Sual: Qənaət etmək lazımdır, deyilir. Qənaət nə deməkdir?
CAVAB
Qənaət, çalışmayıb təsadüfən önünə çıxandan istifadə etmək, başqa bir şey axtarmamaq demək deyildir. Qənaət, biləyinin əməyi, alın təri ilə qazanılana razı olmaq, başqasının qazancına göz dikməmək deməkdir. Başqasının daha çox qazandığını görəndə, onu qısqanmamaq, onun kimi çox çalışmaq deməkdir.
Qənaət etmək, ehtiyacından çox qazancını bir yerə yığmayıb, İslamiyyətin əmr etdiyi xeyirli yerlərə vermək, kasıblara, kimsəsizlərə, xəstələrə, elm yayanlara kömək etmək deməkdir.
Qənaət, beləcə yaxşı əxlaqın qaynağı olduğu kimi, insana məhrumiyyətlər içində qaldığı vaxt səadət təmin edən sarsılmaz bir qala kimidir.
Hədisi-şəriflərdə buyuruldu ki:
“Qənaət edən, ən çox şükür edənlərdən sayılar.” (İbni Macə)
“Qiyamətdə “Şükür edənlər gəlsin!” deyə səslənilər. Onlar bir bayraq altında Cənnətə girər. Bunlar, yoxsulluq və varlılıqda, hər halü-karda (çətinlikdə) Allahu təalaya şükür edənlərdir.” (I.Qəzali)
Sual: Bəziləri İslamiyyəti bir tikə, bir cübbə ilə qənaət etməklə ittiham edir. Beləcə dinin çalışmağa mane olduğunu söyləyirlər. Dinimiz çalışmağı əmr etmirmi?
CAVAB
Bəli din, təqdirə inanmaq və qənaət etməkdir. Fəqət təqdir çalışmamaq, çox istəməmək deyildir. Təqdir, insanların nə edəcəyini Allahu təalanın əvvəldən bilməsi deməkdir. Allahu təala çalışmağı əmr edir. Qurani-kərimdə məalən buyurulur ki:
“Cihad edənlər, çalışanlar, bir işlə məşğul olanlar, oturduğu yerdə ibadət edib cihad etməyənlərdən daha üstündür, daha qiymətlidirlər.” (Nisa 95)
Hədisi-şəriflərdə də buyuruldu ki:
“Çalışıb qazananları Allahu təala sevər.” (Beyhəqı)
“İki gün bir dərəcədə olan irəliləməyən aldandı.” (Beyhəqı)
“İşlərinizi sabaha buraxmayın. Sonra yox olarsınız.” (İ. Qəzali)
“Xarici dil öyrənin. Düşmənin şərrindən beləcə xilas olarsınız!” (Faydalı Bilgilər)
Müsəlmanlıq, çalışıb qazanmağı əmr edir. Qənaət etmək, bir cübbəa razı olub tənbəl oturmaq deyildir. Müsəlmanlar əsla belə deyildir. Qənaət demək, öz qazandığına razı olub, başqasının qazancına göz dikməmək deməkdir.
Qənaət, sinir xəstəliklərinə mane olan, dolanışıqsızlığı, düşmənliyi aradan qaldıran, cəmiyyətlərin nizamını təmin edən bir meyardır. Qənaət, İslamiyyətin dünyaya yayılmasını, elm və fənn abidələri qurmağı təmin etmişdir. “Çalışan qazanar” və “Hər kəs etdiyini tapar” məali-alisindən olan ayəti-kərimələr ilə “Allahu təala çalışıb qazananları sevər” və Münavidəki “Allahu təala çalışmayan gəncləri əlbəttə sevməz” kimi necə hədisi-şəriflər çalışıb irəliləməyimi, yoxsa tənbəlliyimi əmr edir?
Müsəlmanların qurduğu Əməvi, Abbasi, Qəznəvi, Hind Timurları və Əndülüs və Osmanlı mədəniyyətləri, çalışqanlığı, yoxsa tənbəlliyi göstərir?
Bir dərvişin bir tikə, bir cübbə sözü Qurani-kərim və hədisi-şəriflərin əmrlərini dəyişdirə bilərmi?
В корзине: 0 шт.
на сумму: 0