Sual: Göz muncuğu taxmaq caizdir?
CAVAB
Bəli caizdir.
İbni Abidin həzrətləri buyurur ki:
“Nəzər dəyməmək üçün tarlaya sümük, müqəvva, heyvan başı qoymaq caizdir. Bir qadın tarladakı məhsula nəzər dəyməməsi üçün nə edəcəyini soruşanda, Rəsulullah “Tarlaya heyvan başı as” buyurur. Baxan əvvəl bunu görər, tarladakı məhsulu sonra görər.” (Rədd-ül muxtar c.5, s.232 və 275)
Göz muncuğu və ya heyvan başı nəzərə mane olmaz. Nəzəri önləyən Allahu təaladır. Baxan kimsə əvvəl bunları görəndə, gözlərindən çıxan zərərli şüalar bunlara dəyər. Nəzərin haqq olduğu ayəti-kərimə ilə sabitdir. Hədisi-şərifdə də “Nəzər haqdır” buyuruldu. (Müslim)
Oğlan uşağına qızıl göz muncuğu taxmaq
Sual: Oğlan uşaqlarına da qızıl göz muncuğu taxmaq caizdir?
CAVAB
Qızıl göz muncuğu taxmaq caiz, bəzək olaraq taxmaq caiz deyildir. Maşallah yazılı qızılı uşağın yastığına və ya beşiyinə tikmək və ya taxmaq çox yaxşı olar. Göz muncuğu olduğu üçün üstünə də taxmaq caizdir.
В корзине: 0 шт.
на сумму: 0