Facebook Twitter WhatsApp

Küskün və incik qalmaq

Sual: Küskün qalmağın dindəki yeri nədir?

CAVAB

            Kişi olsun, qadın olsun, dünya işləri üçün, möminin möminə inciməsi, onu tərk edib uzaqlaşması, aradakı bağlılığı, əlaqəni kəsməsi caiz deyildir.

            Müsəlman olan və dinə uyğun yaşayan qohumu isə, heç olmazsa həftədə və ya ayda bir ziyarət etmək, qırx günü keçirməmək lazımdır.

            Uzaq məmləkətdə isə, məktubla, telefonla və ya xəbər göndərərək könlünü almaq lazımdır. İncik olsa da ziyarəti və könlünü almaq, laqeydlik etməmək lazımdır.

            Qohumu gəlməzsə, cavab verməzsə də, gedərək və ya hədiyyə, salam göndərərək, yaxud məktub ilə telefon ilə yoxlamağı tərk etməmək lazımdır. Allahu təala, müsəlman olan və saleh olan qohumu ziyarəti əmr edir. Bunun tərsi olanları ziyarət etməyi əmr etmir. Hələ zərər gələcək günahkar qohumdan uzaq dayanmaq lazımdır.

            İncik olana, üç gündən əvvəl gedib barışmaq daha yaxşıdır. Çətin olmaması üçün üç gün icazə verilmişdir. Daha sonra günah yazılmağa başlayar və gün keçdikcə artar. Günahın artması barışana qədər davam edər. Hədisi-şərifdə, “Səndən inciyənə get, barış! Zülm edəni əfv et. Pislik edənə yaxşılıq et!” buyuruldu. (İbni Əbiddünya)

            Üç gündən çox küskün qalan şəxs şəfaət olunmazsa, əfv olunmazsa, Cəhənnəmdə əzab görəcəkdir. Günah işləyənə ona nəsihət olmaq niyyəti ilə ondan uzaq qalmaq yaxşıdır. Allahu təala üçün incimək olar.

            Bir-birinə incik olanları barışdırmaq lazımdır. Hədisi-şərifdə, “Xəstənin halını soruşmaq üçün 2 km get, küskün olanları barışdırmaq üçün 4 km, bir din qardaşını ziyarət etmək və elm adamlarından bir məsələ öyrənmək üçün də 6 km get!” buyuruldu.

            Həzrəti Musa, “Ya Rəbbi, incik olanları barışdırana nə əcr verərsən?”  deyə soruşdu. Haqq təala, “Qiyamət günündə salamatlıq verər, qorxduğu şeylərdən əmin edər, ümid etdiyi şeylərlə şərəfləndirərəm” buyurdu. 

            İncik olanlar bayramı və ya başqa bir günü gözləməyib, dərhal barışmaları lazımdır.

Xoş görüşlü olmaq lazım

            Allahu təalanı və Peyğəmbər əfəndimizi sevən şəxs insanların qüsurlarına baxmaz, xoş görüşlü olar. Yaxşı insan, yəni mömin hər kəslə yola gedər.  Başqalarına sıxıntı vermədiyi kimi, onlardan gələcək əziyyətlərə də dözər.

            Bir qüsurundan dolayı yaxşı bir insandan inciməmək lazımdır. İnciklik olsa belə 3 gündən çox olmaması lazımdır. Bayrama qədər sürən bir inciklik oldu isə, daha çox gecikmədən barışmaq lazımdır. Hədisi-şəriflərdə buyuruldu ki:

            “Bir möminin din qardaşıyla üç gündən çox incik alması caiz deyildir. Üç gün keçdikdən sonra onunla qarşılaşarsa, ona salam verib hal-xətirini soruşması lazımdır.  O şəxs salamını alarsa, birlikdə savaba ortaq olarlar. Salamını almazsa günaha girər. Salam verən də küs qalma məsuliyyətindən qurtulmuş olar.” [Əbu Davud]

            “İki adam bir-birinə incik olaraq ölərsə, Cəhənnəmi görmədən Cənnətə girə bilməz. Cənnətə girsələr də bir-biriylə  qarşılaşa bilməzlər.” [İbni Hibban]

            “Din qardaşıyla bir il incik dayanan, onu öldürmüş kimi günaha girər.”  [Beyhəqı]

            “İnsanların əməlləri, bazar ertəsi və cümə axşamı günləri Haqq təalaya ərz olunar. Haqq təala da özünə şirk qoşmayan hər kəsi əfv edər. Ancaq bu mağfirətdən bir-birinə kin tutan iki adam istifadə edə bilməz. Cənabı Haqq, “O iki adam barışana qədər əməllərini gətirməyin” buyurar.” [İ.Malik]

            “Bir-birinizlə münasibəti kəsməyin! Bir-birinizə arxa çevirməyin! Bir-birinizə kin və düşmənlik bəsləməyin! Bir-birinizi qısqanmayın! Ey Allahın qulları qardaş olun! Bir müsəlmanın digər qardaşlarından inciyərək 3 gündən çox uzaqlaşması halal deyildir.” [Buxari]

            “Bir-birinə incik iki adamdan hansı əvvəl salam verərsə, günahları əfv olar. Verilən salamı o biri almazsa, bu salamı mələklər alar. Salam almayan kimsəyə də şeytan sevinərək iltifat edər [İbni Əbi Şeybə]

            “Müsəlman qardaşına üç gündən çox küskün qalan şəxs ölüncə Cəhənnəmə gedər.” [Nəsai]

[Cəhənnəmdə günahı qədər cəza çəkdikdən sonra çıxar. Yaxud şəfaətlə və ya əfvlə heç Cəhənnəmə girməz.]

Ara tapmaq və yalan

            Müsəlmanların bir-birinə olan haqqlarından biri də iki adamın arasını tapmaq, küsləri barışdırmaqdır. Hədisi-şərifdə buyuruldu ki:

            “Nafilə namaz, oruc və sədəqədən daha fəzilətli əməl iki adam arasını tapmaq və düzəltməkdir. Çünki ara pozuqluğu dini kökündən yıxar.” [Tirmizi]

            Peyğəmbər əfəndimiz bir gün gülümsədi. Bunu görən Həzrəti Ömər səbəbini sual etdi. Rəsulullah əfəndimiz buyurdu ki:

            “Ümmətimdən iki adam axirətdə hesablaşarlar. Biri “Ya Rəbbi, bu adamdan haqqımı al” deyər. Allahu təala o birinə, “Bu adamın haqqını ver” buyurar. Adam, “Ya Rəbbi, bir yaxşılığım qalmadı ki, necə verim” deyər. Allahu təala haqq sahibinə, “Bu adamın yaxşılığı qalmadı. Nə edəcəksən” buyurar. Adam, “Elə isə günahlarımı alsın” deyər. Bu vaxt Peyğəmbər əfəndimiz ağlayaraq “O gün elə dəhşətli bir gündür ki, o gün başqalarının günahlarını yüklənmək belə dayansın, insan öz günahının yükünü çəkə bilməz.” buyurdu. 

            Allahu təala haqq sahibinə, “Başını qaldır, Cənnətin bu möhtəşəm saraylarına bax” deyər. Haqq sahibi baxdıqdan sonra, “Bəli, görürəm. Bu möhtəşəm saraylar hansı peyğəmbərin və ya hansı şəhidindir” deyər.  Allah təala, “O gördüyün göz qamaşdırıcı saraylar əvəzlərini ödəyənlər üçündür” buyurar. Adam, “Ya Rəbbi, bunların əvəzini kim ödəyə bilər ki?”  deyər. Allahu təala, “Sən ödəyə bilərsən” buyurar. Adam, “Necə ödəyə bilərəm, nəyim var ki?” deyər. Allahu təala, “Haqqını bu qardaşına bağışlamaqla bu saraya sahib olarsan” buyurar. Adam dərhal, “Bağışladım ya Rəbbi” deyər. Allahu təala, “Haydı qardaşının əlindən tutub Cənnətə girin” buyurar. Peyğəmbər əfəndimiz əleyhissalam davam edərək buyurdu ki:

            “Allahdan qorxun və aralarınızı düzəltməyə çalışın! Çünki Allahu təala qiyamət günündə sizin aralarınızı düzəldər.” [Haraiti]

            Ər-arvadın və ya incik iki adamın arasını düzəltməyə çalışmaq çox savabdır. Hədisi-şərifdə buyuruldu ki:

            “İki adamın arasını düzəltmək, nafilə oruc və namazlardan daha fəzilətlidir.” [Tabərani]

            [Bəzi insanlar namaz qılmayıb, oruc tutmayıb, “Mən iki küs olanı barışdırdım, çox savab aldım” deyərlər. Namaz qılmayanın belə yaxşılıqlarına savab verilməz. Yaxşılıqlara savab verilə bilməsi üçün doğru iman etmə və namaz qılma şərti vardır.]

            Yalan böyük günah olduğu halda bir neçə yerdə, xeyirə, yaxşılığa vəsilə olduğu üçün caizdir. Hərbdə, düşmənlərin zərərindən qorunmaq üçün, iki müsəlmanı barışdırmaq üçün birindən digərinə yaxşı söz aparmaq üçün caizdir. Ölməmək üçün leş yeməyə bənzəyər. Çünki bir hədisi-şərifdə buyuruldu ki:

            “İki adamın arasını düzəltmək üçün xeyirli söz söyləyən yalançı deyildir.” [Müslim]

            Bunların xaricində zarafatla belə olsa yalan danışmamaq lazımdır. Bu mövzudakı bir hədisi-şərif məali belədir:

            “Mömin hər qəbahəti edə bilər. Amma xəyanət edə bilməz və yalan danışa bilməz.” [İbni Əbi Şeybə]

Sual: Dinimizdə küskün qalmaq caizdirmi? Müsəlman bir yoldaşım mənimlə danışmır. O mənimlə danışmadığı üçün günaha tək o girir yoxsa mən də günaha girirəm?

CAVAB

            Dinimizdə küsmək, incik qalmaq caiz deyildir, günahdır. Üç gündən çox küsülü qalan şəxs şəfaət olunmazsa, əfv olunmazsa, Cəhənnəmdə əzab görəcəkdir. Hədisi-şərifdə buyurulur ki:

            “Bir möminin din qardaşı ilə üç gündən çox incik qalması caiz deyildir. Üç gün keçdikdən sonra onunla qarşılaşanda, ona salam verib xətrini soruşması lazımdır. O kimsə salamını almazsa günaha girər. Salam verən də küskün qalma məsuliyyətindən qurtulmuş olar”  [Əbu Davud]

            “Müsəlmanla əlaqəni kəsmək onun qanını tökmək kimidir.” [Əbu Nuaym]

            Bir də küsülü qalmağın səbəbi nədir? Bu əhəmiyyətlidir. Alacaq-verəcək məsələsimi, pul məsələsimi, etibar məsələsimi? Danışmaz, amma kin bəsləməzsə, küsülü qalanların günahı yüklənməz. Nifrət etməmək şərti ilə ondan zərər gələr deyə danışmazsa küsülü qalma günahına girməz.

            Günah işləyənə, böyüklük göstərənə, özünü bəyənənə, sizinlə lağ edənlərə nəsihət olmaq niyyəti ilə ondan uzaq dayanmaq yaxşıdır. Allahu təala üçün incimək olar. Halını düzəlt demək olar.

Sual: Hədisi-şərifdə “Bir-birinizi sevmədikcə imana qovuşa bilməzsiniz” buyurulur. İnsan kimdənsə küsəndə kafir olmazmı?

CAVAB

            Xeyr, kafir olmaz. İnsan dünya işləri üçün bir müsəlmana hirslənər, onunla küsə bilər. Üç gündən çox qalsa da, yenə kafir olmaz. Yəni, insan günah işləməklə kafir olmaz.

İncik olanların barışması lazımdır

Sual: Bir neçə yoldaş mənə incikdirlər, danışmırlar. Nə etməyim uyğun olar?

CAVAB

            Müsəlmanların incik qalması pisdir. Küsülüləri barışdırmaq savabdır. Küsülü qalmayıb barışmaq lazımdır. Xoşlanılmayan kimsəylə də səmimi olmamaq lazımdır, amma  rast gələndə salamlaşmağı əsirgəməmək lazımdır. Yəni, danışmamaqla incik dayanmaq fərqlidir. Zərəri gələcək kimsəylə danışmaq lazım gəlməz, amma rast gəlincə salam vermək lazımdır.

Küsülü qalmaq

Sual: Bəzi yoldaşlarla danışmıram, amma heç birinə kinim, düşmənliyim yoxdur. Danışanda zərərləri toxunur. Yanlarına getməkdən çəkinirəm. Onlara incimədən uzaq dayanmağım, danışmamağım günah olar?

CAVAB

            Madam sizə zərəri toxunur, kin bəsləmədən məsafəli dayanmaq günah olmaz. Ehtiyac olmadıqca danışmamağın da zərəri olmaz. Amma görüşüldüyü vaxt, yenə ehtiyac qədər danışmaq lazımdır. 

Küsülü qalmaq

Sual: Görüşdüyümüz vaxt sıxıntı verən yaxşı və pis yoldaşlarım var. İstər-istəməz danışmıram, amma dinimizdə üç gündən çox küsülü qalmaq olmaz. Sıxıntılarından uzaq qalmaq niyyətiyə onlarla danışmamağım uyğun olar?

CAVAB

            Küsülü qalmaq ayrı, danışmamaq ayrıdır. İnsan danışdığı halda kin bəsləyə bildiyi kimi, danışmadığı birinə kin bəsləməyə bilər. Kin bəsləməmək şərti ilə, bir bəhanə ilə danışmamaq və arada məsafə saxlamaqda zərər olmaz.

            İslam alimləri buyurur ki:

            “Dostundan üç gündən çox küsülü qalan, əfvə və ya şəfaətə qovuşmazsa, Cəhənnəmdə əzab görər.”

            Günah işləyənə, incimək və nəsihət üçün ondan uzaq qalmaq caiz, hətta müstəhəbdir. Bu, Allahu təala üçün incimək olar. Hədisi-şərifdə, “Əməllərin ən qiymətlisi hubbi-fillah və buğdi-fillahdır.” buyuruldu. Hubbi-fillah Allahu təala üçün sevmək deməkdir. Buğdi-fillah, Allahu təala üçün sevməmək, incik olmaq deməkdir. (İslam Əxlaqı)


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину