Sual: Salamlaşmağın hökmü nədir? Bir yerdən çıxarkən də salam verilər?
CAVAB
Salam vermək sünnət, almaq isə fərzdir. Salam verərkən salamın sünnət olduğunu düşünmək və o kimsəyə dua etməyə niyyət etmək lazımdır! Sünnət olduğu düşünülmədən, vərdiş halında, şüursuzca salam veriləndə salam olmaz. Bir yerə girərkən də? çıxarkən də salam verilər. Dinimizdə salamın önəmi böyükdür. Hədisi-şəriflərdə buyuruldu ki:
“Bir yerə, bir məclisə girən oradakılara salam versin. Oradan qalxıb gedərkən yenə salam versin.” [Tirmizi]
“İnsanların ən acizi dua etməyən, ən xəsisi də salam verməyəndir.” [Tabərani]
“Bir evə girəndə, ev xalqına salam verin. Çıxarkən də salam verin.” [Beyhəqı]
Salam nə deməkdir
Salam, əmniyyət, hüzur, salamatlıq, sağlamlıq, sülh, rahatlıq, yaxşı nəticə, qurtuluş kimi mənalara gəlir. Salam vermək, bir kimsəyə ediləcək ən gözəl duadır. Salam, “Mən müsəlmanam, məndən sənə zərər gəlməz, salamatlıqdasan” mənasına, salamatlıq üzrə ol, müsəlman olaraq öl mənalarına da gəlir. Qeyri-müsəlmanların hidayətə qovuşmaları niyyətiylə, ehtiyac olduğu vaxt onlara salam vermək, hidayətə qovuşmaları üçün dua etmək caizdir. (R. Nasıhin, Rədd-ül Muxtar)
Salamlaşarkən əyilmək günahdır. Hədisi-şərifdə, “Qarşılaşdığınız vaxt bir-birinizə əyilməyin, qucaqlaşmayın” buyuruldu. (Bəriqa)
Əshabi-kiram, səfərdən qayıtdıqları vaxt qucaqlaşardılar. Bu halda, uzun yoldan gəlmiş və ya uzun zamandır görülməyən bir yoldaşla qucaqlaşmaq caiz olar.
Səlamün aleykum deyə salam vermək caiz isə də Əssəlamü aleykum demək daha yaxşıdır.
Səlamün aleykum deyiləndə, Və aleykum səlam demək fərzdir. Əssəlamü aleykum deyiləndə də, Və aleykumüssəlam deyilər. Hər ikisində də “və” hərfini söyləmək lazımdır. “Və aleykum...” dəki “və” , “dahi” mənasındadır. Yəni, “Allahın salamı bizim üzərimizə olduğu kimi, sizin də üzərinizə olsun!” deməkdir. Yalnız, “Aleykum səlam” isə, sanki “Salam bizə deyil sizə olsun” kimi uyğunsuz bir mənaya gələ bilər.
Salamı düzgün verib düzgün almaq yaxşıdır. “Və” söyləmədən də almaq caiz isə də, və ilə söyləmək lazımdır.
Verilən salamı daha gözəli ilə almaq da fərz deyil isə də, çox savabdır. Peyğəmbər əfəndimiz, “Səlamün aleykum” deyən üçün, “On savab qazandı” buyurdu. Başqa biri, “Səlamün aleykum və rahmətullahi” dedi. “İyirmi savab qazandı” buyurdu. Bir başqası da, “Səlamün aleykum və rahmətullahi və bərakətuhu” dedi. Bu kimsə üçün də, “Otuz savab qazandı” dedi. Bu sırada orada oturanlardan biri salam vermədən çıxıb getdi. Rəsulullah əfəndimiz, “Yoldaşınız [salamın fəzilətini] nə tez unutdu” buyurdu. Daha sonra, “Bir camaata gəlincə də, ayrılarkən də salam verin! Birinci salam, ikincisindən daha mühüm deyildir” buyurdu. (Tabərani)
Dinimizdə salamlaşmağın əhəmiyyəti böyükdür. Müsəlmanların yanına girərkən, çıxarkən, qarşılaşınca, ayrılarkən mütləq salam vermək lazımdır! Bu xüsusdakı hədisi-şəriflərdən bir neçəsi belədir:
“Mömin qardaşına salam vermək, yanına gələndə ona yer göstərmək və xoşlandığı adla xitab etmək, aradakı sevgini gücləndirər.” [Tabərani]
“Darlıqda nəfəqə verən, rast gəldiyi müsəlmanlara salam verən, öz əleyhinə də olsa ədalətli davranan, iman xüsusiyyətlərini toplamış olar.” [Əbu Nuaym]
“İyirmi müsəlmana salam verən bir mömin Cənnəti haqq edər.” [Deyləmi]
“Şirin dilli olmaq, salamlaşmaq və yemək yedirmək, Cənnətə aparar.” [Hakim]
Kimlərə salam verilməz?
Sual: Kimlərə salam verilməz?
CAVAB
Bunlara yalnız o halda ikən salam verilməz:
İlk ikisi xaric, digərlərinə salam verilərsə, alma məcburiyyəti yoxsa da salamı almaları yaxşı olar.
