Facebook Twitter WhatsApp

Şirin dil və gülər üzün önəmi

Sual: Gülər üz və şirin dilin önəmi haqqında bilgi verərsiniz?

CAVAB

Hikmət əhli şəxslər buyurur ki:

Müsəlman gülər üzlü, münafiq qaş-qabaqlı olur.

Təbəssüm pulsuzdur, alanı xoşbəxt edər, verəni üzməz.

Hüzurun açarı təbəssümdür.

Təbəssüm edə bilməyən yazıqdır.

Təbəssüm odunda əriməyən mədən tapılmaz.

Gülümsəməyi bacarmaq, iki dünya xoşbəxtliyinə səbəb olar.

İslamiyyət sevgi, gülər üz, şirin söz, dürüstlük və yaxşılıq dinidir.

Dostlara doğru söyləmək, düşmənləri gülər üzlə və şirin dil ilə idarə etmək lazımdır.

Müvəffəqiyyətin sirri gülər üz, şirin və gözəl siyasətdir. Gözəl siyasət, hər kəsin razı olması deməkdir.

Düşməninizə yaxşılıq edin, hədiyyə verin. İncidiyiniz yoldaşınıza yaxşılıq edin, sıxıldığınız insana gülər üz göstərin. Bunları etsəniz rahat olarsınız.

Bir kimsənin vəli (övliya) olduğu şirin dili, gözəl əxlaqı, gülər üzü, comərdliyi, münaqişə etməməsi, üzrləri qəbul etməsi və hər kəsə mərhəmət etməsi ilə aydın olur.

Gözəl əxlaqlı kimsə, ədəblidir, az danışar, səhvi azdır, qeybət etməz, Allah üçün sevər, Allah üçün nifrət edər, əmanətə riayət edər, qonşu və yoldaşını qoruyar. Gözəl əxlaqlı bir şəxsdən pis xasiyyətli xanımı ilə  necə yaxşı gedirsən deyə soruşulanda, “Yaxşı xasiyyətli ilə hər kəs dolanar. Bacarıq pis xasiyyətli ilə dolana bilməkdir. Onun pis xasiyyətinə səbir edə bilməsəm mənim yaxşı xasiyyətli olduğum haradan bəlli olacaqdır” dedi.

Hədisi-şəriflərdə buyuruldu ki:

“Mömin qardaşının yanında qaş-qabaqlı dayanana mələklər lənət edər.” [Hatib]

“Yaxşılığı, gözəl üzlü şəxslərdən tələb edin.” [Beyhəqı]

“Mömin qardaşının üzünə təbəssüm etmək sədəqədir.” [C.Saqir]

“Din qardaşına gülər üz göstərmək, yaxşı şeylər öyrətmək, pislik etməsinin qarşısını almaq hamısı sədəqədir.” [Tirmizi]

“Mallarınızla hər kəsi məmnun edə bilməzsiniz. Gülər üz və şirin dil ilə gözəl əxlaqla məmnun etməyə çalışın!” [Hakim]

“Salam verərkən gülümsəyən sədəqə savabına qovuşar.” [İ.Ə.dünya]

“Xeyri, yaxşılığı, gözəl üzlülərin yanında axtarın!” [Buxari]

“Xasiyyəti və üzü gözəl olan dünya, axirət yaxşılığına qovuşar.” [İbni Şahin]

Gülər üzlü olmaq

Sual: “Müsəlman gülər üzlü və şirin dilli olar” hədisinə görə gülər üzlü, şirin dilli olmaq yalnız həmcinsinə qarşı olması lazımdır, yoxsa naməhrəmlərə qarşı da olması caizdir

CAVAB

Həmcinsi və məhrəmlərimizə qarşı gülər üzlü və şirin dilli olmaq lazımdır. Qarşı cinslə mülayim danışmaq və ona gülümsəmək çox yanlışdır. Hətta onun üzünə qarşı dua etmək, Allah razı olsun demək belə yanlışdır. Naməhrəmin üzünə qarşı dua etmək qadağan olduğu üçün ona salam vermək də qadağandır. Çünki salam da duadır. Birisinə gülər üz, şirin dil göstərib dua etsək, qarşımızdakı istər-istəməz, “Yəqin məni sevir ki, belə davranır” deyər. Pis niyyəti olmadan, ancaq Allah rizası üçün sevilsə belə, zamanla bu sevgi yanlış sevgiyə səbəb ola bilər. Bunun üçün dinimiz qarşı cinsə, yəni naməhrəmə qarşı ciddi olmağı əmr edir. Ehtiyac olmadan danışmağı, üzünə qarşı dua etməyi, hətta salam verməyi belə qadağan edir.