Sual: Əlinə, belinə, dilinə sahib olan qurtular, mənasında bir hədisi-şərif vardır?
CAVAB
Elə bir hədisi-şərif bilmirik, amma əlinə, belinə və dilinə sahib olanın xilas olacağına dair başqa hədisi-şəriflər vardır. Bir neçəsinin məali belədir:
“Dilini və fərcini [irzini, namusunu] qoruyan Müsəlmana Cənnəti söz verirəm.” [Buxari]
“Ərəfə günü əlinə, dilinə, gözünə və qulağına sahib olanın günahları əfv olar.” [Hatib]
“İnsanlar dilindən və əlindən salamat olmadıqca [kamil] mömin ola bilməzsən.” [Askəri]
“Həsədçinin həsədi əlinə və dilinə çıxmadıqca zərər verməz.” [Əbu Nuaym]
“Əli ixlaslı, dili dürüst, qəlbi təmiz, boğazına və fərcinə [namusuna] sahib olan elmdə rasih [möhkəm] olar.” [Tabərani]
“Allahu təala mənə belə vəhy etdi: Mənim məscidlərimə ancaq səlim qəlblə, sadiq dil ilə, təmiz əl ilə, təmiz fərclərlə girsinlər.” [Hakim]
“Bu altı şeyə söz verin, mən də sizə Cənnətə girəcəyinizə söz verim:
В корзине: 0 шт.
на сумму: 0