Facebook Twitter WhatsApp

Kımız, kefir, kombu çayı

Sual: İnək südü kefir mayası ilə mayalanır və bu əsnada az da olsa spirt təşəkkül edir. Buna kefir deyilir. Bir də, Kombucha göbələyi ilə əldə edilən və az da olsa içində spirt olan kombu çayı vardır. Kefirin də, kombu çayının da bir çox xəstəliklərə dərman olduğu deyilir. Bunlardan dərman olaraq istifadə etməkdə zərər vardır?

CAVAB

Bu gün kefir və kombu çayının yerini tutan dərmanlar çoxdur. Bunlardan istifadə etməyə zərurət də yoxdur. Əgər, saleh bir həkim, “Kefir və kombu çayı bu xəstəliyə yaxşı gələr, bu xəstəlik üçün mübah başqa dərman yoxdur” deyərsə, o zaman bunlardan istifadə etmək caiz olar. Bir hədisi-şərif məali belədir:

“İhtimar (mayalanaraq spirt təşəkkül) etmiş hər içki haramdır.” (Əbu Davud)

Bu hədisi-şərifin fiqh kitablarında necə açıqlandığına baxaq:

Bal, əncir, arpa, buğda, qarğıdalı, darı, ərik, qaysı, alma və bənzərlərindən biri, soyuq suda qalıb qızdırılmasa da,  içində spirt təşəkkül etdiyi üçün pivə kimi olur. Pivə, dadı acı və kəskin olduğu (içində spirt olduğu) üçün azı da, çoxu da, hər nə məqsədlə içilərsə içilsin, İmam Muhammədə görə haramdır, fətva da belədir. Digər üç məzhəbdə də haramdır. Quruluşları, birləşmələri eynidir, demək deyildir. Çünki, Muhamməd əleyhissəlam, maddələrin həqiqətlərini, fənn bilgilərini öyrətmək üçün deyil, bunların hökmlərini bildirmək üçün göndərilmişdir. At və inək südləri mayalanıb, dadı kəskin olanda pivə kimi spirtli olur. At südündən hazırlanana Kımız deyilir, inək südündən əldə edilənə Kefir deyilir. İçilməsi haramdır. (S. Əbədiyyə)

Portağal və digər meyvələrdəki spirt nisbəti kefirdəkindən çoxdur deyərək kefir içməyi caiz görmək səhvdir. Çünki dinimizdə spirtin azlığı, çoxluğu önəmli deyildir. Bir damcı şərab da haramdır. Amma dinimiz içində spirt olsa da sirkə içməyi və meyvə yeməyi haram etməmişdir. Amma spirt olan içkilərin damcısını haram etmişdir. Deməli, kımızda, pivədə, kefirdə bir damcı spirt olsa da haramdır. Lakin, xəmirdə, meyvədə, sirkədə 10 damcı spirt olsa da haram deyildir. Çünki birində spirt təbii şəkildə olur, o birinin spirtə çevrilməsinə biz səbəb oluruq.

Qatıq və kefir

Sual: Süddən qatıq olanda haram olmur, eyni süddən kefir olanda niyə haram olur?

CAVAB

Ağıl və məntiqlə din olmaz. “Üzümdən bəhməz, sirkə olanda haram olmur, şərab olanda niyə haram olur” deməyə bənzəyir ki, caiz deyildir. Məntiqlə, müqayisəylə din olmaz. O zaman, insan sayı qədər din ortaya çıxardı.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину