Facebook Twitter WhatsApp

Təvazökar olmaq

Sual: Təvazökar olmaq üçün nə etmək lazımdır?

CAVAB

Allahu təala bütün kitablarda, kibri pisləmiş və qadağan etmişdir. Qurani-kərimdə, “Allah kibrli olanları əlbəttə sevməz!” buyurulmuşdur. (Nəhl 23)

Ağılı olan, özünü və Rəbbini tanıyan, heç kibrlənə bilər? İnsan alçaqlığını, acizliyini, Rəbbinə qarşı hər an bəlli etmək məcburiyyətindədir. Bunun üçün hər an hər yerdə acizliyini göstərməsi, təvazö üzrə olması lazımdır. Hədisi-şərifdə də buyuruldu ki:

“Allah rizası üçün təvazö edəni,  [özünü, Müsəlmanlardan üstün görməyəni] Allahu təala yüksəldər.” [Bəzzar]

Təvazökar ola bilmək üçün dünyaya nə üçün gəldiyini, hara gedəcəyini bilmək lazımdır. İnsan heç yox idi. Əvvəl bir şey edə bilməyən, hərəkət edə bilməyən körpə oldu. İndi də hər an xəstə olmaq, ölmək qorxusundadır. Nəhayət öləcək, çürüyəcək və torpaq olacaqdır. Dünya zindanında, hər an, nə vaxt əzaba götürüləcəyini gözləyər. Öləcək, leş olacaq, böcəklərə yem olacaq, qəbir əzabı çəkəcək, sonra dirilib qiyamət əzablarını çəkəcəkdir. Cəhənnəmdə sonsuz yanmaq qorxusu içində yaşayan kimsəyə təkəbbür yaraşar yoxsa təvazö?

Kibr nə qədər pisdirsə, təvazö o qədər yaxşıdır. Hədisi-şəriflərdə buyuruldu ki:

“Allah üçün əfv edənin şərəfi artar, təvazö edən də ucalar.” [Müslim]

“Adam kibrlənəndə, iki mələk, “Ya Rəbbi bunu alcalt!” deyərlər. Təvazökarlıq edərsə, “Ya Rəbbi bunu yüksəlt” deyərlər.” [Beyhəqı]

“Zillətə düşməyəcək şəkildə təvazö göstərənə müjdələr olsun!” [Tabərani]

“Allahu təala təvazö edəni ucaldar.” [Bəzzar]

“Şərəf təvazödadır!” [İ. Əbiddünya]

“Adam təvazö edəndə, Allahu təala onu yeddi qat göylərə qədər yüksəldər.” [Beyhəqı]

“Təvazö edin ki, Allahu təala sizə rəhmət etsin!” [İsfəhani]

“Təvazökar olana təvazö göstər, kibrliyə də kibrli görün.” [İ.Qəzali]

“Allahu təala, təvazö üzrə olmağımı əmr etdi. Heç kimsə böyüklənməsin!” [Əbu Davud]

“Təvazö edən, halal qazanan, əxlaqı gözəl olan, hər kəsə qarşı yumşaq olan və heç kimə pislik etməyən, insanların yaxşısıdır.” [Bəriqa]

“İmanın kamalını istəyən, təvazö göstərsin.” [Bəriqa]

Bir mənqibə: Bir abid ibadət etmək üçün dağa çıxar. Bir gecə yuxusunda, “Filankəs çəkməçiyə get! Sənin üçün dua etsin” deyilir. Abid dağdan enər, adamı tapar, nə iş etdiyini soruşar. Adam gündüzləri oruc tutub, ayaqqabı işlərində çalışdığını, qazandığı pul ilə ailəsini dolandırdıqdan sonra qalanını sədəqə verdiyini söyləyər. Abid, adamın gözəl bir iş etdiyini anlayar, fəqət, özünün dağda tək ibadətlə məşğul olmasının daha yaxşı olduğunu düşünər və təkrar ibadətinə qayıdar. Yenə gecə yuxusunda, “Çəkməçiyə get və ona, “Bu üzündəki saralmağın səbəbi nədir?” deyə soruş” deyilir. Abid gedib soruşar. Çəkməçi, “kimi görsəm, bu xilas olacaq, mən həlak olacam deyib özümdən qorxuram. Üzümün saralması bundandır” deyər. O vaxt abid çəkməçinin bu qorxu və təvazö ilə üstünlük qazandığını anlayar.

Təvazö haqqında böyüklərin sözləri

Təvazö, cahildən və ya uşaqdan da olsa, haqqı eşidincə boyun büküb dərhal qəbul etməkdir.

Təvazö, qarşılaşdığı hər Müsəlmanı özündən aşağı bilməməkdir.

Hər nemət sahibi həsəd edilər. Həsəd edilməyən tək nemət, təvazödür.

Əhli-sünnət olan şərəfli insan, ibadət edib yüksəldikcə təvazö göstərər. Bidət əhli olan pis kimsə isə ibadət etdikcə böyüklənər, hər kəsə yuxarıdan baxar.

Təvazö göstərmək də kibrdəndir. Çünki özündə bir varlıq hiss edən təvazö göstərməyə çalışar. Halbuki təvazökar kimsə, özündə bir varlıq görməz ki, təvazö göstərsin.

Alçaq könüllü olan xilas olar, kibrli olan yanar.

Tanış saleh kəsləri ziyarət etməmək kibr, kasıbları ziyarət təvazö əlamətidir.

Xəstələrlə birlikdə oturmamaq, doğru sözü qəbul etməyib, münaqişə etmək, qüsurunu bildirənlərə təşəkkür etməmək, kasıbın dəvətinə getməmək kibr əlamətidir. Kibrli olan saleh insan ola bilməz.

Kibr hər yaxşılığa maneədir, təvazö hər yaxşılığın açarıdır. Kibrli deyiləm deyən, kibrlidir.

Təvazö gözəldir, zəngində təvazö daha yaxşıdır. Kibr pisdir, kasıbda kibr daha pisdir.

Məhsul, tarladakı sulu və yumşaq torpaqda yetişər, dağda, sərt torpaqda yetişməz. Hikmət də təvazökar olanın qəlbində inkişaf edər, kibrlinin qəlbində inkişaf etməz. Bir kimsə, başını yüksəyə qadırarsa, tavana dəyər və yaralanar, əyərsə tavan ona kölgəlik edər və özünü qoruyar. Ən  böyüyünüz ən kiçikdir. Ən kiçiyiniz də, ən böyükdür. [Yəni, özünü böyük görən kiçikdir. Özünü kiçik görən böyükdür.]

Təvazö nümunəsi

Sual: S.Əbədiyyədə, Albulhakimi Arvasi həzrətlərinin bir məktubunun sonunda, “Mərkəzi dairə iflas və bir nəvai, Ser şarı sahbayı hodgami və na aşına. Əs-Seyid Abdulhakim Arvasi” deyilir. Bu nə deməkdir?

CAVAB

“İflas dairəsinin mərkəzi və bir şeyi olmayan, eqoistliklə dolu və bir şey bilməyən” deməkdir. Böyük şəxslər özlərində heç bir varlıq görmədikləri üçün bütün yaxşılıqları, nemətləri Allahu təaladan bildikləri üçün belə söyləyirlər.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину