Facebook Twitter WhatsApp

Divara rəsm asmaq

Sual: Atamızın və xocamızın rəsmini divara asmaq uyğundur?
CAVAB
Uyğun deyildir. Üç zərəri vardır:
Birincisi, insan və heyvan rəsmini beldən yuxarı asmaq haramdır. Bitki və cansızların rəsmini asmaqda zərər yoxdur.
İkincisi, canlı rəsm olan otağa rəhmət mələkləri girməz. Rəsmli qəzet belə olsa girməz. Qəzeti oxuduqdan sonra bağlı bir yerə qoymaq lazımdır! Hər cür rəsmi albomda saxlamaq lazımdır. Rəsmlər bağlı yerdə olarsa rəhmət mələkləri girər.
Üçüncüsü, divarda rəsm olan otaqda namaz qılmaq məkruh olar.
Sual: Arxadan çəkilmiş rəsmi divara asmaq caizdir?
CAVAB
Caizdir, namaza zərəri olmaz.
Sual: Namazı məkruh etməyən rəsmli otağa rəhmət mələyi girər?
CAVAB
Girər. Çünki rəsm hökmündə deyil.
Sual: Bitki rəsmləri xaric, insan və heyvan rəsmlərini divara asmağa haram deyilir. Divara asmayıb yazı stolunun, masanın üstünə qoysaq uyğundur?
CAVAB
Beldən yuxarı isə yenə haram olar. Beldən aşağı bir yerdə olarsa haram olmaz, amma açıqda olduğu üçün yenə o evə rəhmət mələkləri girməz. Qapalı bir yerə, məsələn, alboma qoymaq lazımdır.
Beyt otaq deməkdir
Sual: Bir hədisdə, rəsm olan evə rəhmət mələklərinin girməyəcəyi bildirilir. Evin bir otağında rəsm olsa, digər otaqlara rəhmət mələkləri girməz?
CAVAB
Burada beyt, ev deyil, otaq deməkdir. Onun üçün digər otaqlara girər. Beyt, ümumiyyətlə otaq mənasında istifadə edilər. Bir neçə örnək verək:
1- Beytullah: Allahın evi, yəni Kəbə deməkdir. Tək otaq şəklindədir.
2- Beyti maqdis (müqəddəs): Məscidi-Əqsadir.
3- Beyti atiq: Kəbəyi-Müazzama.
4- Beytülmal: Xəzinə otağı.
5- Beyt-ül ənkəbut: Hörümçək evi, hörümçək yuvası, hörümçək toru.
6- Beyt-üz-zifaf: Gərdək otağı. Bunu gərdək evi deyə tərcümə etmək səhv olar. Gərdəyə bir otaqda girilir. Evin bütün otaqlarına gərdək otağı deyilməz.
7- Beyt-ül əruz: Gəlin otağı.
8- Beyt-ül ədəb: Ehtiyac aradan qaldırma evi, tualet. Beyt-ül rahati də deyilir. Rahatlama evi deməkdir. Ev deyil otaqdır. Köhnədən dəstəmazxana deyərdilər, dəstəmaz evi mənasındadır. Xana yəni ev deyilsə də, bir otaqlı kiçik bir yerdir.
9- Beyt-ül halə: Ev boşluğu, yəni ayaqyolu, tualet.
10- Lüğətlərdə, dar sözü məskən olaraq bildirilir. Füqəha isə, dar sözünü, içində bir neçə beyti (otağı) və həyəti olan yer deyə təsvir edir.
Onun üçün, “Rəsm olan beytə rəhmət mələkləri girməz” hədisi-şərifindəki beyt kəliməsini, ev olaraq deyil, otaq olaraq anlamaq lazımdır. Əgər səhv olaraq ev deyilirsə, evin beş otağı da olsa, oraya rəhmət mələkləri girməz. Hətta binadakı digər evlərə də girməz. Otaqlar müstəqil olduğu kimi, evlər də müstəqildir. O zaman bir otaqda rəsm olarsa, bütün binadakı ev və otaqlara rəhmət mələkləri girməz. Hətta qonşu binalara da girməz. Belə düşünmək çox səhv olar. Hər otaq müstəqildir. Evin bir otağı tualet olduğu kimi, başqa otağı da namaz otağı ola bilər.
Rəsmə təzim etmək
Sual: Bir rəsmə təzimə, bəzən haram, bəzən küfr olar, deyilir. Təzim etmək nə deməkdir?
CAVAB
Bir rəsmi beldən yuxarı asmaq ona hörmət sayılar ki, haramdır. İnsan rəsminə təzim etmək iki səbəblə olar:
1- Xocasının, atasının, övliyanın rəsmi olduğu üçün hörmət edər. O kimsədə ilahlıq sifətlərindən, yəni Allahu təalaya məxsus olan sifətlərdən birinin olduğuna inanmaz. Onu məxluq bilər. Onu sevdiyini bildirmək və ya onu sevindirmək üçün hörmət edər. Belə hörmət etmək, küfr olmazsa da, haram olar. Müsəlman olmayanların rəsmlərinə belə təzim etmək küfr olar.
2- Rəsmin sahibində və ya atəş, günəş, inək kimi hər hansı bir şeydə yaxud xaçda ilahlıq sifəti olduğuna inanaraq, istədiyini yaradar, hər istədiyini edər, deyərək təzim etməksə, küfr, şirk olar.
Ov heyvanından bəzək olaraq istifadə etmək
Sual: Ov heyvanlarının içini doldurub müqəvva kimi bəzək olaraq istifadə etmək caizdir?
CAVAB
Caiz deyil. Rəsmdən daha zərərlidir.
Rəsm və fotoqraf
Sual: Bir zərurət olmadıqca, insan və heyvan rəsmi çəkilmir. Fəqət fotoşəkil çəkmək caiz olduğuna görə, açıqda fotoqraf saxlamaq, yüksəyə fotoşəkil asmaq caiz olmaz?
CAVAB
Rəsm çəkməklə fotoşəkil çəkmənin hökmü fərqli isə də, rəsm kimi, fotoşəkili də yüksəyə asmaq caiz deyil. Açıqda fotoşəkil olan otağa da rəhmət mələkləri girməz.
Qapalı rəsm saxlamaq
Sual: Bir rəvayətdə deyilir: Rəhmət mələkləri, övliya bir şəxsə “Xalçanın altında rəsmlər varkən biz, vəfat edənin yanına girmərik” demişlər. Rəsmləri, bağlı olaraq da saxlamaq caiz deyil?
CAVAB
Rəvayətdən hökm çıxarmaq, səhv olar. Rəsmləri, bağlı yerdə, örtülü olaraq saxlamaq caizdir. Namazı da məkruh etməz. (Hədiqə)
Divara xalça asmaq
Sual: Divara hər cür xalça asmaq caizdir?
CAVAB
Divara soyuğa qarşı, yun və ya ipək xalça asmaq, caizdir. Zinət, yəni bəzək üçün olarsa məkruhdur. Üzərində canlı rəsmi olarsa haram olar.
Divara rəsm asan
Sual: Evinin divarında insan və ya heyvan rəsmi olan bir kimsə, bizi yeməyə dəvət etsə, getmək uyğundur?
CAVAB
Divarda insan və ya heyvan rəsmi olan evə, zərurətsiz getmək olmaz. (Əhya-ül-ulum)
Divara rəsm asmaq
Sual: İnsan və ya heyvan rəsmi asılan otağa rəhmət mələklərinin girmədiyini və o otaqda qılınan namazın məkruh olduğunu bilirik. Fəqət hörmət etməmək şərti ilə, namaz qılınmayan və ya davamlı oturulmayan bir otağa, məsələn mətbəxin, hamamın divarına canlı rəsmi asmaq caiz olmaz?
CAVAB
Xeyr, caiz olmaz. Yüksəyə asmaq hörmət etmək deməkdir. Canlı rəsmini beldən yuxarı asmaq, bu rəsmlərə hörmət olub, haram olar.
Mübarək şəxslərin rəsmlərini yüksəyə asmaq haram olduğu kimi, bunları aşağı yerlərə qoymaqda haramdır. (S. Əbədiyyə)
Yüksəyə asmaq canlı rəsminə hörmət olacağı üçün, aşağı qoymaqda bu şəxslərə təhqir olacağı üçün haram olur. Bağlı yerdə, albomda mühafizə etmək lazımdır.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину