Sual: Bir dostu və ya bir qohumu ziyarət etməkdə saleh olub olmaması mühümdür?
CAVAB
Fasiq olan, günah işləməyimizə səbəb olacaq qohumu ziyarət etmək lazım deyildir, fəqət saleh olan qohumu ziyarət etmək lazımdır. Yaxınlarından münasibəti kəsmək böyük günahdır. Kişi və qadın zi rəhmi-məhrəm qohumu ziyarət etmək vacibdir. Əmi qızı kimi məhrəm olmayan qohumu ziyarət etmək vacib deyildir. (Bəriqa) [Zi rəhmi-məhrəm, kişi üçün ana, bacı, bibi, xala kimi, qadın üçün də ata, qardaş, əmi, dayı kimi evlənməsi haram olan deməkdir.]
Saleh dostları ziyarət etmək də çox savabdır. Saleh qohumu heç olmazsa həftədə və ya ayda bir ziyarət etmək lazımdır, qırx günü keçirməmək lazımdır! Uzaq ölkədə yaşayırsa məktubla, telefonla könlünü almaq, incik isə barışması lazımdır. Ziyarət, yalnız Allah rizası üçün olması lazımdır.
Hədisi-şəriflərdə buyuruldu ki:
“Bir din qardaşını ziyarət edənə bir mələk, “Nə xoşbəxtsən, Cənnətə girmiş oldun” deyər. Haqq təala da buyurur ki: “Mənim üçün ziyarət edən quluma Cənnətdə xoşlanacağı mükafatlar verəcəyəm.” [Bəzzar]
“Din qardaşlarını Allah üçün ziyarət edən hər Müsəlmana bir mələk, “Nə yaxşı etdin, Cənnət sənə halal olsun” deyər. Allahu təala da buyurur ki: “Qulum məni ziyarətə gəldi. Mənə də onu qonaq etmək düşər.”” [Əbu Yala]
“Ərşin ətrafında nurdan kürsülərdə, nur kimi parlayan insanlara peyğəmbərlər və şəhidlər qibtə edərlər. Onlar Allah üçün bir-birini sevən, Allah üçün görüşən, Allah üçün bir-birini ziyarət edənlərdir.” [Nəsai]
“Gözəl dəstəmaz alıb Müsəlman qardaşını savab ümid edərək ziyarət edən Cəhənnəmdən yetmiş illik bir məsafə uzaqlaşar.” [Əbu Davud ]
“Alimlərin məclisində olan mənim məclisimdə də olmuş olar. Mənim məclisimdə olan isə sanki Rəbbinin məclisində olmuş olar.” [Tabərani]
“Sılayi-rəhm, özünü axtarmayan qohumu axtarıb, ziyarət və yaxşılıq etməkdir.” [Tirmizi]
“Səni ziyarət etməyəni ziyarət et! Sənə hədiyyə verməyənə hədiyyə ver!” [Buxari]
“Sədəqə vermək, yaxşılıq etmək, ana-ataya ehsan etmək və qohumu ziyarət etmək, müsibəti səadətə çevirər, ömrü uzadar və insanı pis ölümdən qoruyar.” [Əbu Nuaym]
“Məscidlər Allahın evləridir və möminlər də Allahın ziyarətçiləridir. Ziyarətçisinə ikram etməsi, ziyarət edilən üzərinə haqdır.” [Hakim]
“Bu beş şeyin cəzası dərhal verilər: Sultana üsyan etmək, zülm etmək, anaya-ataya üsyankar olmaq, qohumla ziyarəti kəsmək, yaxşılığa qarşı şükür etməmək.” [İbni Lal]
Dinə tabe olmayan qohum
Sual: Yaxın qohumlarım, hətta qardaşlarım və anam atam, mənim namaz qılmağıma və təsəttürə riayət etməyimə lağ edirlər. Dinimizin əmrlərini mürtəcelik olaraq görürlər. Onları ziyarət etməyim şərtdir?
CAVAB
Müsəlmanlıqla əlaqələrini qopardıqları üçün ziyarətlərinə gedilməz, qohumluq haqqından məsul olunmaz. Tam Elmihalda deyilir ki:
İslamiyyətə tabe olmağa mürtəcelik deyən, ibadət etməyi və haramlardan çəkinməyi bəyənməyən ana-atanın evinə gedilməz. Belə olan qohumun evinə də getmək caiz deyildir.
Sual: Bəzi qohumlar din, iman tanımır. Nə etməyimiz lazımdır?
CAVAB
Kafir qohumla da yola getmək lazımdır. Mümkün olduğu qədər onlardan uzaq durmağa çalışmaq lazımdır.
Xanımı qohumlarıyla görüşdürmək
Sual: Kişi, xanımının qohumlarıyla görüşməsinə mane ola bilər?
CAVAB
Kişi istəyərsə xanımının ana, ata və qardaşlarını belə evə buraxmaya bilər, fəqət görüşmələrinə və onlarla danışmasına mane ola bilməz. Bunlardan saleh olanlarının həftədə bir dəfə, gəlib oturmalarına mane olmaması yaxşı olar. Bunların qəlblərini qazanmağa, xeyir-dualarını almağa çalışması lazımdır. Özünün və xanımının qohumundan fasiq olanlar, xanımının dinini, əxlaqını pozmaq istəyənlər varsa, onları evinə qoymamalı və evlərinə getməməsi lazımdır. Onlarla görüşməməli və xanımını da görüşdürməməsi lazımdır. Fəqət onlara da başqasına da sərt davranmamalı, münaqişə etməməli, fitnə çıxmasına səbəb olmamalıdır. Dinlərinə və dünyalarına zərər gələcək şeylərdən çəkinməsi lazımdır. Hər kəsə qarşı gülər üzlü, şirin dilli olması lazımdır. (S.Əbədiyyə)
Fasiq qohumla görüşmək
Sual: Əmi, dayı, bibi və xala kimi fasiq qohumlarım bizi evlərinə dəvət edirlər. Dinə zidd iş edirlər. Xanımım getmək istəmir. Nə etmək uyğun olar?
CAVAB
Xanımın işi var deyərsiniz, özünüz gedib ziyarət edə bilərsiniz. Özünüz də gedəndə günah işləyəcəksənizsə, özünüz üçün də bir bəhanə tapmağınız lazımdır.
Sılayi-rəhm
Sual: Qayınatanın kəndinə getmək də sılayi-rəhm olar?
CAVAB
Bəli, sılayi-rəhm olar. Saleh kimsələri ziyarət çox savabdır.
Qardaş ata kimidir
Sual: Dinimizə görə qardaş və əmi ata, xala da, ana hökmündədir?
CAVAB
Bəli, bildirdiyiniz kimidir. Üç hədisi-şərif belədir:
“Qardaş, ata məqamındadır.” [Beyhəqı]
“Xala, ana hökmündədir.” [Buxari]
“Ya Abbas, sən mənim əmimsən, atamın yarısısan.” [Hatib]
Qohum ziyarəti
Sual: Sılayi-rəhm deyilən qohum ziyarəti edilməzsə günah olar?
CAVAB
Qohumlar salehdirsə əlbəttə günah olar. İki hədisi-şərif məali belədir:
“Sılayi-rəhm malı çoxaldar, ailədə sevgini artırar və ömrü uzadar.” [Tabərani]
“Savabı ən tez verilən yaxşılıq sılayi-rəhmdir, cəzası ən tez verilən pislik isə zülm və [saleh] qohumlarla əlaqəni kəsməkdir.” [Tirmizi]
Fasiq və ya bidət əhli qohumun ziyarətinə isə məcbur qalmadıqca gedilməz. Yalnız əmri-məruf üçün və ya lüzumlu bir iş üçün gedilir.
В корзине: 0 шт.
на сумму: 0