Facebook Twitter WhatsApp

Hədiyyələşmək

Sual: Verilən hədiyyəni alıb-almamağın dindəki yeri nədir?

CAVAB

            Hədiyyələşməyin əhəmiyyəti böyükdür. Peyğəmbər əfəndimiz, insanların bir-birləriylə əlaqələrini kəsməməsi üçün hədiyyələşməni əmr edər, hədiyyənin alanı kar və kor etdiyini bildirərdi. Yəni, hədiyyə sayəsində hədiyyə verənin pis sözlərini eşidə bilməz, pis işlərini görə bilməz olar.

            Hədisi-şəriflərdə buyuruldu ki:

            “Müsafəha edin, müsafəha kini, incikliyi aradan qaldırar. Hədiyyələşin, çünki hədiyyə, sevgini artırar, düşmənliyi aradan qaldırar.” (İbni Asaqir)

            “Hədiyyələşin, çünki hədiyyə aradakı məhəbbəti artırar.” (Beyhəqı)

            “Hədiyyələşin, çünki hədiyyə dostluğu artırar, kini, düşmənliyi aradan qaldırar.”  (Tabərani, Əbu Nuaym)

            “Tələb etmədən verilən hədiyyəni qəbul edin!” (Hakim)

            “İstəmədən veriləni alın! O, Allahu təalanın göndərdiyi ruzidir.” (Beyhəqı)

            “Hədiyyəni rədd edən Allahu təalanın verdiyini rədd etmiş olar.” (Ramuz)

            “Dəvəti qəbul edin, hədiyyəni rədd etməyin!” (Buxari)

            “Hədiyyə, Allahu təalanın göndərdiyi gözəl bir ruzidir. Hədiyyəni qəbul edin və qarşılığında daha gözəlini verin!” (H.Tirmizi)

            “Hədiyyə verənə siz də hədiyyə verin! Əgər verəcək bir şey tapa bilməsəniz, onun üçün dua edin ki, hədiyyə qarşılıqsız qalmasın!” (Nəsai)

            İndi bəzi qeyri-qanuni işlər etdirmək üçün hədiyyə adı altında rüşvət verilir. Hədiyyə verənin belə bir pis niyyəti olmadığı bilinirsə, verilən hədiyyəni rədd etmək uyğun deyildir.

            Həzrəti Aişə anamız möhtac bir qadının hədiyyəsini qəbul etməyəndə Peyğəmbər əfəndimiz, “O qadın möhtac olsa da hədiyyəsini qəbul edib ona daha çox bir şey verməyin lazım idi” buyurdu. Səhabədən bir şəxs də, verilən hədiyyəni qəbul etməyib, “Ya Rəsulallah, birindən bir şey alan şəxsdə xeyir yoxdur” buyurduğunuz üçün almadım” deyəndə, Peyğəmbər əfəndimiz buyurdu ki:

            “O istəyərək alınan şeylərə aiddir. İstəmədən veriləni alın!” (İ. Malik)

            Verilən hədiyyədə bir pis niyyət yoxdursa, mütləq almaq və qarşılığında az-çox bir şey vermək lazımdır!

            Bir şey verə bilməyən kimsənin isə hədiyyə verənə dua etməsi lazımdır! “Bunu mənə filankəs verdi, Allah ondan razı olsun” deməsi lazımdır! Hədisi-şərifdə buyuruldu ki:

            İnsanlara təşəkkür etməyən, Allahu təalaya şükr etməmiş olar.” (Tirmizi)

            Hədiyyə mütləq bir mal verməklə olmaz. Salam vermək və faydalı bir şey söyləmək də hədiyyə sayılır. Hədisi-şəriflərdə buyuruldu ki:

            “Mömini sevindirəni Allahu təala sevindirər.” (İbni Mübarək)

            “Bir yoldaşın hidayətini artıran və ya onu təhlükədən qurtaran bir söz söyləməkdən daha yaxşı bir hədiyyə olmaz.” (Əbu Yala)

            “Hədiyyənin ən yaxşısı hikmətli bir sözü öyrənib birinə öyrətməkdir, bu da bir il ixlaslı ibadət etməkdən daha savabdır.” (İbni Asakir)

            “Səfərdən qayıdarkən, ailənizə faydalı bir daş da olsa hədiyyə gətirin.” (İ. Asaqir)

            “Kim sədəqə verərkən, savabını müsəlman ana-atasının ruhuna hədiyyə edərsə, verdiyi sədəqənin savabı, onların ruhlarına gedəcəyi kimi, savabından heç bir şey azalmadan özünə də yazılır.” (Tabərani)

            Bir hədisi-şərifdə də, “Yoldaşını sevən sevdiyini ona bildirsin” buyuruldu.(Hakim)

            Sevgini, hədiyyə ilə bildirmək, dili ilə bildirməkdən daha asan və daha önəmlidir. Bir yoldaşa “Seni sevirəm” demək çətin ola bilər və ya səhv başa düşülə bilər. Birinə hədiyyə vermək, səni sevirəm, deməyin başqa bir şəklidir.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину