Sual: Xəsis alim ola bilərmi?
CAVAB
Bilikli olmaq ayrıdır, elm ilə əməl etmək ayrı. Dünyada edilən bir yaxşılığa axirətdə 700, hətta daha çox savab veriləcəyınə inanan kimsə, comərd olmağa səy göstərər. Hədisi-şəriflərdə buyuruldu ki:
“Allah qatında comərd cahil, xəsis alimdən daha qiymətlidir.” [Deyləmi]
“Xəsisliklə iman, bir qulun qəlbində əsla birlikdə ola bilməz.”
“Xəsis çox ibadət etsə də Cənnətə girməz. Comərd çox günah işləsə də Cəhənnəmə girməz.” [R. Nasıhin]
Bu hədisi-şəriflər möminlər üçün söylənilmişdir. Kafir comərd də olsa Cənnətə girə bilməz.
[Qeyd: “Xəsis, Cənnətə girməz”, “Xəsislik küfrdür” kimi hədisi-şəriflər açıqlaması ilə birlikdə oxunmalıdır. Açıqlamasız oxunarsa səhv anlamağa səbəb olar. Xəsislik nə qədər pis əxlaq da olsa imansızlıq deyildir. “Xəsis günahının cəzasını çəkməyənə qədər Cənnətə girə bilməz” deməkdir. Hətta, savabı günahından çox gələrsə, Cəhənnəmə girmədən də Cənnətə gedər. Əfvə və şəfaətə nail olaraq da Cənnətə gedə bilər.
“Comərd Cənnətə yaxındır” hədisi-şərifi də belədir. Yəni, comərdin imanı yoxdursa əbədi olaraq Cəhənnəmdə qalar. İmanı varsa, savabları çoxdursa Cənnətə gedər. Əhli-sünnətə görə yaxşılıq edən mütləq Cənnətə, pislik edən mütləq Cəhənnəmə gedər deyə bir şey yoxdur. Bir möminin günahı savabından çoxdursa, əfvə və şəfaətə nail olmamışdırsa, günahının cəzasını çəkdikdən sonra Cənnətə gedər. İmanı olmayan kimsənin isə nə edərsə etsin, heç bir yaxşılığı onu Cəhənnəmdən qurtara bilməz. (İslam Əxlaqı)
Tamah və xəsislik
Sual: Xəsisliklə tamah eynidirmi?
CAVAB
Tamah, mal toplamaq, yığmaq ehtirasıdır. Xəsislik isə, xərclənməsi lazım olan yerdə pul xərcləməkdən qaçmaqdır. Xəsisliyin içində tamah da vardır. Hər xəstəliyin çarəsi vardır. Əvvəl xəstəliyə diaqnoz qoymaq lazımdır! Xəstəlik məlum olduqdan sonra ona uyğun dərman verilər. Allahdan qorxan, pislik etməkdən çəkinər. Tamahın pis olduğunu bilən müsəlman da bundan qaçar. Dinimizdə mal sahibi olmaq pis bir şey deyildir. Qurani-kərimdə mala xeyir adı verilərək təriflənmişdir. [Bəqərə 180]
Hədisi-şərifdə buyuruldu ki:
“Mal, saleh kimsə üçün nə gözəldir.” [Tabərani]
Mal qiymətli olduğu üçün onu israf etmək haramdır. Süfyani Səvri həzrətləri, malın insanın silahı olduğunu söyləyərək insanın canını, malını, səhhətini, dinini, şərəfini mal ilə qoruyacağını bildirmişdir.
Dinimiz malı belə tərifləmiş, lakin mal ehtirasını, mal sevgisini bəyənməmişdir.
Zəngin olmaq başqa, mala sevgi başqadır. Tamah mala sevgidir. Tamahkar malını xeyirli işlərdə istifadə etməz. Mal sevgisinin pis bir şey olduğunu bildirən hədisi-şəriflərdən bir neçəsi belədir:
“İnsan yaşlandıqca iki şeyi gəncləşər: Uzun yaşama arzusu və mal sevgisi.” [Buxari]
“Mal və məqam sevgisinin möminin dininə verəcəyi zərər, iki ac qurdun qoyun sürüsünə verəcəyi zərərdən daha çoxdur.” [Bəzzar]
Qətiyyən tamahkar olmayın! Tamah, yoxsulluğun özüdür.” [Tabərani]
“Qənaət edən, ən çox sükr edənlərdən sayılar.”[İbni Macə]
“Aza qənaət etməyən, çox ilə doymaz.”[Beyhəki]
“Mal və mövqe sevgisi, suyun tərəvəzi yaşıllaşdırdığı kimi qəlbdə nifaqı yaşıllaşdırar.” [İ.Qəzali]
“İnsan oğlunun iki dərə dolu qızılı olsa, üçüncüsünü istəyər. Onun gözünü ancaq bir ovuc torpaq doyurar”. [Buxari]
“Zənginlik mal çoxluğu deyil, könül zənginliyidir.” [Buxari]
Qurani-kərimdə bildirilir ki, İbrahim əleyhissəlam, “Ya Rəbbi, məni və övladlarımı bütə tapınmaqdan qoru!” deyə dua etmişdir. Bütdən məqsəd pul sevgisidir. Demək ki, pulu sevmək bütə tapınmaq kimidir. Bunun üçün “Pula tapınan həlak oldu” buyuruldu. “Qızıl və gümüşün qulu həlak oldu. Sürüşmədi, tamamı ilə həlak oldu” hədisi-şərifi pulu çox sevənlərin aqibətini xəbər verir. (Tirmizi)
Qənaət etmək qədər zənginlik olmaz. “Alim elmə, tamahkar da mala doymaz” buyuruldu.
İnsan ümumiyyətlə, xəsisdir. Qurani-kərimdə məalən buyurulur ki: “De ki, “Əgər Rəbbimin rəhmət xəzinələri sizin olsaydı, tükənər deyə qorxar, yenə də verməyib xəsislik edərdiniz.” Həqiqətən insan çox xəsisdir.” [İsra 100]
“Allahın ehsan etdiyi mal ilə xəsislik edənlər [zəkat verməyənlər] yaxşı etdiklərini [zəngin qalacaqlarını] zənn edirlər? Halbuki özlərinə pislik edirlər. Xəsislik edib vermədikləri o mallar, [Cəhənnəmdə əzab aləti olacaq, ilan şəklində] boyunlarına dolandırılacaqdır.” [Ə. İmran 180]
Xəsisliyin zərərləri
Hədisi-şəriflərdə buyuruldu ki:
“Xəsislik həlak edicidir.” [Tabərani]
“Allahu təala and içərək xəsisin Cənnətə girməyəcəyini bildirdi.” [Tirmizi]
“Xəsis abid olsa da, Cənnətə girə bilməz.” [Tabərani]
“Ən pis xəstəlik xəsislikdir.” [D. Qutni]
“Xəsis elə bir kədərdə boğulur ki, artıq sevinc və fərahlıq üzü görməz.” [İ.Qəzali]
“Hər səhər iki mələkdən biri, “Ya Rəbbi, infaq edənə əvəzini ver!” deyə, digəri də, “xəsislik edənin malını həlak et!” deyə dua edər.” [Buxari]
“Haqqımın zərrəsindən vaz keçmərəm” demək xəsislik üçün kifayətdir.” [Hakim]
“İtirdiyi dünyalığa üzülən, Cəhənnəmə yaxınlaşmış olar.” [İ.Qəzali]
“Ya Rəbbi xəsislikdən sənə sığınıram.” [Müslim]
Döyüşdə ölən oğlu üçün “Vah şəhidim” deyə ağlayan qadına, Peyğəmbər əfəndimiz, “Şəhid olduğunu haradan bilirsən? Bəlkə boş danışan, bəlkə də xəsis idi” buyurdu. (Ə. Yala)
Xəsisliyin müalicəsi
Sual: Xəsislik nədən meydana gəlir? Müalicəsi necədir?
CAVAB
Xəsisliyin digər qəlb xəstəlikləri kimi ixlas nöqsanlığı, iman zəifliyi və hətta küfrlə bağlılığı vardır. Hədisi-şəriflərdə buyuruldu ki:
“Xəsislik küfrdəndir, küfrün yeri də Cəhənnəmdir.”[Deyləmi]
Qurani-kərimdə kafirlərin xəsislik etdiyi bildirilmişdir:
“Xəsislik edən, həm də hər kəsə xəsisliyi tövsiyə edən və özlərinə Allahın daha da çox verdiyini gizləyən kafirlərə xor və alçaldıcı bir əzab hazırladıq.” [Nisa 37]
Xəsislik mal sevgisindən meydana gəlir. Xəsisliyin səbəbi uzun yaşamaq ümidi ilə pulsuz qovuşa bilməyəcəyi arzularıdır. Əcəlinə üç gün qaldığını bilsə xəsisə mal vermək çətin olmaz. Lakin övladları olsa, onların yaşayışını öz yaşayışı kimi qəbul edərsə, xəsisliyi yenə artar. Bu səbəbdən övladlar xəsislik səbəbi ola bilər. Hədisi-şərifdə buyuruldu ki:
“Övlad, xəsislik səbəbidir.” [Hakim]
Qurani-kərimdə məalən buyurulur ki:
“Mallarınız, övladlarınız sizin üçün fitnədir, imtahandır.” [Təğabün 15]
“Mallarınız və övladlarınız sizi Allahı anmaqdan yayındırmasın!” [Münafiqun 9]
Zəngin xəsislər
Kimlərsə çox zəngindir, heç kimsəsi yoxdur, qocalmışdır, öldükdən sonra malının başqasına qalacağını da bilirlər. Buna baxmayaraq sırf mala olan sevgisindən zəkat verməz, xəstələnsə həkimə getməz, bir neçə dərman almaqla kifayətlənərlər. Hətta öz malını yeməyə belə qorxarlar. Pul, insanı ehtiyacını ödəyən bir vasitə olduğu üçün sevilir. Şirinə qovuşduran hər şey şirindir. Xəsis, şirini unutmuş kimi görünər, şirini alacaq pulu sevər.
Malı Allah yolunda xərcləmək üçün yığmağın zərəri olmaz. Hədisi-şərifdə “Yaxşı kimsəyə, malın yaxşısı nə gözəl yaraşır” buyuruldu. Yaxşı yolda xərclənməyən pulun günahı vardır. Həddindən artıq pulu sevmək pisdir. Hədisi-şərifdə “Qızıl və gümüşün quluna [pula tapınana] lənət olsun!” buyuruldu (Tirmizi)
Hər xəstəlik səbəbinin əksi ilə müalicə edilir. Nəfsin müxtəlif arzularından qurtulmanın əlacı aza qənaət və səbirdir. Hədisi-şərifdə buyuruldu ki:
“Allahu təalanın ehsan etdiyi az ruziyə qənaət edən mömin qurtuluşa çatmışdır”. [Müslim]
“Qənaət tükənməz xəzinədir.” [Beyhəki]
“Allahu təala qənaət edəni, qane edər.” [Tabərani]
“Aza qənaət etməyən, çox ilə doymaz.” [Beyhəki]
Aza qənaət etməyən çoxu tapmaz.
Övladlarının kasıb qalacağı qorxusunun əlacı isə xəsisliklə zəngin oluna bilməyəcəyini, tərk etdiyi malları boş-boşuna xərcləyə biləcəklərini, hətta bəzən sərvətin pis yollara sövq etdiyini, zəngin olacaqlarsa bir başqa yerdən buna qovuşacaqlarını düşünməlidir. Hər zənginin miras səbəbi ilə zəngin olmadığını, mirasa qalanların isə boş-boşuna xərclədiklərini də bilmək lazımdır. Övladları yaxşı olarsa Allahu təalanın kafi gələcəyini, pis olarlarsa tərk etdiyi malları pis yolda xərcləyəcəklərini düşünmək lazımdır!
Bir çox xəsisin qəflətlə öldüyünü, həsrət çəkdiyini, tərk etdiyi malı varislərin xərclədiyini göz önünə gətirməlidir. Xəsisliyin hərtərəfli pis olduğunu düşünmək lazımdır.
Həddindən artıq mal sevgisinin əlacı o maldan ayrılıb uzaqlaşmaqdır. Faydalı işdə istifadə etmədiyimiz malı dənizə atıb hədsiz sevgisindən qurtulmaq, xəsisliklə saxlamaqdan daha az zərərlidir. Bir malı xəsisliklə saxlamaq, riya ilə başqasına verməkdən daha pisdir.
Mal ilan kimidir, içində həm zəhər, həm də dərman vardır. Malı istifadə etməyi bilmək lazımdır. Yəni biz malı istifadə etməliyik, mal bizi istifadə etməməlidir!
Xəsislik, verilməsi lazım olanı verməməkdir. Məsələn, yeməyi olanın ac qonşusuna verməməsi xəsislik olar. Comərdlik xəsisliklə israfın arasında orta yoldur. Qurani-kərimdə məalən buyurulur ki:
“Onlar xərclədiklərində nə israf nə də xəsislik edərlər, bu ikisi arasında orta yol tutarlar.” [Furqan 67]
Comərdəm yoxsa, xəsisəm?
Sual: Bir kimsə özünün comərd və ya xəsis olduğunu bilə bilərmi?
CAVAB
Kiməsə bir şeyi vermək çətin gəlmirsə comərd sayılar. Çətin gələrsə comərd sayılmaz. Mürüvvətin əlamətləri ilə kifayətlənən xəsislikdən qurtular.
Mürüvvət, insanlıq deməkdir.
Həzrəti Həsən buyurdu ki: “Mürüvvət qulun dinini mühafizə edib nəfsini qorxutması, qonağını yaxşı qarşılaması, mübahisələrdə gözəl davranması deməkdir. Ucalıq isə qonşuya əziyyət verməmək və çətinliklərə sinə gərməkdir. Əliaçıqlıq isə istəmədən vermək, vaxtında yemək yedirmək, kasıbla yumşaq davranmaq və bol verməkdir.”
Zəkatı sevərək verən, qurban kəsən comərddir. Hədisi-şərifdə,
“Zəkatını sevərək verən, qonağına qulluq edən, darda qalana yardım edən xəsislikdən qurtular” buyuruldu. “Təbarani”
Qonağa qulluq etmək
Malı dağıdıb sovurmaq nə qədər pisdirsə, malı qorumaq da o qədər mühümdür. Qonağa ikram etmək isə malı qorumaqdan da mühümdür. Hədisi-şərifdə buyuruldu ki:
“Qonağa qulluq etməyəndə xeyir yoxdur.” [İ. Əhməd]
“Ən yaxşınız yemək yedirdənizdir.” [Hakim]
“Allahu təala, yemək yedirən comərdlə mələklərinə öyünər.” [İ. Qəzali]
“Yemək süfrəsi qonağın önündə olduğu müddət ərzində mələklər ev sahibinə istiğfar edərlər.” [Təbarani]
“Dostuna arzu etdiyi yeməyi ikram edənin günahları əfv olar.” [Bəzzar]
Bir insanın qarnını bir dəfə doyurmağın nə qədər mühüm olduğu görülür. Birini ömür boyu doyurmaq və ya öldükdən sonra əbədi olaraq doyurmağa səbəb olmaq daha böyük savabdır. Bunu əsirgəmək isə çox pisdir. Onun üçün “Xəsislərin ən pisi əmri-maruf və nəhyi-münkərə əməl etməyəndir” buyurulmuşdur.
Hər tərəfli comərd olmağa həvəs göstərmək lazımdır! Çünki, xəsisin malı fəlakətə düçar olar, comərd də verdikcə daha da artıq alar. Hədisi-şərifdə “Comərdin evinə ruzi, dəvənin sinəsinə vurulan bıçaqdan daha tez gəlir” buyurulur. “ İbni Macə”
Yüksək təzyiqi olanın qan aldırması sağlamlıq baxımından yaxşıdır. Qan verməklə sağlamlığa, yeni qana qovuşduğu kimi, qonaq da ruzi ilə gəlir, qırx gün bərəkət qoyub gedir. Lazımi yerlərə verməklə comərdin əli daralmaz. Peyğəmbər əfəndimiz, and içərək “Sədəqə verməklə mal azalmaz” buyurdu. (Tirmizi)
Şeytan isə xəsisliyə sövq edir. Qurani-kərimdə məalə buyurulur ki:
“Şeytan kasıbçılıqla qorxudub, sizə xəsisliyl əmr edər.” [Bəqərə 268]
Xəsis ruzi üçün narahat olmamalıdır! Hər məxluqun ruzisini Allahu təala verir. “Hər canlının ruzisi Allaha aiddir.” [Hud 6]
Hədisi-şəriflərdə buyuruldu ki:
“Ruzi üçün üzülmə, təqdir edilən ruzı səni tapar.” [İsfəhani]
“Allahu təala möminin ruzisini ummadığı yerdən verər.” [İbni Hibban]
Peyğəmbər əfəndimizə inanan, verməklə malın azalmayacağını bilən bir müsəlman necə olar ki, şeytana uyub xəsislik edə bilər? Yəhya əleyhissəlam, “Şeytan xəsis mömini sevər, fasiq də olsa comərdə nifrət edər” buyurur. Bişri-hafi həzrətləri də “Xəsislə qarşılaşanın qəlbi qatılaşır” buyurur. Hədisi-şərifdə isə “Aman, xəsislikdən çox çəkinin! “Sizdən əvvəkiləri xəsislik həlak etmişdir.” buyurulur. [Müslim]
Sual: Qonağa artıq ikram və ya artıqlamasıyla qulluq etmək günahdırmı?
CAVAB
Qonağa ikram çox savabdır. Qonağı nemət bilməlidir. Hər nemətin bir zəhmət qarşılığı olduğu unudulmamalıdır! Zəhmətsiz nemət olmaz. Əlbəttə qonağın sıxıntısı olar. Həddindən çox qulluq etməmək lazımdır! Qonağı qənimət bilməlidir! Hədisi-şərifdə buyuruldu ki:
“Allahu təala bir qövmə xeyir dilək etdikdə, onlara hədiyyə olaraq qonaq göndərər. Qonaq ruzi ilə gələr-gedər. Allahu təala da ev əhlini məğfirət edər.” [Əbu Nuaym]
Haqq təalanın bir hədiyyəsi olan qonağa ikram etmək lazımdır! Qonaq gəlməsə üzülmək lazımdır! Çünki hədisi-şərifdə “Qonaq girməyən evə mələk girməz” buyrulmuşdur. Qonaq gəlməməsini istəmək doğru deyildir. Çünki Peyğəmbər əfəndimiz “Qonaq istəməyəndə xeyir yoxdur” buyurmuşdur. Qonaq üçün artıq ikram və çox zəhmət çəkməmək lazımdır! Qonaq narahat olar. Hədisi-şərifdə, “Qonaq üçün çox zəhmət çəkməyin, qonaq bundan narahat olar. Qonağını küsdürən Allahı küsdürmüş olar. Allahı küsdürənə də Allah nifrət edər” buyurulmuşdur. (İbni Lal)
Qənaət etməyin əhəmiyyəti
Sual: Qənaət edən xəsis sayılırmı?
CAVAB
Xəsislik də israf kimi pis əxlaqdır. Dinimiz hər işdə orta yolda olmağı, qənaət etməyi əmr edir. Aza qane olan, ehtiyacını asan təmin edər, dolanışıq sıxıntısı çəkməz. Hədisi-şəriflərdə buyuruldu ki:
“Möminin izzəti, insanlara qarşı tox gözlü olmasıdır.” [Hakim]
“Yetəcək ruziyə sahib olan və Allahu təalanın ona verdiyi ruziyə qane olan müsəlman qurtulmuşdur.” [Müslim]
“Kimsəyə möhtac olmadan yaşayan qənaətkar müsəlman nə xoşbəxtdir!” [Tirmizi]
“Müjdə o kimsəyə ki, hidayətə qovuşmuş, müsəlman olmuş, dolanışığı da yetəcək qədərdir və buna qane olmuşdur.” [Tirmizi]
“Kasıb-zəngin hər kəs qiyamətdə “Kaş ki, dünyada dolanışıq miqdarından artıq malım olmayaydı” deyəcəkdir.” [İbni Macə]
“Şübhələrdən qaç ki, insanların ən abidi olasan! Qane ol ki, ən çox şükür edənlərdən olasan! Özün üçün sevdiyini başqaları üçün də sev ki, həqiqi mömin olasan!” [İbni Macə]
“İnsan əlindəki ehtiyacına qovuşarkən, özünü azdıracaq olan daha artıq mal istəyər. Aza qane olmaz, çox ilə də doymaz. Ey insan oğlu, vücudun sağlam və günlük ehtiyacını mövcud olaraq sabaha çıxsan, artıq bu sənə kafi gələr.” [Beyhəki]
Tamahdan qurtuluş yolu
Qane olan kimsə, qənaət də edərsə tamahkarlıqdan qurtular. Hədisi-şəriflərdə buyuruldu ki:
“Qənaət edən sıxıntı çəkməz.” [Təbarani]
“Qurtarıcı üç şeydən biri varlıqda, yoxluqda, zənginlikdə, kasıblıqda qənaətə riayət etməlidir.” [Beyhəqı]
“Qənaət etmək dolanışığın yarısıdır.” [Hatib]
“Tədbirli olmaq, dolanışığın yarısıdır.” [Deyləmi]
“Dolanışıqda qənaət etmək peyğəmbərliyin iyirmidə biridir.” [Əbu Davud]
“Qənaət edən zənginləşər, israf edən kasıblayar.” [Bəzzar]
Ruzi üçün narahatlıq
İnsan ruzi üçün narahat olub sıxıntıya girməməlidir! Hər mömin ruzinin Allahın verdiyinə inanıb, ona güvənməlidir. Qurani-kərimdə məalən buyurulur ki:
“Rəbbin dilədiyinə ruzini bol verər, dilədiyinə azaldar. Əlbəttə O, qullarının hər halını bilir. O, hər şeyi çox yaxşı görür. Dolanışıq narahatçılığı ilə övladlarınızı öldürməyin! Onların da, sizin də ruzinizi verən bizik. Onları öldürmək həqiqətən böyük günahdır.” [İsra 30, 31]
Hədisi-şəriflərdə buyuruldu ki:
“Ey insanlar, ruzinizi gözəl yollardan axtarın! Hər kəs təqdir ediləndən artıq ruziyə qovuşa bilməz. Təqdir edilən ruziyə qovuşub onu yemədikcə də dünyadan köçməz, istəməsə də ruzisi verilər.” [Hakim]
“Cəbrayıl əleyhissəlam bildirdi ki, ruzini yemədən kimsə ölməz. Elə isə Allahdan qorxun, ruzinizi gözəl yollardan axtarın!” [Hakim]
Peyğəmbər əfəndimiz, “Əgər Allah qorxusunu özünüzə sərmayə kimi əldə etsəniz, ruziniz ticarətsiz və sərmayəsiz gələr” buyurub bu məaldakı ayəti-kəriməyi oxudu: “Kim Allahdan qorxarsa, Allah ona bir çıxış yolu ehsan edər və ruzisini ummadığı yerdən göndərər.” [Tabərani-Talaq 2,3]
Yalan və xəsislik
Sual: Bir hədisi-şərifdə, “Hər eşitdiyini söyləmək yalan üçün kifayətdir. Haqqımın zərrəsindən vaz keçmərəm demək də xəsislik üçün kifayətdir” deyilir. Hər eşidilən doğru olsa da yalan olar? Bir də haqqını almaq niyə xəsislik sayılır?
CAVAB
Hər duyduğunu söyləyən, duyduğunu səhv anlamış ola bilər, əlavə sözlər söyləyə bilər, nəticədə səhv şeylər söyləyər. Çox söyləyənin hər sözü mübah olsa belə, boş şeylərlə məşğul olmaq caiz olmaz. Onun üçün hər eşitdiyini söyləmək müxtəlif səbəblər üzündən caiz deyildir. Çox söz haqqında çox söz vardır. Bir neçəsi belədir:
Çox mal haramsız, çox söz yalansız olmaz.
Söz insanın tərəzisidir. Artığı ziyandır.
Çox danışmaq dostluğu pozar.
Çox danışanın nöqsanı da çox olar.
Söz gümüşdürsə, sükut qızıldır.
Danışmaqla bağlı bir neçə hədisi-şərif məalı da belədir:
“Çox danışan çox yanılar.” [Tabərani]
“Dilini tutan qurtular.” [Tirmizi]
“Rahatlıq istəyən sussun!” [Əbuş-şeyx]
“Salamatçılıq istəyən, dilini tutsun!” [İ. Əbid-dünya]
“Susmaq hikmətdir.” [Deyləmi]
“Ən məqbul əməl dilini tutmaqdır.” [Tabərani]
“Dilini tutan şeytanı məğlub edər.” [Tabərani]
“Sükut edən bir möminə yaxın olun! O hikmətsiz deyildir.” [İbni Macə]
“Qurtuluş üçün dilini tut.” [Tirmizi]
“İnsanı Cəhənnəmə sürükləyən dilidir.” [Tirmizi]
“Dilini tutmayan tam imana qovuşa bilməz.” [Tabərani]
“Çox danışmaq qəlbi qaraldar.” [Beyhəqı]
“Qüsurların çoxu dildəndir.” [Tabərani]
“Ən gözəl şey dilini tutmaqdır.” [Tabərani]
Xəsislik, verilməsi lazım olanı verməməkdir. Zərrə haqdan vaz keçməyən kimsə, necə könül rahatlığı ilə zəkatını verə bilər? Sədəqə verə bilər? Möhtaclara ehsan edə bilər? Xəsislikdən və xəsisliyə yol açan şeylərdən çəkinmək lazımdır. Bir neçə hədisi-şərif məalı:
“Allahu təala qatında comərd cahil, xəsis alimdən daha üstündür. Çünki xəsislik ən ağır xəstəlikdir.” [Darə Kutni]
“Aman, xəsislikdən son dərəcə çəkinin! Sizdən əvvəlkiləri xəsislik həlak etdi.” [Müslim]
Demək ki, çox danışmaq yalana səbəb olar, haqqın zərrəsinin arxasınca qaçmaq da xəsisliyə yol açır.
В корзине: 0 шт.
на сумму: 0