Facebook Twitter WhatsApp

Hıqd (Kin bəsləmək)

Sual: Hıqd nədir?

CAVAB

         Hıqd, başqasından nifrət etmək, ona qarşı kin bəsləməkdir. Özünə nəsihət verənə kin bəsləmək haramdır. Onu sevmək, ona hörmət etmək lazımdır. Halbuki o, özü ilə eyni dərəcədə və ya daha üstün olana hirslənər. Bir şey etmək əlindən gəlmədiyi üçün, ona qarşı qürurlanar. Təvazö göstərilməsi lazım olana təvazö edə bilməz. Onun haqlı sözlərini, tövsiyələrini qəbul etməz. Hər kəsə qarşı ondan daha üstün olduğunu göstərmək istəyər. Ona əziyyət versə də üzr istəməz.

            Zülm edənə qarşı hıqd haram deyildir. Bir borc verən ölsə, bunun haqqı varislərinə ödənməz isə, qiyamətdə ödətdirilər. Zalımı əfv etmək üstündür. Uhud qəzasında Rəsulullah əfəndimizin mübarək üzü yaralanıb, mübarək dişi qırılanda, Əshabi-kiram çox kədərləndilər. Dua et, Allahu təala cəzalarını versin dedilər.  “Lənət etmək üçün göndərilmədim. Xeyr-dua etmək, hər məxluqa mərhəmət üçün göndərildim” “Ya Rəbbi bunlara hidayət et, tanımırlar, bilmirlər” buyurdu. Düşmənlərini əfv etdi. Lənət etmədi.

            Zülm edəni əfv etmək, hilmin (mülayimlik), mərhəmətin və şücaətin ən üstün dərəcəsidir. Özünə yaxşılıq etməyənə hədiyyə vermək də, ehsanın ən üstün dərəcəsidir. Pislik edənə ehsan etmək, insanlığın ən yüksək dərəcəsidir. Bu sifətlər düşməni dost edər.

Şeyx İbn-ül Ərəbi deyir ki:

            “Pislik edənə yaxşılıq edən kimsə, nemətlərin şükürünü etmiş olar. Yaxşılıq edənə pislik edən kimsə, küfranı-nemət etmiş olar.”

            Haqqını yeyəndən, tək haqqını almaq, artığını almamağa intisar deyilir. Əfv etmək, ədalətin yüksək dərəcəsi, intisar isə, aşağı dərəcəsidir. Ədalət, salehlərin ən yüksək dərəcəsidir.

            Əfv etmək, bəzən zalımlara qarşı acizliyi göstərə bilər. Zülmün artmasına səbəb ola bilər. İntisar, hər zaman zülmün azalmasına, hətta yox olmasına səbəb olar. Belə zamanlarda, intisar etmək, əfv etməkdən daha üstün, daha savab olar. 

            Haqqından artığını geri almaq zülm olar. Zülm edənlərə əzab ediləcəyi bildirilmişdir. Zalımı əfv edən, Allahu təalanın sevgisinə qovuşar. Zalımdan haqqı qədər geri almaq, ədalət olar. Kafirlərə qarşı ədalət edilər. Fəqət gücü çatdığı halda əfv etmək, gözəl əxlaqdır.

            Rəsulullah əfəndimiz bir kimsənin zalıma qarğış etdiyini görəndə, İntisar eylədin!” buyurdu. Əfv etsəydi, daha yaxşı olardı. Hədisi-şərifdə buyuruldu ki:

            “Üç şey özündə olan kimsə, Cənnətə dilədiyi qapıdan girəcəkdir: Qul haqqını ödəyən, hər namazdan sonra on bir dəfə ixlas surəsini oxuyan, qatilini əfv edərək ölən.” (Bəriqa)

            Zülmün çoxluğu qədər əfvin savabı çox olar.

Hıqddan hasil olan pisliklər çoxdur. Hıqd edən kimsə, böhtan, yalan və yalançı şahidlik, qeybət, sirri ifşa etmək, lağ etmək, haqsız olaraq incitmək, haqqını yemək və ziyarətini kəsmək günahlarına səbəb olar.