Facebook Twitter WhatsApp

Yeməkdən əvvəl və sonra dua etmək

Sual: Yeməkdən əvvəl dua etmək caizdir?

CAVAB

            Bəli, yeməkdən əvvəl də dua etmək caizdir. Bəsmələ çəkmək və xeyir bərəkət üçün dua etmək də yemək-içməyin sünnətlərindəndir. İbni Abbas həzrətləri Rəsulullah əfəndimizin “Yeməyə başladığınız vaxt, “Allahümmə bərik ləna fihi və ətimnə xayran minhü”, deyin” buyurduğunu rəvayət etmişdir. Ənam surəsinin “Üzərlərinə Allahın adını anılmayanlardan yeməyin”  məalindəki  121-ci ayənin Bəsmələsiz kəsilən heyvanların leş olacağını, yeyilməyəcəyini bildirir.  Bəzi alimlər,  “Digər yeməkləri yeyərkən də Bəsmələ çəkin” mənasının  da olduğunu bildirmişdirlər. Burada Allahın adının xatırlanması, yeyiləcək yeməyin qüdsiyyətini, yaxşılığını və davamlılığı sürdürmək üçündür. Beləcə, Allahu təalanı xatırlamış və bu nemətlərin davamlılığını və xeyrini əldə etmiş olarıq. Yemək vaxtı insanların ən çox qəflətə düşəcəyi vaxtdır. Çünki yemək acan nəfsi özünə ən çox çəkən, ona hər şeyi unutduran şeydir.

Yeməkdən əvvəl əlləri yumağı da unutmamaq lazımdır! Hədisi-şərifdə buyuruldu ki:

“Evinin xeyrini istəyən yeməkdən əvvəl və sonra əlini yusun” (İbni Macə)

Sual: Yeməkdən sonra necə dua edilir?

CAVAB

            Yeməyə başlayarkən bəsmələ çəkmək, yəni “Bismilləhirrahmənirrahim” demək və sonunda  “Əlhəmdülillah” demək sünnətdir.

Hədisi-şəriflərdə buyuruldu ki:

Yeməkdən sonra, “Əl həmdü—lilləhilləzi ətaməna hazəttaamə və razəqana min  ğayri havlin minnə və lə  qüvvəh” duasını oxuyanın günahları əfv olar.”

            “Yeyib içdikdən sonra, “Əl həmdü-lilləhilləzi ataməni və əsbəani və saqani və ərvani” duasını oxuyan, anasından doğulduğu günkü kimi günahsız olar.”

Peyğəmbər əfəndimiz yeməkdən sonra “Əlhəmdü—lilləhilləzi  etaməna və saqana və cəaləna müslimin” duasını oxuyardı.

Yeməkdən sonra yuxarıdakı duaların da tərkibində olduğu bu duanı oxumaq daha uyğundur:

“Əlhamdü—lilləhilləzi əşbəana və ərvana min-ğayri—havlin minna və ləquvvəh. Allahummə ət-ım—hüm kəmə ətamuna. Allahümmərzuqnə qəlbən taqiyyən, minəşşirki bəriyyən la kafirən və la şaqiyyən, vəlhamdülillahi rabbilaləmin”


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину