Gözəl İslam / Əlinə, belinə və dilinə sahib olmaq

Əlinə, belinə və dilinə sahib olmaq

Sual: Əlinə, belinə, dilinə sahib olan qurtular, mənasında bir hədisi-şərif vardır?

CAVAB

Elə bir hədisi-şərif bilmirik, amma əlinə, belinə və dilinə sahib olanın xilas olacağına dair başqa hədisi-şəriflər vardır. Bir neçəsinin məali belədir:

“Dilini və fərcini [irzini, namusunu] qoruyan Müsəlmana Cənnəti söz verirəm.” [Buxari]

“Ərəfə günü əlinə, dilinə, gözünə və qulağına sahib olanın günahları əfv olar.” [Hatib]

“İnsanlar dilindən və əlindən salamat olmadıqca [kamil] mömin ola bilməzsən.” [Askəri]

“Həsədçinin həsədi əlinə və dilinə çıxmadıqca zərər verməz.” [Əbu Nuaym]

“Əli ixlaslı, dili dürüst, qəlbi təmiz, boğazına və fərcinə [namusuna] sahib olan elmdə rasih [möhkəm] olar.” [Tabərani]

“Allahu təala mənə belə vəhy etdi: Mənim məscidlərimə ancaq səlim qəlblə, sadiq dil ilə, təmiz əl ilə, təmiz fərclərlə girsinlər.”  [Hakim]

“Bu altı şeyə söz verin, mən də sizə Cənnətə girəcəyinizə söz verim:

14-03-2018, 15:42
Geri