Facebook Twitter WhatsApp

Söz daşımaq

Sual: Söz daşımağın dindəki yeri nədir?

CAVAB

Doğru olaraq söz daşımaq da nəmimə [intriqa] olur. Yalan qatılarsa böhtan da olur. İntriqa günahdır. Axirətdə cəzası ağır olduğu kimi, dünyada da insanların aralarının açılmasına səbəb olar. Onun üçün, “Daş daşı, söz daşıma” deyərlər. Hədisi-şəriflərdə buyuruldu ki:

“Həsədçi, intriqa və falçı məndən deyildir.” [Tabərani]

“Ən pisiniz, söz daşıyan, dostların arasını pozan və ayıb araşdırandır.” [Tabərani]

“İntriqalıq edən lənətlənmişdir.” [İ.Maverdi]

“Söz daşıyan halalzadə deyildir.” [Hakim]

“Söz daşıyan, vələdi-zina və ya zina qarışıqlığı olan soysuz kimsədir.” [Beyhəqı]

“İntriqa, qiyamətdə meymun surətində haşr olar.” [R.Nasıhin]

“Söz daşıyan Cənnətə girməz.” [Buxari]

Bu hədisi-şəriflərdə keçən “Cənnətə girə bilməz”, “Məndən deyildir” demək, “Tövbə edib halallaşmadan ölən, cəzasını çəkmədən Cənnətə girə bilməz” mənasındadır. Əgər əfvə və ya şəfaətə uğrayarsa və ya savabları çox olar, günahlarından çox olarsa Cənnətə girər. Deyilsə, cəzasını çəkər. Əhli-sünnət etiqadında günah işləyənə kafir deyilməz.

Hər doğru söz deyilməz. Söz daşıyarkən doğru söylənmiş ola bilər, amma bu doğrunu söyləmək də böyük günahdır. Hədisi-şəriflərdə buyuruldu ki:

“İntriqalıq qəbir əzabına səbəb olar.” [Beyhəqı]

“Allahu təala söz daşıyanın qəbrində bir atəş müsəllət edər. O atəş onu qiyamətə qədər yandırar.” [Şirə]

Rəsulullah əfəndimiz iki qəbrin yanına gəldi. “İkisi də əzabdadır. Biri, paltarını nəcisdən qorumaz, digəri isə intriqaçı idi.” buyurdu. (Şirə)

Saleh bir şəxs, özünə söz gətirənə dedi ki:

“Bizə üç pislik gətirdin. Sevdiyim şəxsi mənə düşmən etmək istəyirsən. Hüzurlu qəlbimi qarışdırdın. Mənim yanımda ədalətli, yaxşı biri idin, özünü fasiq, qüsurlu etdin.”

İntriqalıq fəlakətindən xilas olmaq üçün, söz gətirənə qarşı bu altı şeyi etmək lazımdır:

  1. Ona inanmamaq lazımdır. Çünki söz gətirən fasiqdir. “Fasiqə inanılmaz. Sözü ilə hərəkət edilməz. İntriqanın sözlərini qəbul etmək, intriqalıqdan daha pisdir.” buyurulmuşdur.
  2. Onu bu münkərdən nəhy etmək lazımdır. Çünki Allahu təala “Münkərdən nəhy et” (Loğman 17)
  3. Onu sevməmək lazımdır! Çünki söz daşımaq günahdır. Günahkar sevilməz. Onu düşmən bilmək lazımdır!
  4. Söz gətirdiyi kimsəyə görəsən həqiqətən söyləmişmi deyə sui-zənn edib ona pis gözlə baxmamaq lazımdır! Çünki sui-zənn haramdır. Hədisi-şərifdə buyuruldu ki:
  1. “Sui-zənn etməyin! Sui-zənn səhv bir qərar verməyə səbəb olar. İnsanların gizli şeylərini araşdırmayın, qüsurlarını görməyin, münaqişə, həsəd və düşmənlik etməyin, bir-birinizi çəkişdirməyin, qardaş kimi bir-birinizi sevin!” [Müslim]
  1. Gətirilən sözün doğru olub olmadığını araşdırmamaq lazımdır! Çünki gizli şeyləri, günahları araşdırmağı Allahu təala qadağan etmiş, “Bir-birinizin qüsurunu araşdırmayın” buyurmuşdur. (Hucurat 12)
  2. Gətirilən söz haqqında kimsəyə bir şey danışmamaq lazımdır! Əgər deyilərsə, başqasının pərdəsi cırılmış, günahı meydana çıxarılmış olar. Qüsurları gizləmək, aşkar etməmək lazımdır. Çünki hədisi-şəriflərdə buyuruldu ki:

“Yoldaşının pisliyini gizləyənin qüsurları qiyamətdə gizli qalar.”  [Tabərani]

“Yoldaşının ayıbını görməyib gizləyən, Cənnətə gedər.” [Tabərani]

“Yoldaşının ayıbını aşkar edənin ayıbı aşkar olar. Hətta evində belə rüsvay olar.” [İbni Macə]

“Müsəlmanın ayıbını araşdıran, ona pislik etmiş olar.” [Əbu Davud]

“Birini tövbə etdiyi günahından ötəri ayıblayan, eyni günaha məruz qalmadan ölməz.” [Tirmizi]

Görüldüyü kimi söz daşıyan nə qədər fərzi tərk edir və nə qədər haram işləmiş olur.

Sual: Bir yoldaş mənim əleyhimdə danışıb. Başqa yoldaş da, mənim yaxşılığım üçün, danışılanları mənə anlatdı. Yoldaşın yalan söyləyəcəyindən şübhə etmirəm. Fəqət, bəlkə səhv anladığı ehtimalını düşünərək, araşdırdıqdan sonra tədbir almağım uyğun olarmı?
CAVAB

Sizə bunu nəql edən yoldaş, söz daşımış, intriqalıq etmiş, yəni haram işləmişdir. Sizdə bunu dinləyib qəbul etmisiniz, günaha ortaq olmuşsunuz. İntriqalıq ümumiyyətlə bir nəfərin əleyhində danışılanları ona eynilə çatdırmaq deməkdir. Qeybətə bənzəyən tərəfi də vardır. Bir kimsənin xoşuna gəlməyən şeyini başqasına açıqlamağa da söz daşımaq deyilir. Söz daşımaq, böyük günahlardandır. Söz daşımağa dedi-qoduçuluq, intriqalıq deyilir. Tövbə etmək lazımdır, bir daha dedi-qoduçuluqdan [söz daşımaqdan] çəkinmək lazımdır!

Söz daşıyan xidmətçi

Bir nəfər xidmətçi alarkən pis xasiyyəti olub olmadığını soruşdu. “Bir az intriqaçıdır” dedilər. “Mühüm deyil” deyərək xidmətçini aldı.

Xidmətçi evin xanımına, “Mən çox təcrübəliyəm. İnsanların gözündən anlayıram. Əfəndin səni sevmir. Başqasında gözü var. Əgər yatarkən çənəsinin altından bir neçə qıl kəsib gətirərsən, sehrbazlığı bildiyim üçün, sənə bir şeylər öyrədərəm. O zaman əfəndin səni çox sevər, gözü çöldə olmaz” dedi.

Xidmətçi qadının əfəndisinə də, “Xanımının gözü çöldədir. Səni sevmir, hətta öldürmək istəyir” dediysə də adam, “Xanımımı tanıyıram. Elə bir şey düşünməz” dedi. Fəqət xidmətçi, “Təcrübəsi pulsuzdur. Çox yorğunam deyib, yatmış kimi görsən. Səni kəsməyə gələrsə, sözümün doğru olduğunu anlayarsan” dedi.

Adam özünü yuxuluğa vurdu. Qadın əlində ülgüc ilə yavaşca gəldi. Çənəsinin altına əlini uzadanda, xanımının onu öldürəcəyinə inanıb qadını öldürdü.

Xidmətçi, qadının qohumlarına xəbəri çatdıranda, qohumları, bu adamı öldürdü. Adamın qohumlarına xəbər gedəndə, onlar da bunları öldürməyə başladı. Çox qan töküldü.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину