Sual: Tələsmək doğrudurmu? Daha çox hansı işlərdə tələsmək lazımdır?
CAVAB
İnsanın fitrətində tələskənlik vardır. İki ayəti-kərimə məalı:
“İnsan tələskən (təbiətcə) yaradıldı.” [Ənbiya 37]
“İnsan çox tələskəndir.” [İsra 11]
Tələsik işə şeytan qarışır. İki hədisi-şərif məalı:
“Tələsmək şeytandan, təmkinli olmaq Rəhmandandır.” [Tirmizi]
“Təmkinli olan məqsədə çatar, tələsən xəta edər.” [Beyhəqı] “Təmkinlilik, tələskənliyin əksidir.”
O halda işlərdə tələsməməli və dərhal qərar verilməməlidir. Tələsik verilən qərarlara şeytan qarışır. Nəfsin istədiyi bir şey ağıla gəlincə şeytan, “Fürsəti qaçırma, dərhal et!”, deyər. Onun üçün qəlbə gələn şeyi etmədən əvvəl bu işdən Allahu təala razıdırmı, savabdırmı, günahdırmı deyə düşünmək lazımdır! Günah deyilsə etmək lazımdır! Beləcə, təmkinlə hərəkət edilmiş, yəni tələskənlik edilməmiş olur.
Yalnız 5 yerdə tələsmək olar:
“Dinini, əxlaqını bəyəndiyiniz bir kimsə qızınıza elçi düşərsə, dərhal onunla evləndirin. Əgər evləndirməsəniz fitnə və fəsada səbəb olarsınız.”[Tirmizi]
İbadətləri və xeyirli işləri etməkdə tələsmək lazımdır. Bir neçə hədisi-şərif məalı:
“Ölmədən əvvəl tövbə edin! Xeyirli işləri etməyə maneə çıxmadan əvvəl tələsin! Allahu təalanı çox xatırlayın! Zəkat və sədəqə verməkdə tələsin! Beləcə Rəbbinizin ruzilərinə və yardımına qovuşun!” [İbni Macə]
“Sədəqə verməkdə tələsin, çünki bəla sədəqəni önləyə bilməz.” [Beyhəqı]
“Beş şey gəlməzdən əvvəl beş şeyin qiymətini bilin: Ölməzdən əvvəl həyatın qiymətini, xəstəlikdən əvvəl sağlamlığın qiymətini, dünyada axirəti qazanmağın qiymətini, yaşlanmadan
gəncliyin qiymətini, kasıblıqdan əvvəl zənginliyin qiymətini.” [Hakim]
Zəkatını verməyən və malını axirət yolunda sərf etməyən kasıb olduqdan sonra çox peşman olar.
Bir hədisi-şərif məalı:
“Təsvif edən həlak olar.” [Bəriqa] (Təsvif, xeyirli işi sonraya saxlamaqdır.)
İfrat və Təfrit ziyanları
Tənbəllik, bir işi gecikdirmək, sonraya saxlamaq necə pisdirsə, tələsmək də pisdir. Bunun biri ifrat, digəri təfrittir. Dinimiz orta yolu, həddi aşmaqdan uzaq olmağı əmr edir. Hədisi-şərifdə buyuruldu ki:
“Həddini aşan həlak olar.” [Müslim]
Bir şəxs israfçı olarsa buna ifrat, bir kimsə də xəsislik edərsə, buna da təfrit deyilir. Dinimiz hər iki halda həddi aşmağa qadağa qoymuşdur. Furqan surəsinin 67-ci ayəti-kəriməsində israf edənlərlə xəsislik edənlər pislənmiş, ikisinin ortası olanlar mədh edilmişdir .
Tələsən ümidsizliyə düşər. Yəni tənbəllik və bezdiricilik əmələ gəlir. Xeyirli bir işin olması üçün tələsən gecikərsə, bezməyə, ümidsizliyə düşər. Dua edər, dərhal duasının qəbul olmasını istəyər. Duası gecikərsə duanı tərk edər, məqsədindən məhrum qalar. Tələsənin ixlası, təqvası pozula bilər. Şübhəli şeylərə, hətta haramlara dala bilər.
Namaz qılarkən tələsən tadili-ərkanı tərk edə bilər. Tez oxuyarkən təcvidə fikir verməyib, səhv oxuya bilər. Ona görə təmkinli olmalı, düşünərək hərəkət etmək lazımdır. Salehlərin vəsfi Qurani-kərimdə məalən belə bildirilir:
“Onlar Allaha və axirətə inanırlar, yaxşılığı əmr edib pislikdən çəkindirməyə çalışırlar, xeyir işlərində bir-biri ilə yarış edərlər. Bax bunlar salehlərdir.” [Ə. İmran 114]
Belə xeyirli işlərin xaricində tələsmək doğru deyildir. Düşünərək hərəkət etmək və xeyirli işlərdə təmkinli olmaq lazımdır.
Hədisi-şərifdə buyuruldu ki:
“Yavaş, mülayim davranmaq Allahın quluna verdiyi böyük bir nemətdir. Tələskən olmaq şeytanın yoludur. Allahu təalanın sevdiyi şey mülayim və ciddi olmaqdır.” [Ə. Yala]
İftarda tələsmək
İftarda tələsmək və sahuru gecikdirmək, bəlkə insanın acizliyini, yeyib içməyə və ümumiyyətlə hər şeyə möhtac olduğunu göstərməkdədir. İbadət etmək də elə bu deməkdir.
Namaz borcu varsa təcili qəza etməli
Fərz namazını üzrlü səbəb olmadan vaxtında qılmamaq böyük günahdır. Təcili qəza etmək lazımdır. Zəruri işlər istisna olmaqla qəza etməyi gecikdirmək də böyük günahdır. Nafilə zəruri iş olmadığı üçün nafilə qılaraq tərk edilən qəzanı gecikdirmək dörd məzhəbdə də haramdır. [Nafilələri qılarkən qəzaya da niyyət etmək lazımdır. Həm sünnət savabı qazanmış olur, həm də namaz borcu ödənilmiş olur.] Düşmən qarşısında bir fərz namazı qılmaq mümkün olduğu halda tərk etmək, 700 böyük günah işləmək kimidir. (Umdət-ul islam)
Tövbə edilən günahlar bağışlanır
İnsan günahını nə qədər çox böyük görərsə o qədər yaxşıdır. Lakin, günahına görə Allahu təalanın sonsuz rəhmətindən ümidi kəsmək caiz deyildir. Hədisi-şərifdə buyurulur ki:
“Allahu təala buyurdu ki: İşlədiyi günahı əfvimin yanında böyük görənə qəzəblənərəm. Əgər tələsmək şənimdən olsaydı, təcili cəza versəydim, rəhmətimdən ümidini kəsənlərə təcili cəza verərdim.” [Deyləmi]
Allahu təala tövbə edilən günahları bağışlayar. Tövbədə tələsmək lazımdır.
Müstəhəb işlər üçün sünnəti tərk etmək olmaz
Cənazə olduğu zaman Ayətül-kürsini və təsbehləri oxumayaraq sünnət tərk edilir. Cənazə səbəbiylə sünnəti tərk etmək düzgün deyildir. Cənazə namazını tez qılmaq müstəhəbdir. Müstəhəb iş üçün sünnəti tərk etmək olmaz. Camaat çox olsun deyə cənazə namazını vaxt namazlarından sonraya saxlamaq məkruhdur. Camaatın çox olması üçün cənazəni saatlarca gözlədib, tələsərək Ayətül-kürsini və təsbehləri tərk etmək düzgün deyildir. Səbəbsiz olaraq heç bir sünnət tərk olunmamalı, ortadan qaldırılmamalıdır.
В корзине: 0 шт.
на сумму: 0