Facebook Twitter WhatsApp

Xəstə ziyarəti

Sual: Xəstəni ziyarət fərzdir?

CAVAB

            Xəstə ziyarəti sünnətdir. Xəstənin baxacaq kimsəsi yoxsa vacibi-kifayə olar. Hədisi-şəriflərdə buyurulur ki:

            “Müsəlmanın müsəlman üzərində beş haqqı vardır: Salamını almaq, xəstələnəndə ziyarət etmək, cənazəsinə getmək, dəvətini qəbul etmək, asqırıb  əlhamdülillah dediyi vaxt yərhamükallah deməkdir” (Müslim)

            “Biriylə yoldaş olanda kim olduğunu öyrən! Xəstə olarsa ziyarətinə, ölərsə cənazəsinə gedərsən.” (Beyhəqı)

            “Xəstə ziyarəti üçün bir mil, iki adamın arasını düzəltmək üçün iki mil, Allah üçün dost etdiyin birini ziyarət üçün üç mil uzaqda da olsa get!” (İbni Əbid-dünya)

            “Allahu təala birinə, “Mən xəstələndim, məni ziyarətə gəlmədin” buyurar. O kimsə, “Ya Rəbbi, səni necə ziyarət edəcəyimi bilimirəm” deyincə də, “Filan Müsəlman xəstələndiyi vaxt ziyarət etsəydin məni tapardın” buyurar.” (Müslim)

            “Bir xəstəni ziyarət edənin zamini Allah olar.” (Hakim)

            “Bunlar qonşu haqqlarındandır: Xəstələndiyi vaxt ziyarət etmək, öləndə cənazəsinə getmək, borc istəyərsə vermək, kasıb olarsa hər yerdə söyləməmək, gözəl bir şeyə qovuşarsa təbrik etmək, başına bir fəlakət gələrsə təsəlli etmək, evini onun evindən yüksək etməmək, qonşuya da verilməzsə bişirilən yeməyin qoxusunu ona hiss etdirməmək” (Cami-üs-saqir)

            “Xəstə ziyarətinin mükəmməl olması, əlini xəstənin üzünün və ya əlinin üzərinə qoyması və halını soruşmasıyla olar. Aranızdakı salamlaşmanın mükəmməl olması üçün də müsafəha etmək lazımdır.” (İ. Macə, İ.Əhməd)

            “Xəstələri ziyarət edin. Dua etmələrini istəyin. Şübhəsiz xəstələrin duası məqbul, günahları da əfv edilmişdir.” (Deyləmi)

            “Xəstələri ziyarət etməyin, cənazələri yola salmaqdan daha böyük savabı vardır.” (Deyləmi)

            “Kim bir xəstəni ziyarət edərsə, qayıdana qədər Cənnət bağçası içərisindədir.” (Müslim, Tirmizi, İ.Əhməd)

            “Sünnətə uyğun dəstəmaz alıb xəstə olan Müsəlman qardaşını Allah rizası üçün ziyarət edən yetmiş illik yol məsafəsi olan Cəhənnəmdən uzaqlaşar.” (Əbu Davud)

            “Xəstələri də ziyarət edin” (Buxari)

            “Xəstə ziyarəti gözəl işdir.” (Tabərani)

            “Xəstə bir müsəlmanı səhər ziyarət edənə axşama qədər, axşam ziyarət edənə isə səhərə qədər yetmiş min mələk dua və istiğfar edər. Cənnətdə də bir bağça verilər.” (Tirmizi)

            “Xəstəni ziyarət edənə 70 min mələk sabahısı gün eyni vaxta qədər istiğfar edər.” (Şirazi)

            “Xəstə ziyarətinə gedən şəxs Allahu təalanın rəhmətinə girər, onun yanında oturanda da bu rəhmətlə basdırılmış olar.” (Beyhəqı, İ. Əhməd)

            “Tək Allah rizası üçün yoldaşını və ya bir xəstəni ziyarət edən üçün Allahu təala buyurar ki: Nə gözəl etdin. Cənnətdə özünə bir köşk hazırlamış oldun.” (Buxari)

            “Bir xəstəni ziyarət edib yanında bir miqdar oturan Müsəlmana bir an belə günah işlənməmiş bir illik əməl savabı verilər.” (Əbu Nuaym)

            “Xəstəni ziyarət üç gündən sonradır. Ziyarəti də seyrək edin! Dalğındırsa ziyarət lazım deyildir!” (Deyləmi)

            “Xəstəni ziyarət edən şəxs müsafəha etsin və əlini xəstənin alnına qoyub, halını soruşsun və onun üçün şəfa və uzun ömür diləsin, ondan dua da istəsin. Çünki xəstənin duası mələklərin duası kimidir.” (Beyhəqı)

            “Bir gündə bu beş şeyi edən Cənnət əhli olar: Xəstəni ziyarət edən, cənazəyə gedən, Cümə günü oruclu olan, Cüməyə gedən və sədəqə verən (Əbu Yala) (Cümə günü oruc tutmaq istəyən cümə axşamı ilə və ya şənbə ilə birlikdə tutması lazımdır!)

            Peyğəmbər əfəndimiz ziyarət edənə çox savab verildiyini bildirəndə, oradakılar xəstəyə də savab olub olmadığını soruşdular.  “Xəstəyə qat-qat daha çox savab verilər” buyurdu. (Tabərani)

            Biri xəstələnəndə dərhal ziyarətinə gedilməz. Tez-tez getmək də doğru deyildir. Ən çox iki gündə bir gedilə bilər.

            Ziyarətə yeni paltar ilə deyil, hər gün geyindiyi paltar ilə getmək lazımdır! Xəstənin başında deyil, ayaq ucunda oturmaq lazımdır!

            Xəstənin üzünə baxmayıb, sağa sola baxmaq və ya önünə baxmaq uyğun olmadığı kimi, davamlı olaraq xəstənin üzünə baxmaq da uyğun deyildir.

            Xəstənin yanında qaş-qabaqlı dayanmamaq lazımdır! Gözəl şeylərdən bəhs etmək, yaxşılaşması üçün dua etmək lazımdır!

            Peyğəmbər əfəndimiz bir xəstəni ziyarət edəndə, Heç bir şeyin yoxdur, inşallah bu narahatlığın günahlarını təmizləyər” buyurardı.  (Buxari)

            Ziyarətdə xəstənin yanında çox oturmaq uyğun deyildir. Peyğəmbər əfəndimiz, “Xəstə ziyarətini qısa etmək savabdır” buyurdu. (Bəzzar)

            Xəstənin də halından şikayət etməməsi lazımdır! Bir hədisi-şərifdə buyuruldu ki:

            “Sədəni gizli verən, müsibətini gizləyən, halını Allaha ərz edən üçün Allahu təala buyurar ki: Qulum verdiyim bəlaya səbir etdi. Ziyarətə gələnlərə məni şikayət etmədi. Mən də onun bədənini daha sağlam qılaram. Günahsız olaraq yaxşılaşar. Ölərsə rəhmətimə çatar.” (Tabərani)

            Xəstə halından şikayət etmədiyi kimi, “Məni ziyarətə gəlmirlər” deyə də şikayət etməməsi lazımdır! Özünü ziyarətə gəlməyənin bir bəhanəsinin ola biləcəyini düşünməsi, ona sui-zənn etməməsi lazım, küsməməsi lazımdır!

Sual: Xəstə ziyarətinə gedərkən çiçək aparmaq xristian adətidir?

CAVAB

            Mübah işlərdə müsəlman olmayanların adətinə uymaq günah olmaz (Hadiqa). Ziyarətə gedərkən çiçək aparmaq günah deyildir. Hədisi-şəriflərdə, “Kimə gözəl qoxulu çiçək ikram edilərsə rədd etməsin, onun alıb iyləsin” “Qırmızı gülü iyləyib də mənə salavat gətirməyən mənə əziyyət etmiş olar.” buyuruldu. (Şəra)

Sual: Bir yoldaş, xəstələnəndə onu ziyarət edə bilmədiyim üçün məndən inciyib küsmüşdü.  Xəstəni ziyarət etmək fərzdirmi?

CAVAB

            Xəstə ziyarəti sünnətdir. Xəstənin kimsəsi yoxsa vacib olar. Sünnət olan xəstə ziyarətini etməyənə küsmək haramdır. Hədisi-şərifdə  buyuruldu ki:

            “Müsəlmana üç gündən çox küsülü dayanan Cəhənnəmə gedər.” (Nəsai)

Sual: Xəstə ziyarətində nələrə diqqət etmək lazımdır?

CAVAB

            Xəstənin yanına Əuzu bəsmələ ilə salam verərək girmək, mümkündürsə sağ tərəfinə oturmaq, dua etmək üçün hal və xətirini soruşmaq, bir ehtiyacı olub olmadığını xəbər almaq, varsa kömək etmək lazımdır. Ona da eşitdirmək üçün kəlmeyi-şəhadət söyləmək lazımdır. Yanında çox oturmamaq lazımdır. Əgər israr edərsə bir az daha oturula bilər. Ayrılarkən də təcili şəfaya nail olması üçün dua etmək lazımdır.