Facebook Twitter WhatsApp

Həcdə xəstələnməmək üçün

Sual: Həcdə xəstələnməmək üçün nə etməyimizi tövsiyə edərsiniz?

CAVAB

  1. Təmizliyə çox diqqət etmək.
  2. Tərlədikdən sonra mümkündürsə çimmək.
  3. Paltarlar tez-tez dəyişdirilməli.
  4. Gedilən və qalınan yerlərdə də təmizliyə çox diqqət etmək.
  5. İstidə xarab olan yeməklər götürməmək.
  6. Açıqda satılan yeməkləri almamaq.
  7. Çox limon götürmək olar.
  8. Yağlı və ağır yeməklərdən çəkinmək.
  9. Qatıq uyğun bir qidadır. Su ehtiyacı üçün duzlu ayran içmək lazımdır.
  10. Hazır meyvə şirəsi və süd götürmək yaxşıdır.
  11. Hazır mineral sular tövsiyə edilir. Mineral su olmazsa xlorlu su imək.
  12. Tərləmə ilə su və duz itkisi xüsusilə ürək və damar xəstələri üçün daha təhlükəlidir. Bu vəziyyətdə duzlu ayran və ya su içmək lazımdır. (Bir litrə [dörd stəkan] bir çay qaşığı duz bəs edər). İshal olanda da duzlu su içmək lazımdır.
  13. İshal üçün hər hansı dərman yerinə, həkim məsləhətilə uyğun bir dərman içmək lazımdır.
  14. Həddindən çox tərləmək zərərlidir. Duzlu su və ya duzlu ayran içmək. Limonad və limonlu çay da yaxşıdır.
  15. İncə və pambıq paltarlar geyinmək.
  16. Tərli paltarları tez-tez dəyişdirmək.
  17. Gün altında qalmamağa çox diqqət etmək.
  18. Baş gicəllənməsi, şiddətli baş ağrısı, ürək çırpıntısı, hərarət, bulanıq görmə kimi hallar olunca dərhal sərin bir yerə getməli.
  19. Günəş altında çox dayanmamaq. [Xüsusilə günortadan əsrə qədər]
  20. Küçəyə gecələr çıxmaq.
  21. Günəşdə çətirdən istifadə etmək.
  22. Çox istidən çox soyuq yerə getməməyə diqqət etmək lazımdır.
  23. Kondisionerlərdən faydalanmağa çalışmaq lazımdır. 

Yorğunluq

Həddən çox yorulmamaq lazımdır. Çox yorğunluq təhlükəli ola bilər. Nafilələri edim deyərkən fərzdən məhrum qalmamaq lazımdır. Xəstəlik, yaşlılıq və qələbəlik kimi bir üzür ilə vaciblər tərk edilincə heç bir şey lazım olmaz. Bir vəkilə etdirmək lazım olmaz.

Seyid Abdulhakim Arvasi həzrətləri buyurur ki:

  1. Zəmzəmi qabırğa sümükləri şişənə qədər içmək,
  2. Yorğun olmamaq üçün gediləcək yerlərə bir miniklə getmək,
  3. İbadətləri səhhətli yerinə yetirmək üçün yuxunu tam almaq,
  4. Sulu şeylər yeməmək, zeytun və pomidorlu plov yemək,
  5. Zəmzəmi tək içmək, yeməklərdə belə istifadə etməmək lazımdır.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину