине: 0 шт.
на сумму: 0