Sual: Sözündən dönməyin dindəki yeri nədir?
CAVAB
Yerinə yetirmək niyyəti ilə söz vermək savabdır. Verilən sözdə durmaq müstəhəbdir. Sözündə durmamaq tənzihən məkruh olur. Özünə söz verilən şəxs, “Sən mənə söz verdiyin üçün bu mənim haqqımdır” deməyə haqqı yoxdur. Hədisi-şərifdə buyuruldu ki:
“Bir kimsə yerinə yetirmək niyyəti ilə verdiyi sözü tuta bilməzsə günah olmaz.” [Tirmizi]
Etməyəcəyi halda yalan olaraq söz vermək haramdır. Bu şəkildə sözündə durmamaq da günah olur. Etməmək niyyəti ilə söz verdiyi halda, verdiyi sözdə durarsa, yalançılıq günahı əfv olmuş olar. Hədisi-şərifdə, “Sözündə durmamaq münafiqlik əlamətidir” buyuruldu. (İbni Nəccar)
Sözündə durmağa gücü çatmazsa, münafiqlik əlaməti olmaz.
Özünə mal, söz və ya sirr əmanət olunan kimsənin bunlara xəyanət etməsi münafiqlik olur. Sözündə durmağa çalışması lazımdır. Ayəti-Kərimədə məalən buyuruldu ki:
“Allah [razılaşmaları pozmaqdan] çəkinənləri sevər.” [Tövbə 7]
Hədisi-şərifdə də buyuruldu ki:
“Vəd, söz vermək borcdur. Sözündə durmayana təəssüflər olsun.” [Deyləmi]
Sözündə durmaq önəmli bir xüsusiyyətdir. Bu barədə bir çox atalar sözü vardır. Bir neçəsi belədir:
Heyvan yularından (ipindən), insan sözündən tutular.
Ər olan sözündə durar.
Allah bir, söz bir.
Söz namusdur.
Söz vermə, verdinsə dönmə!
Söz ağızdan çıxar.
Sözünün əri ol!
Tüpürdüyünü yalamaq [verdiyi sözdən dönmək] igidə yaraşmaz.
Qurani-kərimdə sözündə duranlar təriflənir, sözünün əri deyilməkdədir.
Hədisi-şərifdə buyuruldu ki:
“Dörd şey münafiqlik əlamətidir: Əmanət olunana xəyanət etmək, yalan danışmaq, vədini pozmaq, sözündə durmamaq.” [İ.Nəccar]
Sözündə durmaq
Sual: Bir yerə gedərkən bir yoldaşa, “Bizim evin ehtiyaclarıyla məşğul olsan yaxşı olar” deyirik, o da qəbul edir, amma heç maraqlanmadığı meydana çıxır. Söz verdiyi halda belə etməsi uyğundur?
CAVAB
Söz verincə, bir bəhanə olmadıqca, onu yerinə yetirmək lazımdır. Bir hədisi-şərif məali:
“Hərbə gedən kişilərin xanımları, hərbə getməyən kişilərə öz anaları kimi haramdır. Bir kişi mücahidlərdən birinin ailəsinə baxmağa söz verib lakin xəyanət edərsə, qiyamətdə o mücahid əsgər bu insandan haqqının hamısını alar.” [Müslim, Nəsai]
Amma etmək istəyib də edə bilməmişsə, bir bəhanəsi çıxmışsa, o zaman günah olmaz.
Sözündə durmaq
Sual: Bir tələbəyə, “Məktəbi bitirsən, sənə bir kitab hədiyyə edəcəyəm” dedim. Bitirincə verməyim lazımdırmı?
CAVAB
Söz vermək borclu olmaq deyilsə də, bir bəhanə yoxsa sözündə durmaq lazımdır. Çünki bəhanəsiz sözündə durmamaq münafiqlik əlamətidir.
В корзине: 0 шт.
на сумму: 0