Facebook Twitter WhatsApp

Təvəkkül

Sual: Təvəkkülün dinimizdəki yeri nədir?

CAVAB

Təvəkkül, dinimizin bildirdiyi səbəblərə yapışdıqdan sonra nəticəni səbəblərdən deyil, səbəbləri Yaradandan gözləməkdir. “Bir işə başladığın zaman Allahu təalaya təvəkkül et, Ona güvən!” ayəti-kəriməsi, təvəkkül ilə birlikdə əzm edərək çalışmaq lazım olduğunu  göstərir. (Əli-İmran 159)

Təvəkkül, hər hansı bir işin dini, adəti səbəblərə sarılaraq səy göstərib nəticəyə ixlasla təslim olmaqdır. Yəni, nəticəni Allahu təaladan gözləmək və bu nəticənin özü üçün tam xeyirli olduğuna inanmaqdır. Doğru səbəbə yapışan doğru nəticə alar.

Təvəkkül, dəyişdirilməsi insan gücünün xaricində olan kədərli hadisələri əzəldə təqdir edilmiş bilib kədərlənməmək, Allahu təaladan gəldiyini düşünərək sevə-sevə qarşılamaqdır. İnsan bir işin nəticəsinin yaxşı və ya pis olacağını bilə bilməz. Xeyir zənn etdiyi çox şey şərlə, şər zənn etdiyi çox şey də xeyirlə nəticələnə bilər. Mütləq bu işim olsun, deyə təkid etməmək, “Xeyirli isə olsun” demək lazımdır.

Allahu təala heç kimə möhtac olmamaq üçün çalışmağı, xəstə olmamaq üçün tədbir almağı, xəstə olduğu zaman dərmandan istifadə etməyi, gözün görə bilməsi üçün işığı səbəb etmişdir. Səbəbi istənilən şeyə qovuşmaq üçün bir qapı kimi yaratmışdır. Bir şeyin hasil olmasına səbəb olan şeyi etməyib də səbəbsiz olaraq gəlməsini gözləmək, qapını bağlayıb pəncərədən atılmasını istəməyə bənzəyər ki, bu, ağıla və dinə uyğun deyildir.

Allahu təala insanların ehtiyaclarına qovuşmaq üçün bu səbəblər qapısını yaratmış və açıq buraxmışdır. Təsiri qəti olan dərmanlardan istifadə etməmək təvəkkül deyil axmaqlıqdır, haramdır. Hədisi-şərifdə buyuruldu ki:

“Hər xəstəliyin dərmanı vardır. Tək ölümə çarə yoxdur.” [Tabərani]

Həzrəti Musa xəstələnəndə, “Dərmansız da Allahu təala şəfa verər” deyərək dərmandan istifadə etmədi. Allahu təala, “Dərmandan istifadə etməzsən şəfa ehsan etməm” buyurdu. Dərmandan istifadə etdi və yaxşı oldu. Allahu təala, “Təvəkkül etmək üçün mənim adətimi, hikmətimi dəyişdirmək istəyirsən? Dərmanlara təsir verən kimdir? Əlbəttə təsirləri yaradan mənəm” buyurdu. (K.Səadət)

Həkimə getmək, dərmandan istifadə etmək, fəqət, həkimə və dərmana güvənməmək, şəfanı Allahu təaladan istəmək lazımdır! Dərmandan istifadə edib lakin yaxşı olmayan, əməliyyat stolunda ölən az deyildir.

Həzrəti İbrahim mancanaqla atəşə atılarkən Hasbiyallah və niməl vəkil dediyi hədisi-şərif ilə bildirilmişdir. [Mənə Allahım yetər, O nə yaxşı vəkil, nə yaxşı köməkçi deməkdir.] Atəşə düşərkən Həzrəti Cəbrayıl gəlib, “Bir diləyin varmı?” deyə soruşanda, “Var, fəqət sənə deyil” deyərək sözünün əri olduğunu göstərdi. Bunun üçün ayəti-kərimədə, “Sözünün əri olan İbrahim” deyə  tərifləndi. (Nəcm 37)

Təvəkkül, qəlb işidir, imandan meydana gəlir. Allahu təalanın lütf və ehsanının çox olduğuna iman etməklə hasil olar. Bu hal qəlbin vəkilə etimad etməsi, güvənməsi, ona inanması və onun ilə rahat etməsidir. Belə bir insan dünya malına könül bağlamaz. Dünya işlərinin pozulmasından kədərlənməz. Ruzisindən narahat olmaz. Məsələn, böhtana məruz qalan, məhkəməyə düşüncə özünə bir vəkil tutar. Üç şeydə vəkilə güvənərsə, bu kimsənin  qəlbi rahat edər. 1- Vəkili, ona etdikləri böhtanı yaxşı bilir. 2- Vəkili doğrunu söyləməkdən qorxmaz. 3- Vəkilin bunu canla, başla müdafiə edəcəyini inanır. Vəkilinə belə inanar, güvənərsə özü ayrıca məşğul olmaz. “Allah bizə yetişər. O nə yaxşı vəkildir” ayəsini yaxşı anlayıb, “Ruzi təqdir edilmiş, vaxtı gələndə mənə çatar” deyər. Demək ki, çalışmadan təvəkkül dinimizdə yoxdur.

Təvəkkül və səbəblər

M.Məsumi Faruqi həzrətləri buyurur ki:

Səbəblərə yapışmaq təvəkkülə zidd deyildir. Səbəblərin təsir etməsinin Allahu təaladan olduğunu bilən, təsiri Allahu təaladan gözləyən və təcrübə edilmiş səbəblərdən istifadə edən kimsə Allahu təalaya təvəkkül etmiş, yalnız Ona güvənmiş olar. Təsir etməyən, xəyali səbəblərdən istifadə etmək təvəkkül olmaz. Təsiri çox görülmüş olan səbəblərdən istifadə etmək lazımdır. Atəş yandırar, fəqət, atəşə yandırma qüvvətini verən Allahu təaladır. Aç olan bir şey yeyər, bu şeyə doyurma qüvvəti verən Odur. Lazım olduğu vaxt belə səbəblərdən istifadə etmədiyi üçün zərər görən kimsə Allahu təalaya asi olar. Təcrübə edilmiş səbəblərdən istifadə etmək lazımdır. Allahu təala məşvərət etməyi, bilənlərə məsləhətləşməyi əmr etdi. Məşvərət də səbəblərə sarılmaqdır. 

Məşvərətdən sonra təvəkkülü əmr etdi. Axirət işlərində təvəkkül ola bilməz çalışmaq əmr olundu. Burada, əzabından qorxmaq və mərhəmətindən ümidli olmaq lazımdır. Allahu təalanın kərəminə, ehsanına güvənmək lazım və əmr olunan ibadətləri etmək və qadağan ediləndəldən çəkinmək lazımdır! Təvəkkül budur və qulluq belə olur. (1/182)

Yer üzündəki hər canlının ruzisi

Sual: Günümüzdə bir qisim insanlar dolanışığın çətinliyi səbəbilə halala, harama diqqət etmir. Ailəcə çalışıb dolana bilməyənlər var. Yalan ddanışılır, hiylə edilir, qul haqqına diqqət edilmir. Bu dərəcə ruzidən narahat olmaq doğrudur?

CAVAB

Halala, harama, qul haqqına diqqət etməmək uyğun deyildir. İslam alimləri, “Kim kimə, nəyə güvənərsə köməyi ondan gözləsin!” buyurur.

Alimlərdən birinə, “Həmişə ibadətlə məşğul olursan, nə yeyib nə içirsən?” dedilər. O da, dişlərini göstərdi. “Dəyirmanı edən suyunu göndərər” demək istədi. Çünki ruziləri Allahu təalanın göndərdiyinə inancı tam idi. Ayəti-kərimə məali:

“Yer üzündəki hər canlının ruzisini Allah əlbəttə göndərir.” [Hud 6]

Veysəl Qarani həzrətləri nəsihət istəyən birinə, “Şam şəhərində qal” buyurdu. O da “Görəsən Şamda dolanışıq necədir?” dedi. Həzrət, “Ruzilərindən şübhə edənlərə təəssüflər olsun. Bunlara nəsihət fayda verməz” buyurdu.

Hədisi-şəriflərdə buyuruldu ki:

“Allahu təala özünə sığınanın hər işinə yetişər, heç ümid etmədiyi yerdən ona ruzi verər.” [Beyhəqı]

“İnsan ehtiyaclarını Allahu təalaya həvalə edərsə, ehtiyaclarını [hasil olan səbəbləri] ehsan edər.” [Hakim]

Məsələn, hər kəsin sənə mərhəmət və xidmət etməsini təmin edər. Yəhya ibn Muaz Razi həzrətləri buyurur ki:

“İnsanlar səni Allahu təalanı sevdiyin qədər sevər. Allahu təaladan qorxduğun qədər səndən qorxarlar. Allahu təalaya itaət etdiyin qədər sənə itaət edərlər, Ona itaətin nisbətində, sənə xidmət edərlər. Xülasə, hər işin Onun üçün olsun! Yoxsa, heç bir işinin faydası olmaz. Həmişə özünü düşünmə! Allahu təaladan başqa kimsəyə güvənmə!”

Əbu Muhamməd Raşi həzrətləri buyurur ki:

“Özün ilə Allahu təala arasında ən böyük pərdə [mane], hər zaman öz mənfəətini düşünmək və özün kimi bir acizə güvənməkdir. Sofilik, istədiyin hər yerə gedə bilmək və buludların kölgəsində rahat etmək hər kəsdən hörmək görmək deyildir. Hər halında Allahu təalaya güvənməkdir.”

Allahu təaladan başqa güvəniləcək, dost eldə ediləcək heç kimsə, heç bir şey yoxdur.

Allahu təaladan başqasına sığınmaq hörümçək toruna sığınmağa bənzədilmişdir. Qurani-kərimdə məalən buyurulur ki:

“Allahdan başqa dost edinənin halı hörümçəyin vəziyyətinə bənzəyər. Halbuki sığınacaqların ən çürüyü hörümçək yuvasıdır.  [Ənkəbut 41]

Necə təvəkkül etmək lazımdır

Sual: Tam Elmihalda, “Bir kimsə hərəkətlərdə, işlərdə, Allahu təaladan başqasının təsir etdiyini düşünsə, bu kimsənin tövhidi nöqsan olar. Əgər, heç bir səbəb lazım deyil desə, İslamiyyətdən ayrılmış olar. Əgər səbəbləri araya qoymaq lazım deyildir deyərsə, ağıla uymamış olar. Lazımdır deyərsə, səbəbləri hazırlayana təvəkkül etmiş olar ki, bu da tövhiddə nöqsanlıq olar” deyilir. Bu hissəsini anlaya bilmədim. Səbəblərə güvənsək də güvənməsək də günah olur. Necə təvəkkül etməyimiz lazımdır?

CAVAB

Bəli, təvəkkül bəhsi çətindir. Yuxarıdakı yazını üç maddə halında açıqlayaq:

  • Yaxşı, pis, xeyir, şər hər şeyi Allahu təalanın yaratdığına inanacağıq. Bəzi şeylərə bəzi şeylər təsir edir deyilərsə etiqadımız düzgün olmaz. Hər şeyin yaradıcısı Allahu təaladır. Bir ayət məali:

“Sizi də işlərinizi də yaradan Allahdır.” [Saffat 96]

  • İşlərin edilməsi üçün heç bir səbəb lazım deyil deyilsə, Allahu təalanın qoyduğu səbəblər inkar edilmiş olar. Məsələn, mən evlənməsəm də mənim uşaqlarım olar demək çox səhvdir. Uşaq olması üçün ana-ata kimi səbəblərə ehtiyac vardır.
  • Səbəblər lazımdır, səbəbsiz olmaz deyərsə, səbəblərə güvənmiş olar, yenə tövhidi nöqsan olar. Yəni, necə ana-ata olmadan uşaq olar demək səhv isə, uşağın olması üçün mütləq ana-atanı şərt etmək və uşaqları Allahu təalanın yaratmasında rolu olmadığını söyləmək də çox səhvdir. Ana-ata olsa da uşaq olmaya bilər. Ana-ata olmadan da Allahu təala uşaq yarada bilər. Həzrəti Adəm ilə Həzrəti Həvvanı anasız, atasız, Həzrəti İsanı atasız yaratmışdır. Səbəblərə güvənməyəcəyik, səbəbləri yaradanın da Allahu təala olduğunu biləcəyik.

Səbəblər aləmindəyik. Allahu təalanın adəti səbəblərlə yaratmaqdır. Səbəbsiz yaradılması möcüzə və ya kəramət olardı. Sehri yaradan da Allahu təaladır. Hər şeyi yaradan Odur. 

Bu üç maddəni yekunlaşdıraq:

Bir iş etmək istəsək, səbəblərinə yapışacağıq, amma, səbəblər mütləq bu işi edər deməyəcəyik. Məsələn, uşaq sahibi olmaq üçün evlənəcəyik, amma evləndik mütləq uşağımız olar da deməyəcəyik. Xəstə isək həkimə gedəcəyik, dərman alacağıq, əməliyyat olacağıq, amma bu səbəblər bizi yaxşı etdi deməyəcəyik. Çünki əməliyyat masasından qalxmaya bilərik. Səbəblərə güvənməyəcəyik. Səbəbləri yaradanın da, səbəblərə təsir qüvvətini verənin də Allahu təala olduğunu biləcəyik.

Özünə güvənmək uyğundurmu?

Sual: Fərdi inkişaf ilə əlaqədar yazılarda, kitablarda, “Özünüzə güvənin” deyilir. Özünə güvənmək uyğundur?

CAVAB

Müsəlmanın nəfsinə [özünə] deyil, Allahu təalaya güvənməsi lazımdır. Yəni, hər mövzuda əlindən gəldiyi qədər çalışması lazımdır, səbəblərə yapışması lazımdır, fəqət səbəblərin təsirini Allahu təaladan gözləməsi lazımdır. Təvəkkül də bu deməkdir.

İslam alimləri buyurur ki: Allahu təala, tək Allaha güvənənin, hər diləyini ehsan edər.

Bir hədisi-şərif məali:

“Allahu təala ancaq Rəbbinə güvənənin hər dilədiyini verər və bütün insanları buna köməkçi edər.” [F.Bilgilər]

Əbu Muhamməd Abdullah Raşi buyurur ki:

Allahu təala ilə insan arasında olan ən böyük pərdə, özünə və özü kimi aciz olan bir qula güvənməsidir. (Məktubatı-Məsumiyyə)

İslamiyyət təvəkkülü əmr edər, tənbəlliyi qadağan edər. Bir hədisi-şərif məali:

“Dəvəni bağla və sonra Allahu təalaya təvəkkül et!” [İbni Asaqir]

Bu hədisi-şərif həm təvəkkül etmək, həm də çalışmaq lazım olduğunu açıqca bildirir. Təvəkkül, Allahdan kömək gözləyərək, çətinlikləri məğlub etmək deməkdir.

Bu ayəti-kərimə təvəkkül ilə birlikdə yalnız çalışmaq deyil, çalışmağın üstündə olan, əzmin də lazım olduğunu göstərir. Demək ki, hər Müsəlman çalışacaq, əzm edəcək, sonra da Allahu təalaya güvənəcəkdir.

Təvəkkülə inanmayanlar təvəkküldən alınan qüvvət və cəsarətin yerini boş buraxmaq üçün, “özünə güvənmək” ifadəsi ilə bu ehtiyacı qarşılamağa çalışırlar. Bu da göstərir ki, təvəkkül ediləcək, güvəniləcək bir yer lazımdır. O da yalnız Allahu təaladır. Bir ayəti-kərimə məali:

“De ki: Allahu təala diləmədikcə özümə heç bir fayda və zərər gətirməyə qadir deyiləm.”  [Əraf 188]

Bu ayəti-kərimə və daha nə qədər bənzərləri var ikən təvəkkülü qaldıraraq, özünə güvənmək deyə bir şey axtarmaq səhvdir. Özünə güvənmək təvəkkülün tərsi və təvəkkülü pozan bir şeydir. Bundan başqa eqoistliyə, özünü bəyənməyə yol açır. 

Təvəkküldə başqasının köməyinə güvənməyib, yalnız Allaha sığınaraq çalışmaq inancı olduğundan, özünə güvənməkdən gözlənilən qüvvətdən  qat-qat çox qüvvət hasil olur. Özünə güvənən kimsəsizdir. Təvəkkül edən Müsəlmanın öz çalışmasından başqa Allahı vardır. Bu tükənməz qaynaqdan qüvvət almaqdır. Təvəkkül edən Müsəlman həm bütün qüvvəti ilə çalışır, həm də qazancını özündən bilmək kimi eqoistliyə düşmür. (Faydalı Bilgilər)

Ruzidən narahat olmaq

Sual:Ruzidən narahat olmaq təvəkkülü pozar?

CAVAB

Bəli, pozar. “Ruzini özüm qazanıram” demək də təvəkkülə zərər verər. Çünki hər kəsin ruzisini verən Allahu təaladır. Bir ayəti-kərimədə məalən, “Bir çox canlı ruzisini özü əldə edə bilməz. Sizin də onların da ruzisini Allah verər” buyuruldu. (Ənkəbut 60)

Təvəkkül etməmək çox təhlükəlidir. Çünki təvəkkül etmək fərzdir. “Təvəkkül imanın şərtidir” məalindəki ayəti-kərimə təvəkkülün əhəmiyyətini göstərir.(S.Əbədiyyə)

Təvəkküllə əlaqədar üç ayəti-kərimə məali belədir:

“İmanınız varsa Allaha təvəkkül edin!” [Maidə 23]

“Təvəkkül edənə Allah kafidir.” [Talaq 3]

“Allah quluna kafi deyilmi?” [Zumər 36]

“İşdən çıxsam aç qalaram” deyə ruzisi üçün narahat olan Allahu təalanın ona kafi gəldiyindən şübhə edirsə çox təhlükəlidir. Ruzini Allahın verdiyinə inanıb Ona təvəkkül edən ruzidən məhrum qalmaz. Bir neçə hədisi-şərif:

“Əgər Allahu təalaya haqqıyla təvəkkül etsəydiniz, səhər aç qalxıb, axşam tox qayıdan quşlar kimi sizin də ruzinizi verərdi.” [Tirmizi]

“Bir kimsə Allahu təalaya güvənib sığınarsa, Allahu təala onun hər işinə yetişər. Heç ümid etmədiyi yerdən ona ruzi verər. Kim də dünyaya güvənərsə, onu dünyaya buraxar.” [K.Səadət]

“Allahu təala buyurdu ki: Bir qul mənə ixlasla təvəkkül edərsə, hər kəs ona tələ qursa, ona mütləq bir çıxış qapısı açaram. Bir qul da mənə deyil məxluqa güvənərsə, bütün yüksəliş səbəblərini kəsər və çöküş yollarını asanlaşdıraram.” [İbni Asakir]

Peyğəmbər əfəndimiz, “Allah qorxusunu özünə sərmayə edənin ruzisi ticarətsiz və sərmayəsiz gələr” buyurub, [Talaq surəsinin] “Allahdan qorxana Allah bir çıxış yolu ehsan edər, ümid etmədiyi yerdən ruzisini göndərər” [məalindəki 2-ci və 3-cü] ayələrini oxudu. (Tabərani)

Allahu təala Davud əleyhissəlama, “Bir kimsə hər şeydən ümid kəsib, yalnız mənə güvənərsə, yerdə və göylərdə olanların hamısı ona zərər etməyə, aldatmağa çalışsalar, onu əlbəttə qurtararam” məalindəki ayəti-kərimə ilə vəhy göndərdi.

Dağda yaşayan birisinə, “Hər gün ibadət edirsən. Nə yeyib, nə içirsən?” deyə soruşurlar.  O da dişlərini göstərir. Yəni, “Dəyirmanı edən, suyunu göndərər” demək istəyir. Biri, Veysəl Qarani həzrətlərinə, “Harada qalım?” deyə soruşar. O da, “Şamda” buyurar. “Görəsən Şamda dolanışıq necədir?” deyəndə Veysəl Qarani həzrətləri, “Ruzisindən şübhə edən qəlblərə təəssüflər olsun! Bunlara, nəsihət fayda etməz!” buyurur. (S.Əbədiyyə)


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину