Sual: Hər şeyə tez hirslənirəm. Hirslənməməyin yolu vardır?
CAVAB
Hər kəs hirslənir. Dinimizdə hirslənməmək deyil, hirsini məğlub etmək istənmişdir. Dinimizin əmrinə tabe olub, qadağan etdiklərindən çəkinən hirsini məğlub edər, səbirə qovuşar. Dinimiz edilməsi qeyri-mümkün olan şeyi əmr etməz. Hədisi-şərifdə buyuruldu ki:
“Haqq təala, özünü səbir etməyə məcbur edəni səbir etməyə müvəffəq edər.” [Buxari]
Səbirin imanla əlaqəsi vardır. Peyğəmbər əfəndimiz Əshabı-kiramdan bəzilərinə, “İmanınızın əlaməti nədir?” buyurdu. Onlar da, “Varlıqda şükür edər, qıtlıqda səbir edərik və Allahu təalanın qəza və qədərinə razı olarıq” deyə cavab verəndə, “And içirəm ki, siz möminsiniz” buyurdu. Başqa bir vaxt, “İman nədir?” deyə soruşanlara, “Səbirdir” buyurdu. Yenə, “Səbrin imandakı yeri, başın bədəndəki yeri kimidir. Başsız bədən olmayacağı kimi, səbirsiz iman da olmaz” buyurdu. Səbir etməyənin imanı zəif deməkdir. Hədisi-qüdsidə, “Təqdirimə razı olmayan, bəlaya səbir etməyən, nemətlərimə şükür etməyən, özünə başqa ilah axtarsın” buyurdu.
Səbir üç növdür:
1. Bəlaya səbir,
2. Din bilgilərini öyrənərkən və ibadətlərini edərkən səbir,
3. Günah işləməmək üçün səbir. Hədisi-şərifdə, “Bəlaya səbir edənə üç yüz, ibadət etməyə səbir edənə altı yüz, günah işləməməyə səbir edənə isə doqquz yüz dərəcə ehsan edilər”
Bəlaya səbir haqqında hədisi-şəriflərdə buyuruldu ki:
“Allahu təala buyurdu ki: “Bədəninə, övladına və ya malına bir müsibət gələn, səbri-cəmillə qarşılayarsa, qiyamətdə ona hesab soruşmağa həya edərəm.” [Hakim]
“Nemətə qovuşduğu zaman şükür edən, bəlaya uğradığı zaman səbir edən, haqsızlıq edəndə əfv istəyib, zülmə uğrayanda bağışlayarsa, onlar əmniyyət və hidayətdədir.” [Tabərani]
“Xoşlanılmayan şeyə səbir etməkdə böyük xeyir vardır.” [Tirmizi]
“Bir gecə başı ağrıyan, Allahu təaladan gəldiyi üçün buna razı olub səbir edərsə, yeni doğulmuş kimi günahlarından təmizlənmiş olar.” [İbni Əbiddünya]
“Sevmədiklərinizə səbir etmədikcə sevdiklərinizə qovuşa bilməzsiniz.” [İ.Maverdi]
Qurani-kərimdə məalən buyuruldu ki:
“Ey iman edənlər, səbir edin, səbir etməkdə bir-birinizlə yarışın!” [A.İmran 200]
“Gözəl səbir et!” [Məaric 5]
Gözəl səbir, gələn bəlaya razı olub, açıqlamamaq və şikayət etməmək deməkdir. Gözəl səbir edən, dünya və axirətdə qurtuluşa qovuşar. Hədisi-şərifdə buyurulur ki:
“Acıya səbir edib uğradığı fəlakəti gizləməsi və kimsəyə şikayət etməməsi, adamın Allahu təalanı yaxşı tanımış olmasındandır.” [İ.Qəzali]
Hikmətli sözlər
Səbir, aşmayan nəqliyat, qənaət isə bükülməyən qılıncdır.
Üzülmək istəmirsənsə, itirdiyin zaman səni üzəcək bir şeyi qazanmağa çalışma.
Hər müsibətin keçici olduğunu bilən, bəlaya məruz qaldığı zaman özünü təsəlli etməkdə müvəffəqiyyətli olar.
Müsibətə səbirsizlik göstərmək, ondan da böyük müsibətdir.
Bəlaya səbir edilməzsə, müsibət iki olar.
