Sual: Qan da daxil olmaqla insanın heç bir parçası verilməz, deyilir. Zərurət olanda da verilməz?
CAVAB
Mötəbər din kitablarındakı ifadələr belədir:
Zərurət olanda haramlar mübah hala gələr. (Rədd-ül-muxtar)
Zərurətsiz insanın bir parçasından istifadə etmək haramdır. İstifadə etməsi haram olan şeyi dərman olaraq yemək və içmək də caiz deyildir. (Dürr-ül-muxtar)
Dürr-ül-muxtar kitabını şərh edən İbni Abidin həzrətləri burasını belə açıqlayır:
Haram olan şeyi, tahir (təmiz) olsun, nəcis (pis) olsun, dərman olaraq istifadə etmək haramdır, amma xəstəliyə yaxşı təsir edəcəyi bilinərsə, ondan başqa dərman da yoxdursa, istifadə etmək caizdir. (Rədd-ül-muxtar)
Müsəlman və mütəxəssis həkim şəfa verəcəyini və bu xəstəliyin başqa dərmanı olmadığını söyləyəndə, sidik, şərab və ya qan içmək, leş yemək caiz olar. (Nihayə, Haniyyə, Təhzib)
İnsanın hər orqanı kimi südünü də içmək haramdır. Müsəlman mütəxəssis həkim, qadın südünün mütləq yaxşı edəcəyini və başqa dərmanı olmadığını söyləyərsə, (qan köçürmək) qadın südü içmək və satın almaq caiz olar. (Fəthul-qadir)
Cənazənin saçları tökülərsə, kəfəninin içinə qoyular. Çünki, insanın hər parçası möhtərəmdir. Diri insandan düşən və kəsilən dırnaqları, saçları və dişləri də dəfn etmək sünnətdir. Ölməyəcək qədər leş və ya donuz yeyilir, qan və ya şərab içilir. Yeyib içməyib ölən Cəhənnəmə gedər. (Rədd-ül-muxtar)
İnsanın parçaları möhtərəm olduğu üçün ondan faydalanmaq caiz deyildir. Donuz və insan sümüyü ilə müalicə olmaq məkruhdur, çünki bundan faydalanmaq haramdır. Kübrada da belədir. (Fətavai-Hindiyyə) “Zərurətsiz belə etmək caiz deyildir. Amma yuxarıda din kitablarının da bildirdiyi kimi zərurətlə edilərsə caiz olar.”
Bir orqanı xilas etmək, həyatı xilas etmək kimi zəruridir. Diri insanın orqanını, ətini yemək, bir qadının südünü içmək caiz deyildir. Qanını köçürmək isə caizdir. (Məcmuə-tül müəllim)
Tibb elmini öyrənmək və müalicə etmək fərzi-kifayədir. Yeni ölən bir insanın qəlbini və başqa orqanlarını diri insana köçürmək caizdir. Bu iş ölüyə təhqir olmaz. Zərurət olanda bir çox qadağanlar mübah olur. Ölünün də bir yerini kəsmək haramdır. İnsana ölüncə də qiymət vermək, hörmət göstərmək vacibdir. Lakin zərurət olanda bu haramlıq qalxar. Müsəlman mütəxəssis həkim bir xəstənin ölümdən xilas olması üçün qan, diridən və ya ölüdən orqan nəqlindən başqa çarə olmadığını bildirdikləri vaxt buna tabe olmaq lazımdır, din ayrılığına baxılmaz. İslam dini səhhəti qorumağı və bədənin sağlamlığını əmr edir. Xəstəyə qan vermək insani vəzifədir. Çünki, həyatı qorumaq, bəzən qan verilməsinə bağlı olmaqdadır. Qan vermək, süd qardaşlığına səbəb olmaz, nikahı da pozmaz. (Həyd-ül-İslami)
Ölüm təhlükəsi varsa və başqa çarə də yoxdursa qan vermək caiz olar. (S. Əbədiyyə)
İnsan parçalarından istifadə etmək və satmaq haramdır. Zərurət olanda caiz olar. (İslam Əxlaqı)
Hənbəlidə, ixtilaf varsa da, qadın südünü və faydalanılan hər şeyi satmaq caizdir. Şafiidə də belədir. Kölə satıldığı kimi digər orqanlar da satılar. Qopan üzvü satmaq haramdır, çünki istifadə edilə bilməz. (Buradan qopan üzvdən istifadə edilərsə caiz olacağı çox açıqdır.) Hənəfi və Malikidə isə zərurətsiz qadın südü də, digər orqanlar da satılmaz. Zərurət olanda caiz olar. (Əl Muqni)
В корзине: 0 шт.
на сумму: 0