Bunlara da hər zaman salam verilməz:
Salam verilməsi caiz olmayan bu kəslər salam versələr, salamları alınar, fitnə çıxarılmaz. Qeyri-müsəlmanlara, ancaq iş düşdüyü vaxt salam verilə bilər və salamları alınar. Bidət əhlinə də ehtiyac halında salam verilər. Zənginə, zəngin olduğu üçün salam vermək caiz deyildir. Dilənçinin dilənərkən verdiyi salamı almaq lazım deyildir. Yad qadın qoca isə salam verilər. (Dürr-ül-muxtar)
Kafirə hörmət göstərmək üçün salam verilməz. Hədisi-şərifdə, “Münafiq [və hər cür kafir] ilə danışarkən, əfəndim, deməyin” buyuruldu. Zalıma, kafirə hörmət etmək, hörmət ilə salam vermək, ustadım demək, küfr olar. (Bəriqa)
İslamiyyətin hakim olduğu dövrlərdə qeyri-müsəlmana və fasiq müsəlmana salam verilməzdi. Hədisi-şəriflərdə buyuruldu ki:
“Yəhudi və Xristianlara salam verməyin!” [Müslim]
“Bir kitab əhli [Yəhudi və ya Xristian] sizə salam verdiyi vaxt, “və əleykum” deyin!” [Buxari]
Bir kafirə, “Allah ömürlər versin” demək, caiz deyildir. Müsəlman olması üçün və ya cizyə verərək dövlətimizin qüvvətlənməsi üçün, belə dua etmək, caiz olar. (Beriqa)
Demək ki, ehtiyac düşüncə və ya onu üzməmək üçün və ya buna bənzər səbəblərdə Yəhudi ilə, Xristianla və ya başqa bir kafirlə salamlaşmaq və ya onun müsəlman olması üçün dua etmək caiz olar.
Müsafəha edərkən
Sual: Günahların tökülməsi üçün necə qucaqlaşmaq lazımdır?
CAVAB
İki müsəlman, məhəbbətlə müsafəha edərək qucaqlaşarsa günahları tökülər. Müsafəha sevgi və dostluq qazandırar. Müsafəha, iki adamın, sağ əlin ovuc içlərini bir-birinə yapışdırıb, iki baş barmağın yanlarını bir-birinə dəydirməsidir. Dörd əl ilə birlikdə də edilər. (Məraqıl-nicat)
Müsafəha edərkən salavat gətirib əlləri silkələmək lazımdır. Bir neçə hədisi-şərif məali belədir:
“Kim mömin qardaşını ziyarət edib müsafəha edərək üç dəfə əlini silkələyərsə, əllərini ayırmadan hər ikisinin ağacdan yarpaq töküldüyü kimi günahları tökülər.” [Ey oğul elm.]
“İki müsəlman qarşılaşanda, müsafəha edib “Allaha həmd” edərsə, günahları tökülər.” [Hakim]
“Müsəlman din qardaşı ilə müsafəha edər və bir-birinə nifrət hiss etməzlərsə, əlləri hələ ayrılmadan günahları əfv olar. Nifrət etmədən, müsəlman qardaşına sevgi ilə baxanın da günahları əfv olar.” [İ.Nəccar]
Salam kəlamdan əvvəldir
Sual: Bir yerə zəng edincə və ya bir yerə girincə, qarşımızdakına salam vermək lazımdırmı? “Əvvəl salam ver” deyilir. Dinimizdə bunun önəmi nədir?
CAVAB
Bir otağa girən və ya zəng edənin, əvvəl salam verməsi, sözə salamdan başlaması lazımdır. Bu mövzudakı hədisi-şəriflərdən bir neçəsinin məali belədir:
“Salam kəlamdan əvvəldir.” [Tirmizi]
“Salam vermədən sözə başlamayın. Salam vermədən danışana cavab verməyin.” [Hakim]
“Salam sualdan əvvəldir. Salam vermədən sual soruşana cavab verməyin.” [İ.Nəccar]
“Mömin əvvəl salam vermək üçün can atar, münafiq isə əvvəl özünə salam verilməsini gözləyər.” [Darə Qutni]
“Əvvəl salam verən, Allaha və Rəsuluna daha yaxındır.” [Əbu Davud]
“Allahu təalanın rəhmət və əfvinə ən layiq olan, əvvəl salam verəndir.” [Əbu Davud]
“Əvvəl salam verən kibrdən uzaq olar.” [Beyhəqı, Hatib]
Salamlaşmağı yaymaq çox savabdır. Bir neçə hədisi-şərif məali:
“Salamlaşmağı yayın, yemək yedirin, [saleh] qohumu ziyarət edin, gecə hər kəs yuxuda ikən namaz qılın, sonra salamatlıqda Cənnətə girin.” [Darimi]
“Qarşılaşdığınız yoldaşa salam verin. Əgər aranıza ağac, divar, yaxud daş kimi bir maneə olsa, sonra qarşılaşarsanız təkrar salam verin.” [Əbu Davud, İbni Macə]
“Bir yerə girən oradakılara salam versin. Oradan qalxıb gedərkən yenə salam versin.” [Tirmizi]
Salamda sünnət olan
Sual: Salamda sünnət olan sıralama necədir?
CAVAB
Salamda sünnət belədir: Rütbə və neməti çox olan əvvəl salam verər. Böyük kiçiyə, bir vasitə üstündəki yerdəkinə, gedən dayanana, ayaqda olan oturana, az olan çox olana, müdür məmura, müəllim tələbəsinə, ata oğluna, ana qızına əvvəl salam verər. Bir otağa girildiyi zaman isə rütbə, böyüklük, kiçiklik düşünülməz. Otağa girən otaqdakına salam verər. Yəni, kiçik böyüyə, məmur müdürə, tələbə müəlliminə, oğul atasına salam verər. Telefonda isə, zəng edən salam verər. Məktubda da məktubu yazan salam verər.
Eyni anda salam vermək
Sual: İki adam qarşılaşanda ikisi eyni anda salam versə, bir-birlərinin salamlarını almaları lazımdırmı?
CAVAB
Bəli. İki müsəlman bir-birinə eyni anda salam verərsə, hər ikisinin də bir-birinə cavab verməsi fərz olar. Biri digərindən sonra salam verərsə, ikincinin verdiyi salam cavab yerinə keçər.
Evə girərkən salam
Sual: Nisə surəsinin, “Verilən salamı daha gözəli ilə alın və ya eyni ilə qarşılıq verin” məalindəki 86-cı ayəsi ilə Nur surəsinin “Evlərə girəndə özünüzə, əhlinizə Allahdan bərəkət, əmin-amanlıq və gözəllik diləyi olaraq salam verin” məalindəki 61-ci ayəsinə görə salam vermək fərz deyilmi?
CAVAB
Hədisi-şərifdə, “Salam vermək sünnət, almaq fərzdir.” buyuruldu. (Deyləmi)
Qurani-kərimdə, “Edin, eyləyin” kimi bildirilən ayələrin bir qismi fərz deyildir. Əraf surəsinin, “Hər namazda bəzəkli, təmiz, sevilən paltarlarınızı geyinin” məalindəki 31-ci ayəti kəriməsi də belədir. Yəni, namazda qiymətli paltar geyinmək fərz deyildir. Bunun kimi bir çox ayəti-kərimə vardır.
Evə girincə, evdəkilərə salam vermək, evdə heç kim yoxdursa, Əssəlamü aleynə və alə ibadillahissalihın [Allahın salamı bizim və saleh qulların üzərinə olsun] demək lazımdır! Çünki Müsəlmanın evində rəhmət mələkləri vardır. Öz üzərimizdə də mələklər vardır. Hamısına salam vermiş olarıq. Evinə girən kimsə salam verincə, şeytan, “Artıq mənim bu evdə qalacaq yerim qalmadı” deyər. (B.Arifin)
[Məscidə erkən gedib kimsə yoxsa, içəri girincə də eyni şəkildə salam verilər. Çünki məsciddə də mələklər vardır.]
Dilənçinin salamı
Sual: Dilənçinin salamı alınar?
CAVAB
Verilən salamı almaq fərzdir. Fəqət dilənçinin, dilənərkən verdiyi salamı almaq fərz deyildir. Alınmasa da günah olmaz. Çünki dilənmək üçün salam verir. Salamı dilənməyə alət edir. Bir dilənçi, dilənmədən gəzərkən salam verərsə, salamını almaq lazım olduğu halda, dilənərkən verdiyi salamı almaq lazım deyildir. Salam alıb verərkən kasıb-zəngin fərqinə baxılmaz. Ancaq, zənginə zəngin olduğu üçün salam vermək caiz olmaz. (Hindiyyə)
Salam verənmi, alanmı?
Sual: Salam verən alandan daha çox savab qazanar deyilir. Salam vermək sünnət almaq fərz olduğuna görə salam verən necə çox savab alır?
CAVAB
Bu bir istisnadır. Salam verən, qarşıdakı Müsəlmana fərz savabı işlədir. Bir savaba səbəb olana da eyni savab verilər. Bir hədisi-şərif məali belədir:
“Xeyrə dəlalət edənə [yol göstərənə, o xeyrə səbəb olana] o xeyri işləyən qədər savab verilər.” [Buxari, İ.Əhməd, Əbu Yala]
Salam verən sünnət savabı aldığı kimi, qarşısındakına da fərz işlətdiyi üçün onun qədər savab da alır. Beləcə o, daha çox savab qazanır. Onun üçün salam verməyə laqeyd olmamaq lazımdır.
Yaxşı ki, varsan
Sual: Salam verərkən günaydın deyilir. Gecə də söyləyənlər var. Doğum günlərində yaxşı ki, doğuldun deyilir. Bir də təşəkkür üçün yaxşı ki, varsan deyilir. Belə söyləmək uyğundur?
CAVAB
Bunlar xarici dillərdəki ifadələri səhv tərcümə etməkdən irəli gəlir. Fransızlar bonjour deyirlər. Gününüz yaxşı olsun mənasındadır. İngilislər good morning deyirlər, bu da eyni mənadadır. Almanlar da quten taq deyirlər. Hamısı da yaxşı günlər mənasındadır. Yəni, günün yaxşı keçməsi üçün edilən bir diləkdir. Bu səbəbdən, günaydın yerinə sabahınız xeyr olsun və ya xeyirli günlər diləyirəm və ya yalnız xeyirli günlər də deyilsə olar. Əlbəttə uyğun olanı salam verməkdir. Amma salamı bilməyənlərə günaydın filan deməyin zərəri yoxdur.
Yaxşı ki, doğdun sözü də İngiliscədən səhv tərcümə edilmişdir. Çünki insan özü doğmaz. Yaxşı ki, doğuldun deyə tərcümə edilməsi lazım idi. Amma belə də tərcümə edilsə bizim ənənələrimizə və dinimizə uyğun deyildir. Yaxşı ki, varsan demək də elədir.
Əgər adam yaxşı isə, Allaha həmd olsun ki, sizi mənə tanıtdı. Əlhəmdülillah sizinlə tanış olmaq şərəfinə qovuşdum, kimi bir şey söyləmək lazımdır.
Salama cavab vermək
Sual: Bəziləri, məktub və ya e-maillərimizdəki verdiyimiz salamlara cavab vermirlər. Salam almaq fərz deyil?
CAVAB
Tam Elmihalda deyilir ki:
Məktubla [və ya e-mail ilə] gələn salamı oxuyanda dərhal və aleykum salam demək fərzdir. Bunu yazıb cavab olaraq göndərmək müstəhəbdir.
Yəni əgər o kimsə, sizə cavab vermədən və aleykum salam demişsə fərzi yerinə yetirmiş olar. Bunu sizə bildirməsi lazım deyildir. Bildirmə imkanı varsa, bildirməsi yaxşı olar. Bu xüsusu bilmədən, salamı belə almır deyə sui-zənn etmək doğru olmaz. Üstəlik, sui-zənn etdiyi üçün haram işləmiş olar. Dini tam bilmədən, insan özünü haram və ya küfrdən qoruya bilməz. Dini tam bilmək, yəni hər xüsusda lazımlı bilgiləri, qaydaları öyrənmək üçün, Tam Elmihal Səadəti Əbədiyyə kitabını oxumağı tövsiyə edirik. www.hakikatkitabevi.com ünvanından oxuna bilər və təmin edilə bilər.
Əl silkələyərək salam
Sual: Kitablarda əl ilə salam verməyin və əli başa qaldıraraq və əyilərək salamlaşmağın günah olduğu bildirilir. Yaxşı, uzaqdakı bir nəfərə necə salam verək?
CAVAB
Uzaqda olanda əl yelləyib ağız ilə yavaşca Səlamün aleykum demək günah olmaz. O da, yavaşca, Və aleykum səlam deyə cavab verə bilər.
Göndərilən salamı almaq
Sual: Bir nəfər, filankəsin salamı var deyildiyi vaxt, bizim nə deməyimiz lazımdır? Əleyhissəlam deməkmi lazımdır?
CAVAB
Kəlimə mənası olaraq üçüncü şəxs olduğu üçün elə deyilə bilərsə də, əleyhissəlam peyğəmbərlər üçün deyilər. Anlayış qarışıqlığına səbəb olmamaq lazımdır. Bir də, tək salam göndərənə deyil, gətirənə də möminin yanında mələklərə də salam vermək üçün “Və aleykum salam” demək lazımdır. Yəni kum=siz deməklə, həm salamı gətirənə, həm mələklərə, həm də göndərənə salam verilmiş olar. Bunu dəyişdirməmək lazımdır.
Həmişə Allah ilə qal
Sual: Quranda məalən, “Harada olarsanız olun, Allah sizinlə bərabərdir” buyurulur. Bu baxımdan “Həmişə Allah ilə qal” demək caiz olar?
CAVAB
Ayəti-kərimədə də söylənilən sözdə də, məcaz var. Allahu təalanın bizim ilə birlikdə olması, bir kimsənin bir kimsə ilə birlikdə olması kimi əlbəttə deyildir. O zaman haşa məxluqa bənzədilmiş olar. Həmişə Allah ilə qal demək də, “Allahu təalanın səni gördüyünü, nə etdiyini, nə düşündüyünü, yəni hər şeyini bildiyini heç unutma, həmişə oyanıq ol” mənasındadır. Bu baxımdan Allah ilə qal deməyin bir zərəri olmaz isə də, şərhsiz səhv aydın ola biləcək belə sözləri heç söyləməmək yaxşı olar. Atalarımız, “Allaha əmanət olun” və ya “Xudahafiz” demişlər və ya salam verib ayrılmışdırlar. Biz də onla kimi etməliyik, onlar kimi söyləməliyik. Xudahafiz, Allaha əmanət etmək deməkdir.
Missionerlərin və ya digər din düşmənlərinin etiqadımızı pozmaq üçün uydurduqları şeylərə etibar etməmək lazımdır. Atalar sözlərimiz ümumiyyətlə ayəti-kərimə və hədisi-şərif məallərindən alınmışdır. Bir ayəti-kərimə məali:
[Ataları] dedi ki, “Daha əvvəl [Bünyaminin] qardaşını [Yusifi] sizə əmanət etdiyim kimi, indi onu [Bünyamini] əmanət edərəmmi? Mən onu Allaha əmanət edirəm, Allah ən yaxşı qoruyandır, O mərhamətlilərin mərhəmətlisidir” dedi. [Yusif 64]
Bir hədisi-şərif məali də belədir:
“Vidalaşarkən, bir-birinizdən ayrılarkən, səni əmanətləri zay etməyən Allaha əmanət edirəm deyin” [İbni Macə]
Sual: Aşura günü, ən az on müsəlmana salam verməyin çox savab olduğu bildirilir. Bu salamı telefonla, e-mail ilə mesaj ilə də versək eyni savaba qovuşarıq?
CAVAB
Bəli.
Sual: Məktub filan yazarkən, böyüklərin əllərindən kiçiklərin gözlərindən öpürəm deyilir. Belə deməyin zərəri olar? Böyüklərin içində naməhrəm kəslər varsa elə deməyin zərəri olar?
CAVAB
Məktubla olanda zərəri olmaz. Gözdən öpülməz amma məktubda deyilir. Naməhrəm olan böyük kimsəyə də əllərindən öpərəm deməyin zərəri olmaz.
Sual: Dəstəmaz alana salam verilər? Salam verənə cavab vermək lazımdır?
CAVAB
Bəli, dəstəmaz alana salam verilər. Salam vermək sünnət, alması isə fərzdir. Yəni, mütləq salamı alması lazımdır.
Sual: Salamı daha gözəli ilə almaq üçün “və aleykum səlam və rahmətullahi və bərakətuhu və mağfirətühü, əbədən daimən” desək uyğun olar?
CAVAB
Tatarhaniyyədə bildirilir ki, ən çox və bərəkətuhuyə qədər deyilər. Bundan sonra bir şey əlavə etmək uyğun deyildir. (Hədiyyət-ül-aləiyyə, Hindiyyə)
Sual: Tam Elmihalda “salamlaşmaq” bəhsində, “Səlamüna və ya Əssələmü aleykum deyərək salam verilər. Salam aleykum deyənlərə və başqa sözlərlə salam verənə cavab vermək fərz olmaz” buyurulur. Alınarsa zərəri olar?
CAVAB
Salamını almaq fərz olmaz isə də, alınarsa zərəri olmaz.
Sual: Salam göndərən kimsənin məsələn, “Atana salam söylə” deməsi kafidirmi?
CAVAB
Bəli, kafidir.
Sual: Salam göndərən kimsə, “Atana salam söylə” dediyində “Baş üstünə əfəndim” deyilir. Salam aparacaq kimsənin salamı aldıqdan sonra “Baş üstünə əfəndim” deməsi uyğundurmu?
CAVAB
Bəli.
Sual: Salam aparan kimsənin salamı aldıqdan sonra “Və aleykum səlam” deməsi lazımdır?
CAVAB
Xeyr, bir şey deməsi lazım deyildir. Yaxşı deyə bilər, olar deyə bilər. Olar mənasında başını əyə bilər.
Sual: “Bakıdayam, görüşərik...” Belə demək uyğundurmu?
CAVAB
Görüşərik, demək caiz isə də, adət etməmək lazımdır, yəni salam yerinə Xudahafiz yerinə istifadə etməmək lazımdır.
Sual: Yolda gedərkən bir dua və ya surə oxusaq, qarşıdan gələn biri salam verərsə nə etməyimiz lazımdır?
CAVAB
Salamını alarıq.
Sual: Bəzən yoldaşlar salam göndərəcəkləri şəxsin adlarını söyləməyib, yoldaşlara salam söylə deyir. Belə deyilməsi uyğundur?
CAVAB
Uyğun deyildir. Uyğunu belə ola bilər: Məsələn, adam kitabevində işləyir. Oradakıları tək-tək saymayıb oradakılara salam söylə deyilə bilər. Məqsədin bəlli olması lazımdır. Əvvəlki uyğun olmaz.
Sual: Filankəsi görsən salam söylə, yaxud salam söylənə biləcəkləri sən bilirsən onlara salam söylə deyilir. Belə deyilməsi uyğundurmu?
CAVAB
Bilinirsə məsələ yoxdur. Məsələn, hər zaman kimlərə salam göndərilirsə, yenə onlara salam söylə deməkdir. Filankəsi görsən salam söylə demək də caizdir.
Sual: Filankəs yoldaşa salam söylə deyildiyində salamı aparacaq şəxs Və aleykum səlam deyərsə, salamı almış olduğu üçün yenə aparması lazımdırmı?
CAVAB
Yenə aparması fərzdir.
Sual: Və aleykum səlam deyildiyində aparılması unudularsa vəziyyət eyni olmurmu?
CAVAB
Unutmaq şəri üzrdür. Və aleykum səlam deyilsə də aparmaq lazımdır. Hər zaman inşallah demək lazımdır. Unudularsa və ya imkan olmazsa zərəri olmaz.
Sual: Bəzən bir yoldaş salam göndərməyi unudur, digər yoldaş da unutmuşdur deyə niyyət edib sənə salam söylədi deyir. Uyğundurmu?
CAVAB
Əgər qənaəti qüvvətli isə caiz olar.
Sual: Yoldaşlara məndən hər vaxt salam söyləyə bilərsən deyə bir səlahiyyət verilə bilər?
CAVAB
Verilə bilər.
Sual: İnternetdə mesaj göndərərkən və ya çat edib gedərkən bay-bay deyilir. Qud bay deyilir. Yaxud ayrılarkən deyilir. Bonjur deyilir, qud moninq, hello, hay deyilir yaxud Azəricə sabahınız xeyir deyilir. Salam verməyib də bunları söyləməklə küfrə girərik?
CAVAB
Kafirlərə, qeyri-müsəlmanlara söyləmək caizdir. Müsəlmana, icazədən küfrə qədər gedər. Əgər salamı bəyənməyib elə deyirsə deyən kafir olar. Sizə hello deyənə hello demək, bay-bay deyənə eynisini söyləmək küfr olmaz. Salamı bəyənərək belə söyləmək küfr olmaz. Amma söyləməmək daha yaxşıdır. Sabahınız xeyr demək də elədir. Salamın önəmini bilməyənə, hər zaman sabahınız xeyr deyənə sabahınız xeyr demək caiz olar. Hello demək kimi bir şey. Salamı bəyəndiyi halda, bir ehtiyacdan ötəri başqa şeylər söyləmək də caiz olur.
Sual: Səlamun aleykum yerinə “s.a” yazmaqda bir zərər vardır?
CAVAB
“S.a” yazmaq uyğun deyildir. Yeni yazılan bəzi kitablarda da eyni qısaltmalar var, uyğun deyildir, tam yazılması lazımdır. Peyğəmbər əfəndimizin adı yazılanda da sallallahu əleyhi və səlləm yazmaq lazımdır, qısaca SAV yazmamaq lazımdır. Allahu təalanın adı yazılanda da “C.C” yazırlar, belə yazmamaq lazımdır. Cəllə cəlaluhu yazmaq lazımdır. Yaxud Allahu təala demək lazımdır.
Sual: Ayrılarkən Xudahafizmi deyilir, salammı verilər?
CAVAB
İkisi də deyilər.
Sual: Bir qadın “Xanımına salam söylə” desə, salamı aparılar?
CAVAB
Yad qadının salamını aparmaq lazım deyildir. Başqa problem çıxmayacaqsa, sui-zənnə səbəb olmayacaqsa filankəs xanımın salamı var deyilə bilər.
Sual: Əlcəkli qucaqlaşmaq (müsafəha) caizdir?
CAVAB
Çox soyuq havalarda caizdir.
Sual: Meyitə verilən salamı özümüzün alması caizdir?
CAVAB
Bəli.
Sual: “Salam söylə” deyənə “Və aleykum səlam” demək caizdir?
CAVAB
Bəli. Beləcə salam aparmağı qəbul etmiş olar.
Sual: İki əl ilə müsafəha dahamı üstündür?
CAVAB
Bəli.
Sual: Və olmadan “Aleykum səlam” deməklə də salam alınmış olar?
CAVAB
Bəli.
Sual: Kar və dilsizə işarətlə salam vermək caizdir?
CAVAB
Bəli.
Sual: Qəbiristanlığa “Və aleykum səlam” və “Səlamün aleykum” deyilir?
CAVAB
İkisi də caizdir.
Sual: Naməhrəm birisi “Həyat yoldaşına salam söylə” deyir. Aparmaq lazımdırmı?
CAVAB
Caiz olmayan salamı aparmamaq lazımdır!
Sual: Ağıllı, həddi-buluğa çatmış qızı ilə danışana salam verilər?
CAVAB
Verilər.
Sual: Əl öpdükdən sonra, alına qoymaq bidətdirmi?
CAVAB
Bu adət də bidətdir. Zərəri olmaz.
Sual: Qarşılaşanda qadın qadını, kişi kişini öpsə məkruh olarmı?
CAVAB
Ümumi yerlərdə məkruhdur.
Sual: Məktubu hər oxunuşda salamı almaq lazımdırmı?
CAVAB
Xeyr.
Sual: Müsəlman qadının, kafir qadınla qucaqlaşması haramdırmı?
CAVAB
Zərurətsiz caiz olmaz. Zərurət olanda da Hanbəli məzhəbi təqlid edilir.
Sual: Ayət-əl-kürsi oxuyarkən salam alıb, oxumağa davam caizdirmi?
CAVAB
Bəli.
Sual: Salamı var deyiləndə və aleyhissəlam demək də caizdirmi?
CAVAB
Və aleykum... demək üstündür.
Sual: Məktubdakı, maildəki salamı səssiz, gözlə oxuyanda “və aleykum səlam” demək fərzdir?
CAVAB
Səssiz oxuyanda salamı almaq fərz olmaz. Səsli oxuyanda salamı almaq fərz olar.
Sual: Bir quruluşa və ya bir şəxsə gələn məktubu yaxud maili səsli oxuyub, salam alındıqdan sonra, bir başqası da, o məktubu və ya o maili oxuyunca, onun da, salam alması fərz olar?
CAVAB
Xeyr, salamı bir dəfə almaq fərzdir. Kim alarsa alsın, biri alınca artıq o salamı almaq fərz olmaz. Alınarsa da, zərəri olmaz.
Sual: Soruşana salam... deyilir. Soruşana salamı var demək lazımdırmı?
CAVAB
Bəli.
Sual: Bir yoldaşı iki tərəfli qucaqlamaqda zərər vardırmı?
CAVAB
Xeyr.
Sual: Müsafəha etdikdən sonra əli üzə sürtmək bidətdirmi?
CAVAB
Bəli.
Sual: Qoca fasiqlər, əllərini uzadanda, istəməyərək öpmək caizdirmi?
CAVAB
Bəli.
Sual: Gözdən öpmək caizdir?
CAVAB
Xeyr.
Sual: Evdən çıxdıqdan sonra küçədə gedərkən oxuduğumuz surələr olur, biz oxuyarkən qarşılaşdığımız yoldaşlarla salamlaşmaq lazım olur, təbii ki, oxuduğumuzu kəsərək salamlaşırıq. Salamlaşdıqdan sonra qaldığımız yerdən davam etsək olarmı, yoxsa yenidən başlamaq lazımdır?
CAVAB
Qalınan yerdən davam edilir.
Sual: Yolda xanımı ilə və ya qızı ilə gəzənə salam verilər?
CAVAB
Xanımı ilə gəzənə salam verməmək lazımdır, qızı ilə gəzənə salam verilər.
Salam almağın önəmi
Sual: Salam verəndə bəziləri almır. Salam almaq fərz deyil?
CAVAB
Bəli, salam almaq fərzdir. Salamı səbəbsiz almamaq haramdır. Bütün nafilə ibadətlər, salam almağın yanında, dənizdə damcı belə ola bilməz. Fərzin önəmini düşünərək salamlaşmağı böyük bir nemət bilmək lazımdır. Bir hədisi-şərif məali belədir:
“Allahu təalaya and içirəm ki, mömin olmadıqca Cənnətə girə bilməzsiniz. Bir-birinizi sevmədikcə də, mömin ola bilməzsiniz. Sizə, bir əməl bildirim ki, onunla bir-birinizi sevərsiniz: Aranızda salamı yayın!” [Müslim]
Sual: Bir kimsə bizə, filankəsə salam söylə desə, salamını ona çatdırmağımız lazımdırmı?
CAVAB
Filankəsə salam söylə deyənə, “və aleykum səlam” deyilsə də, deyilməsə də, o salamı aparmaq qəbul edilmiş olar və o salamı yerinə çatdırmaq lazımdır. İnşallah deyilirsə, çatdırmadığı zaman zərəri olmaz.
Sual: Telefonda, ticarətdə kafirə “əfəndim” demək caizdirmi?
CAVAB
Bəli, kafirlərə də adət olaraq söylənilən xitabları söyləmək caizdir.
Sual: Gənclərin, ana-atasına və ya qoca şəxslər üçün, İngilislərdən gələn “Özünə yaxşı bax” ifadəsindən istifadə etmələri doğrudur?
CAVAB
Qoca olmasa da, yoldaşı belə olsa da, yenə belə öyüd verər kimi, ağıl verər kimi danışmaq ədəbə ziddir. Nəvələrimizə də belə söyləsək, cavab verərlər, “Baba biz uşağıq?” deyərlər. Heç kimi kiçik görməmək lazımdır, o tədbir almağı bilmir, biz xatırladırıq kimi görsənməməsi lazımdır. “Özünə yaxşı bax” yerinə, “Xudahafiz”, “Allaha əmanət ol” və ya “Sağlıqla qal” demək lazımdır və ya salam verib ayrılmaq lazımdır.
Mərhəba nə deməkdir?
Sual: Bəzi yerlərdə, gələn qonağa mərhəba deyilir. Mərhəba nə anlama gəlir?
CAVAB
Burada, “Rahat ol, sərbəst ol, xoş gəldin, bizdən sənə zərər gəlməz” mənasındadır.
Salamda əvvəlilik
Sual: Yaşca kiçik olanmı, yoxsa böyük olanmı əvvəl salam verər?
CAVAB
Böyük olan, vəzifə və neməti çox olan əvvəl salam verər. Peyğəmbər əfəndimiz, “Mən bu ədəbi [böyüyün kiçiyə əvvəl salam verməsini] Rəbbimdən öyrəndim” buyurdu. (R.Nasıhin)
Mirac gecəsində, əvvəl Allahu təala Rəsulullaha salam verdi. Peyğəmbər əfəndimiz də, “Əttəhıyyatu lilləhi, vəssalavatü, vəttayyibatü” deyərək Rəbbimizi təriflədi. Allahu təala, “Əssəlamu əleykə əyyühənnəbiyyü və rahmətullahi vəbərakatühü” buyurunca, Peyğəmbər əfəndimiz, “Əssəlamu aleynə və alə ibadillahissalihın” dedi. Cəbrayıl əleyhissalam da, “Əşhədu ən la ilahə illəllah və əşhədu ənnə Muhammədən əbduhu və rəsuluhu” dedi.
Ata oğluna, əmir məmuruna, müəllim tələbəsinə, qoca olan gənc olana əvvəl salam verər.
“Salam” demək
Sual: Tək “salam” demək, salam yerinə keçər? Bu salamı almaq lazımdır?
CAVAB
Salam yerinə keçməz, almaq da lazım deyildir. Belə söyləyənlərə, sabahınız xeyir filan deyilə bilər.
Soruşanlara salam
Sual: Bir yerə gedərkən, “Məni soruşanlara salam söyləyərsən” deyilir. Soruşulanda “Salamı var” demək lazımdır?
CAVAB
Bəli, lazımdır.
Salamsız mail yazmamaq lazımdır
Sual: Sual soruşmaq üçün və ya başqa mövzularda yazdığımız hər mailə, salamla başlamaq lazımdırmı?
CAVAB
Ard-arda da yazılsa hər səfərində salam yazmaq sünnətdir. Evə qonaq gələrsə, onlara çay və s. vermək üçün ikidə bir girib çıxılsa, hər giriş və çıxışda salam vermək sünnətdir. Salam vermək sünnət, almaq fərz isə də, verən də, alan da fərz savabı qazanır. Nafilə ibadətlər, bu fərzin yanında dənizdə damcı belə deyildir. Bu fərzə laqeyd olmamaq lazımdır.
Rəsulullah əfəndimiz, “Salam, kəlamdan əvvəldir” buyurdu. Salam vermədən əvvəl danışan Müsəlmana cavab verilməz, çünki hədisi-şərifdə, “Salam vermədən əvvəl danışana cavab verməyin” buyuruldu. (Rədd-ül muxtar)
Sünnətə riayət etmək, salam verməyə laqeyd olmamaq lazımdır.
Maillədə salam yazmaq
Sual: Maildə və ya mübarək gün və gecələrdə göndərilən təbriklərdə, “Səlamün aleykum” deyə yazmaq lazımdır?
CAVAB
Bəli, çox yaxşı olar. Salam vermək, bir kimsəyə ediləcək ən qiymətli duadır. “Dünyada və axirətdə səlamətdə ol!” deməkdir. Salam vermək sünnət, almaq fərz isə də, istisna olaraq salam verən də fərz savabı alır. Fərzin yanında sünnətlər və nafilə ibadətlər dənizdə damcı kimidir. Yalnız salam vermək üçün təbrik yazmaq belə çox yaxşı olar. Əshabi-kiram fərz savabı almaq üçün küçədə dayanıb bir nəfər salam versin və ya bir nəfərə salam verim deyə gözləyərdilər. Salam verib almağa və salamı hər kəsə yaymağa əsla biganə qalmamaq lazımdır. Salam vermək üçün bir bəhanə axtarmaq lazımdır, Peyğəmbər əfəndimiz, “Qarşılaşdığınız kəsə salam verin. Əgər aranızsa ağac, divar yaxud daş kimi bir maneə girsə, sonra qarşılaşarsanızsa, təkrar salam verin!” buyurur. Onun üçün, hər maildə salam yazmaq lazımdır. “Əvvəlkində yazmışdım, buna ehtiyac yoxdur” deməmək lazımdır. Fərz savabını lazımsız görməmək lazımdır.
Rəsulullah (sallallahu aleyhi və səlləm) salamsız içəri girən kimsəyə qayıtmasını, salam verdikdən sonra təkrar içəri girməsini, salamın kəlamdan əvvəl olduğunu, yəni salam vermədən danışmağa başlanmayacağını bildirdi. Telefonla, mail ilə sual soruşan kimsə də, salam verdikdən sonra suallarını yazması lazımdır. Bir neçə hədisi-şərif:
“Müsəlmanın Müsəlman üzərindəki altı haqqından biri salam verməkdir.” [Müslim]
“Bir yerə girərkən oradakılara salam vermək borc olduğu kimi, çıxarkən də salam vermək borcdur.” [Beyhəqı]
“Din qardaşınıza rast gələndə salam verin!” [İbni Sünni]
“Allahu təalaya and içirəm ki, iman etmədikcə Cənnətə girə bilməzsiniz. Bir-birinizi sevmədikcə də iman etmiş ola bilməzsiniz. Sizə bir əməl bildirim ki, onunla bir-birinizi sevərsiniz: Aranızda salamı yayın!” [Müslim, Tirmizi]
“İki Müsəlman, salamlaşıb müsafəha edər və bir də mənə salavatı-şərifə oxuyarsa, yeni doğulmuş kimi bütün günahları təmizlənər.” [R.Nasıhin]
“Salam verib müsafəha edən iki müsəlmanın arasına yüz rəhmət enər. Bunun doxsanı, əvvəl salam verib əlini uzatana, onu isə o birinə verilər.” [Bəzzar]
“Qarşılaşdığın hər kəsə salam ver ki, həsənətin çoxalsın! Evinə girəndə, ev xalqına salam ver ki, evin yaxşılığı və bərəkəti artsın!” [Haraiti]
“Bir yerə girərkən də, oradan çıxarkən də salam verin!” [Tirmizi]
“Bir kimsə ayrılarkən, salam versə, onların xeyirli işlərinə ortaq olar.” [Rüzəyn]
“İnsanlara gülər üzlə salam vermək sədəqədir.” [Beyhəqı]
“Salamlaşmağı yayarsanız, Cənnətə girərsiniz.” [Tabərani]
“Əməllərin ən yaxşısı, salamlaşmağı yaymaqdır.” [Tabərani]
“Salamı yayın ki, salamatlıqda qalasınız.” [Buxari]
“Salamı yayın ki, düşmənlərinizə üstün gələsiniz.” [Tabərani]
“Salam, Allahın adlarındandır. Elə isə salamı aranızda yayın!” [Buxari]
“Tək tanışlara salam vermək, Qiyamət əlamətidir.” [Tabərani]
“Salamı yayın! Çünki o, Allahı razı edən bir əməldir.” [Tabərani]
“Evinə girərkən salam verən, Allahın qoruması altındadır.” [Əbu Davud]
“Şeytandan qorunmaq üçün, evə girərkən salam verin və yeməyi Bəsmələ ilə yeyin!” [Tabərani]
Rəsulullah, Əshabından birinə rast gələndə əvvəl salam verər, sonra onunla müsafəha edərdi. (Tabərani)
Məktubla [maillə, mesajla] gələn salamı oxuyanda dərhal “və aleykum səlam” demək fərzdir. Bunu yazıb cavab olaraq göndərmək müstəhəbdir. (S.Əbədiyyə)
Salamın mənası nədir?
Sual: Salamlaşmadakı salamın mənası nədir?
CAVAB
Salam, əmniyyət, hüzur, salamatlıq, sağlamlıq, sülh, rahatlıq, yaxşı nəticə, qurtuluş kimi mənalara gələr. “Səlamun aleykum” deyərək salam vermək, bir kimsəyə ediləcək ən gözəl duadır. “Mən Müsəlmanam, məndən sənə zərər gəlməz, salamatlıqdasan. Salamat üzrə ol, Müsəlman olaraq öl!” deməkdir. “Əssalamu əleykum və rahmətullahi və bərakətuhu” deyərək salam verəndə, “Hüzur, salamatlıq, Allahu təalanın rəhməti və bərəkəti sizin üzərinizə olsun” demiş oluruq. Çox gözəl bir duadır.
Salamı alan fərz savabı işləmiş olar. Salam vermək sünnətdirsə də, qarşımızdakının fərz işləməsinə səbəb olduğu üçün, o da, fərz savabı alır. Gecə səhərə qədər zikr çəksək, hətta Quran oxusaq fərz savabı ala bilmərik. Fərz olan salam nemətini bir qənimət bilməyimiz lazımdır. Salamı yaymağa çalışmağımız lazımdır. Əshabi-kiram, fərz savabı qazanmaq üçün, küçəyə çıxardılar. “Bir nəfər mənə salam verər və ya mən ona salam verərəm fərz savabı alarıq” deyərdilər.
Uzaqdan keçən yoldaşa da salam vermək lazımdır, əl qaldırıb ağzımızla da “Səlamun aleykum” deməyimiz lazımdır. Tək işarə ilə salam olmaz.
В корзине: 0 шт.
на сумму: 0