Müsibətə məruz qalıb gözü çıxan, qulağı kar olan və ya başqa üzvi məhv olan möminin günahları əfv olacağı üçün axirətdə böyük mükafata qovuşar. Hədisi-şərifdə də, “Bir üzvü nöqsan olanın ağlı artar” buyuruldu. Əlbəttə, ağıl nöqsanlığı bədən nöqsanlığından daha pisdir. (Ədəb-üd-dünya)
Muhamməd Məsum həzrətləri buyurur ki:
İnsana gələn əzablar təqdiri-ilahi ilə gəlir, razı olmaq lazımdır. İbadətlərə davam, ələmlərə, xəstəliklərə səbir edə bilmək lazımdır. Allahu təalanın kərəmindən afiyət gözləmək lazımdır! Məxluqlardan bir şey gözləməmək, hər şeyin Haqq təaladan gəldiyini bilmək lazımdır! Dərtlərdən, əzablardan xilas olmaq üçün dua və istiğfar etmək lazımdır! Onun təqdiri, iradəsi olmadıqca, kimsə kimsəyə zərər verə bilməz. Bununla birlikdə səbəblərə sarılmaq Peyğəmbərlərin yoludur. Səbəblərin təsirini də Allahu təaladan tələb etmək lazımdır! (c.1, m.72)
Həzrəti Xızır buyurdu ki:
“Gülər üzlü ol, hiddətlənmə! Həmişə faydalı iş gör, az da olsa zərərli iş etmə! Gərəksiz gəzmə, boş yerə gülmə, heç kimi qüsurundan ötəri ayıblama, günahların üçün ağla!”
Səbir və namaz bütün çətinliklərin dərmanıdır. Qurani-kərimdə məalən buyurulur ki:
“Ey iman edənlər, Allahdan səbir və namazla kömək istəyin. Allahu təala, əlbəttə, səbir edənlərlə birlikdədir.” [Bəqərə, 153]
Sual: Hiddətlənmək, hirslənmək günahdır?
CAVAB
Qəzəblənməyən, yəni hirslənməyən insan olmur. Kimdə az, kimdə çox olur. Qəzəb də bıçaq kimidir. Yaxşı işlərdə istifadə edilərsə faydalı, pis işlərdə istifadə edilərsə zərərli olar. İnsandakı bütün xasiyyətlər belədir. İfrat və həddi aşmaq zərərlidir.
Rəsulullah əfəndimiz nəsihət istəyən bir şəxsə, “Hirslənmə, əsəbiləşmə!” buyurdu. Bir neçə dəfə soruşduğu zaman hamısında da “Hirslənmə, əsəbiləşmə!” buyurdu. (Buxari)
Kibrdən ötəri hirslənmək pisdir. İsa əleyhissəlam hirsin kibrdən irəli gəldiyini bildirir. Hədisi-şərifdə, “Hirslənmək imanı pozar” buyurulur. (Beyhəqı)
Qəzəbin [hirsin] çox olmasına təcavüzkarlıq deyilir. Belə insan hiddətli olur, özünə və başqalarına zərər verir, bu hal küfrə apara bilər. Hədisi-şərifdə, “Qəzəb imanı pozar” buyuruldu. (Beyhəki)
Qəzəbin lazımı olanına şücaət [qəhrəmanlıq, igidlik], lazımından az olmasına da qorxaqlıq deyilir. Hədisi-şəriflərdə, “İfrat və təfritdən [həddi aşmaqdan] çəkinin!”, “Həddi aşan həlak olar” və “İşlərin xeyirlisi orta olanıdır” buyuruldu.
Şücaət orta yoldur. Şücaət halında hirs yaxşıdır. İmam Şafii həzrətləri, “Şücaət lazım olan yerdə, qorxaqlıq göstərən eşşəyə bənzəyər” buyurdu.
İslama və müsəlmanlara düşmənlik edənlərə, təcavüz edənlərə qarşı sərt olmaq lazımdır. Fəqət, özünü təhlükəyə atmaq da caiz deyildir. Təhlükəli yerdə tək qalmaq, tək getmək günahdır. Düşmənlərə qarşı qorxaqlıq caiz deyildir. Qorxaraq qaçmaq Allahu təalanın təqdirini dəyişdirməz. Qorxaq zövcəsinə, qızına qarşı qeyrətsizlik və namussuzluq göstərər, onları qoruya bilməz. Zillətə və zülmə boyun əyər, xainlik edəni görüncə susar.
Qurani-kərimdə məalən buyurulur ki:
“[Əshabı-kiram] kafirlərə qarşı sərt, öz aralarında mərhəmətlidir.” [Fəth 29]
Hədisi-şəriflərdə də buyuruldu ki:
“Ümmətimin xeyirlisi dəmir kimi sərt, dözümlü olanıdır.” [Beyhəqı]
“Hiddət ümmətimin seçilmişlərinə [yaxşılarına] gələn bir xüsusiyyətdir.” [Tabərani]
“Əməllərin, ibadətlərin ən qiymətlisi, Hubbi-fillah və Buğdi-fillahdır.” [İ.Əhməd]
[Hubbi-fillah Allah üçün sevmək, buğdi-fillah Allah üçün nifrət etmək, incik dayanmaq deməkdir.]
Allahu təala, hirsini məğlub edəni tərifləyir, fəqət, heç hirslənməyəni tərifləmir. Hədisi-şərifdə buyuruldu ki:
“İgidlik, pəhləvanlıq rəqibini məğlub edən deyil, hirsini məğlub edəndir.” [Buxari]
İnsan, zövcəsini və uşaqlarını qəzəb sifəti ilə qoruyar. İslam düşmənlərinə qarşı, bu sifət köməyi ilə cihad edər. İslamiyyət qəzəbin yox edilməsini deyil, buna hakim olub, dinə uyğun istifadə edilməsini əmr edər. Allah üçün hirs, din qeyrətindəndir. Tabəranidəki bir hədisi-şərifdə Ənəs ibn Malik həzrətləri, “Mən mübahisə edərkən, Rəsulullah əfəndimiz gəldi. Bizə elə hirslənmişdi ki, heç belə olduğunu görməmişdik” buyurur. Müslimdəki hədisi-şərifdə, “Mən də insanam, digər insanlar kimi hirslənirəm” buyurdu. Fəqət, hirslənməsi onu haqdan ayırmazdı. Hirsini məğlub edər və əfv edərdi. Allahu təala, yaxşıları belə tərifləyir:
“Onlar, bolluqda və qıtlıqda da infaq edər, hirslərini məğlub edər, insanları əfv edərlər.” [A.İmran 134]
İnsanlar, hirslənmək, əsəbiləşmək baxımından fərqlidir. Tirmizidəki hədisi-şərifdə, “İnsanlar müxtəlif xarakterdirlər. Kimi gec hirslənər, hirsi tez keçər. Kimi tez hirslənər, tez sakitləşər, bu isə özünü düzəldər. Ən yaxşısı, gec hirslənib hirsi tez keçəndir. Ən pisi də tez hirslənib gec sakitləşəndir” buyuruldu. Bir hədisi-şərifdə də, “Mömin tez hirslənər, tez barışar” buyuruldu. Fəqət “Mömin heç hirslənməz” buyurulmadı.
Hirsi məğlub etməyin fəziləti ilə əlaqədar hədisi-şəriflərdən bir neçəsi belədir:
“Kim Allah rizası üçün hirsini məğlub edərsə, Allahu təalada ondan əzabını dəf edər.” [Tabərani]
“Hirsini məğlub edən Cənnətə qovuşar.” [Tabərani]
“Hirsini məğlub edəni, Allahu təala qoruyar və düşmənini ona boyun əydirər.” [Buxari]
Vəzifə həvəsini, kibr və ucbu yox edən qəzəbinə hakim olar.
Peyğəmbər əfəndimiz, daş qaldırıb qüvvətini sınayanlara soruşdu:
Hiddəti məğlub etmək
Hiddətli vəziyyəti dəyişdirmək və hirslilik alovlarını söndürmək, beş şeylə mümkündür:
1- Belə bir vaxtda Cənabı Haqqın adlarını zikr etmək. Çünki Allahı xatırlamaq, Allahdan qorxmağa səbəb olar. Allah qorxusu da taət və əfv kimi gözəl xüsusiyyətlərin inkişafını təmin edər. Beləcə, Allahu təalanı xatırlamaqla hiddətin atəşi sakitləşib sönər.
2- Günahkarı əfv etməyin və bağışlamayın savab olduğunu xatırlamaq lazımdır. Bu xatırlama adamı savaba sövq edər, günahkarı bağışlayanlara Cənabı Haqqın vəd etdiyi Cənnət nemətlərini əldə etməyə aparar, hirsliliyi aradan qaldırar, itaətsiz nəfsi cəzaıandıraraq sahibini huzurlu bir vəziyyətə gətirər.
3- Hirsini boğub, mülayim davranaraq bağışlayıcı olarsa, insanların ona sevgi bəsləyəcəyini düşünmək. Bu səbəblə insanların sevgisini əldə etmək və onlar arasında hörmətli bir şəxs olmaq istəyi, hirsinin soyumasına səbəb ola bilər.
4- Hirsli olduğu haldan başqa bir hala keçmək. Məsələn, oturarkən qalxıb getmək kimi. Xəlifə Məmun hiddətlənəndə, dərhal oranı tərk edərək hiddətini məğlub etməyə çalışarmış!
5- Hirsliliyin sonunda doğulacaq acı peşmanlığı, intiqam çirkinliyini və asanlıqla aradan qaldırılmayacaq acı nəticələr doğuracağını düşünmək. Yəni, qəzəbləndiyi şeyin bir müsibət olduğunu qəbul edərsək, səbir edib, bunun sayını artırıb başqa müsibətlərə yol açmamaq lazımdır. Əlini qana bulaya bilər, həbslərə düşə bilər, ailəsi dağıla bilər və ya böyük maddi zərərlərə uğraya bilər. Bir müsibətə səbir etməməklə dünyasını axirətini məhv edə bilər.
Sual: Şəhvət və qəzəbi yox etmək üçün aclıq çəkərək riyazət etmək uyğundur?
CAVAB
İslamiyyət, şəhvətin və qəzəbin yox edilməsini deyil, hər ikisinə də hakim olub, dinə uyğun istifadə edilmələrini əmr edir. Süvarinin atını və ovçunun köpəyini yox etmələri deyil, bunları tərbiyə edərək özlərindən faydalanmaları lazım olduğu kimidir. Yəni, şəhvət və qəzəb, ovçunun köpəyi və süvarinin atı kimidir. Bu ikisi olmadıqca, axirət nemətləri ovlana bilməz. Fəqət, bunlardan faydalana bilmək üçün tərbiyə edərək, dinə uyğun istifadə edilmələri lazımdır. Tərbiyə edilməzlərsə, asi olub, dinin sərhədlərini aşarlarsa, insanı fəlakətə sürükləyərlər. Riyazət etmək, bu iki sifəti yox etmək üçün deyil, tərbiyə edib dinə riayət etmələri üçündür. Bunu təmin etmək də, hər kəs üçün mümkündür.
Sual: Tez əsəbiləşirəm, böyük kiçik dinləməyib qarşımdakıları qırıb tökürəm. Hirsimə hakim ola bilmək üçün nə etməyim lazımdır?
CAVAB
Dinin əmrinə riayət etməli, bunun günah olduğunu bilmək lazımdır. İnsan bilə-bilə hirslənib əsəbiləşməz. Əsəbiləşsə də, hirsinə hakim olar. Onsuzda dinimiz hirslənməməyi deyil, hirsinə hakim olmağı əmr edir. Hər insan hirslənə bilər, amma hirslənəndə, dinin xaricinə çıxmamaq lazımdır, zərərli iş etməmək lazımdır.
Hiddətlənəndə, əuzü bəsmələ və iki qul əuzünü oxumaq lazımdır. Hirslənib əsəbiləşənin ağlı örtülər. İslamiyyətin xaricinə çıxar. Bir neçə hədisi-şərif məali:
“Hirslənən, istədiyini etməyə gücü çatdığı halda, mülayim davranarsa, Allahu təala da onun qəlbini əmniyyət və iman ilə doldurar.” [İbni Əbid-dünya]
“Hirs, şeytandandır. Şeytan, atəşdən yaradılmışdır. Atəş, su ilə söndürülər. Hirslənəndə dəstəmaz alın!” [Əbu Davud]
“Əsəbiləşən, ayaqdadırsa otursun. Hirsi keçməzsə uzansın.” [Əbu Davud]
Ayaqda olanın intiqam olması asandır. Oturanda azalar. Uzananda daha azalar. Əsəbiləşmək kibrdən doğulur. Uzanmaq kibrin azalmasına səbəb olar. Hirslənəndə, “Allahümməgfir li-zənbi və əzhib qayza qalbi və əcirni minəşşeytan” oxumaq, hədisi-şərifdə bildirildi. (İbni Sünni)
Mənası, “Ya Rəbbi, günahımı əfv et. Məni qəlbimdəki hirsdən və şeytanın vəsvəsəsindən qurtar” deməkdir.
Hirsləndiyi şəxslə mülayim davrana bilməyən, onun yanından ayrılması, ondan uzaq dayanmağa çalışması lazımdır.
В корзине: 0 шт.
на сумму: 0