Sual: Xınanın əhəmiyyəti nədir?
CAVAB
Xınanın əhəmiyyəti hədisi-şəriflərdə belə bildirilir:
“Xına yaxın. Çünki gözəlliyinizi, gəncliyinizi və nikah sevginizi artırar.” (Əbu Nuaym, Bəzzar)
“İlk xına yaxan İbrahim Peyğəmbərdir. Qara ilə də ilk boyanan da Firondur.” (Deyləmi)
“Əri ölən qadın (iddəti bitənə qədər) bəzəkli paltar geyinməz. Zinət də taxmaz, xına sürtməz və sürmə çəkməz.” (Müslim)
“Boyanmanın ən yaxşısı xına ilə olanıdır.” (Deyləmi)
“Qocalığınızı xına ilə aradan qaldırın. Çünki bu, üzləriniz üçün gözəllik, ağızlarınız üçün xoşluq, qadın üçün qüvvətdir. Xına, Cənnət əhlinin qoxusunun seyididir və xına küfr ilə imanı ayırar.” (İ. Asakir)
“Bunlar Lut qövmünün pis əxlaqındandır: Kişilərin saqqız çeynəməsi, yol üstündə misvaqdan istifadə etmək, fit çalmaq, göyərçinlə oynamaq, kişilərin barmaqlarına xına yaxması, sinəsi açıq gəzmək.” (Deyləmi)
“Xına ilə boyanın. Çünki o gözəl qoxuludur və qorxunu götürər.” (Hakim)
“Saçlarınızı xınalayın və yəhudilərə bənzəməyin!” (İbni Adiy)
“Saqqallarınızı xınalayın. Çünki mələklər möminin xına sürməsinə sevinər.” (İ. Adiy)
“Peyğəmbər əfəndimiz, başından narahat olana “Get hacamat ol” ayağından narahat olana “ Get ayağına xına qoy” deyərdilər.” (Tabərani)
“Rəsulullaha vəhy gələndə, başına ağrı gələr və başına xına qoyardılar.” (İbni Sünni)
“Bədənində bir yara olarsa, üzərinə xına qoyardılar.” (İbni Macə)
“Qadının əlində xına əsəri olmasını xoş görərdilər.” (Beyhəqı)
Qadınların xına yaxması
Sual: Qadınlar əllərinə xına yaxırlar, saçlarını boyadırlar və ya müxtəlif dərmanlarla saçlarının rənglərini açdırırlar. Bunlar caizdir?
CAVAB
Hamısı caizdir. Ancaq yad kişilərə göstərə bilməzlər. Yad kişilərə göstərməmək şərti ilə qadının hər bəzəyi caizdir. Ər üçün bəzənmək sünnə, yadlar üçün bəzənmək haramdır.
Kişilərin xına yaxması
Sual: Kişinin saç tökülməməsi və ya baş ağrısı üçün xına yaxması caizdir?
CAVAB
Bəli, caizdir. Müalicə məqsədi yoxdursa, caiz olmaz.
Sual: Xına, qüsula və dəstəmaza mane ola bilər?
CAVAB
Mane deyildir. Xına mürəkkəb kimidir, altına su keçirir.
Sual: Ölmüş qadının başına xına qoyulması caizdir?
CAVAB
Bəli.
Təkrar xına yaxmaq
Sual: “Xına yaxılan ələ təkrar xına yaxılarsa insan iki dəfə evlənər” deyilir. Bu doğrudurmu?
CAVAB
Xeyr, doğru deyil, xurafatdır. İki dəfə də, üç dəfə də yaxıla bilər. Sadəcə əri ölən qadın, iddət müddətində xına yaxa bilməz. Bir hədisi-şərif məali belədir:
“Əri ölən qadın (iddəti bitənə qədər) bəzəkli paltar geyməz, zinət taxmaz, xına sürməz və sürmə çəkməz.” (Müslim)
Bir başqa xüsus da, xına zinətdir. Qadın xınalı əlini, yad kişilərə göstərə bilməz. Kişi isə, hər halda zinət üçün xına yaxa bilməz.
В корзине: 0 шт.
на сумму: 0