Facebook Twitter WhatsApp

Yaradılanı xoş gör

Sual: “Yaradılanı xoş gör, Yaradandan ötəri” demək, kafirin hər şeyini xoş görmək deməkdir?

CAVAB

Möminin belə pis əməlləri xoş görülmədiyi halda cinayət işləyəndə cəzalandırılarkən, kafirin pislikləri heç xoş görülər? Kafir insan olaraq Müsəlmandan fərqsizdir, irq baxımından üstünlükləri yoxdur, amma küfrü və pislikləri baxımından çox fərq vardır, xoş görülməz. Əvvəl insan olaraq kafirlərin dindəki yerini bildirək. Bir neçə hədisi-şərif məali:

“Bütün insanlar  [insan olaraq] bir darağın dişləri kimi eynidir.” [İbni Lal]

“Ərəbin Əcəmə, [Ərəb olmayana] Əcəmin Ərəbə üstünlüyü olmadığı kimi, qırmızının qaraya, qaranın qırmızıya üstünlüyü yoxdur. Heç bir millətin digərinə üstünlüyü yoxdur. Üstünlük ancaq təqva ilədir.” [İbni Nəccar]

[Kafir də olsa] Bütün insanlar Allahın iyalidir [qullarıdır]. Allahu təalanın ən çox sevdiyi kimsə Onun iyalinə yaxşılıq edəndir.” [Bəzzar]

“Kafir də olsalar qonşuya, qonağa və ana-ataya ikram et! Kafir də olsa dilənçini rədd etmə!” [Ç. Y. Güzin]

“Allahu təala məzlumun qarğışını kafir də olsa qəbul edər.” [Ç. Y. Güzin]

“Kafir də olsa məzlumun qarğışından çəkinin!” [İ.Əhməd]

“Kafir yoldaşını öldürən də ümmətimdən deyildir.” [Hədiqə]

“Bir zimmi kafiri öldürən Cənnətin qoxusunu hiss edə bilməz. Halbuki Cənnətin qoxusu qırx illik məsafədən hiss edilir.” [Buxari] (Zimmi kafir: Qeyri-müslim vətəndaş)

Zimmi kafirə zülm etmək, müsəlmanlara zülm etməkdən daha pisdir. (Dürr-ül-muxtar)

Kafirləri pis sözlərlə təhqir edən, onları incidən cəzalandırılır, çünki kafirləri incitmək, qəlblərini qırmaq haramdır. (Mültəka)

İnsan olaraq kafirlər bu mənalarda xoş görülür. Yoxsa küfrləri və günahları xoş görülməz. Onları sevmək, onlarla dostluq qurmaq haramdır. Bir neçə ayəti-kərimə məali belədir:

“Allaha və qiyamət gününə iman edənlər ataları, qardaşları və qohumları da olsa, Allahın və Rəsulunun düşmənlərini sevməzlər.” [Mücadələ 22]

“Ey iman gətirənlər, mənim də, sizin də düşməniniz olanları [müşrikləri] dost etməyin! Onlar sizə gələn həqiqəti [Qurani-kərimi] inkar etmişkən onlara sevgi bəsləyirsiniz [Rəsulun gizlədiyi sirri verirsiniz], halbuki onlar Rəbbiniz olan Allaha inandığınızdan ötəri sizi və Rəsulu [Məkkədən] çıxarırlar. Əgər sizlər mənim yolumda döyüşmək və rizamı qazanmaq üçün [Məkkədən] çıxmışsanız, [onları dost edə bilməz] onlara sevgi göstərə bilməzsiniz [sirr verə bilməzsiniz]. Mən, sizin gizlədiyinizi da aşkar etdiyinizi də bilərəm. İçinizdən onlara sevgi göstərən, [düşməni dost edən] əlbəttə doğru yoldan ayrılmış olur. [Mümtəhinə 1]

“İbrahim və Onunla birlikdə olan möminlərin sözlərindən ibrət alın! Onlar kafirlərə dedilər ki, biz sizdən və bütlərinizdən uzağıq. Dininizi bəyənmirik. Allahu təalaya inanana qədər aramızda düşmənlik vardır.” [Mümtəhinə 4]

Hədisi-şəriflərdə də buyuruldu ki:

“Ən qiymətli ibadət Allah üçün sevmək və Allah üçün düşmənlikdir.” [Əbu Davud]

“Allahın düşmənlərini sevməmək, imanın dadını artırır.” [Tabərani]

“Allahı sevməyən və Onun düşmənlərini düşmən bilməyən həqiqi iman etmiş olmaz. Möminləri Allah üçün sevəni və kafirləri düşmən biləni Allah sevər.” [İ.Əhməd]

İsa əleyhissəlam, “Allah düşmənlərindən nifrət edərək Allahu təalanın sevgisini qazanın! Onlardan uzaqlaşaraq Allaha yaxınlaşın! Onlara qızaraq Allahın sevgisini axtarın!” buyurdu.

Həzrəti Ömərə ağıllı və yazısı gözəl olan Hirəli bir Xristianı katib etməsini deyilincə, “Yəhudi və Xristianları dost etməyin!” məalindəki ayəyi oxuyub, “Kafiri dost edə bilməm” buyurdu.

Həzrəti Ömər, Əbu Müsəl Əşariyə, “Nə üçün, bir müsəlman katibdən istifadə etmirsən? “Yəhudi və Xristianları dost etməyin” ayəsini eşitmədinmi?” dedi. O da, “Dini onun, katibliyi mənim” dedi. Həzrəti Ömər, “Allahu təalanın alçaq etdiyinə ikram etmə! Onun zəlil etdiyini əziz etmə! Xristian ölərsə nə edəcəksən, indi onu et! Dərhal onu dəyişdir!” buyurdu. (H. S. Vəsiqələri)

Bu halda yaradılanı yaradandan ötəri xoş görmək, kafirləri sevmək demək deyil. İnsan olaraq ona yaxşı davranıb, onu qazanmaq, hidayətinə vəsilə olmağa çalışmaqdır.

Kim olarsan ol, gəl

Sual: Həzrətİ Mövlananın, “Bütpərəst olsan da gəl” sözü kafirləri sevməyi təşviq etmir?

CAVAB

Mövlana Cəlaləddini Rumi həzrətlərinin, “Gəl, gəl, hər kim olarsan ol, gəl! Müşrik, Məcusi olsan və ya bütə tapınsan da gəl! Bizim dərgahımız ümidsizlik dərgahı deyildir. Tövbəni yüz dəfə pozmuş olsan da gəl!” deməsi, “Gəl, sənə Müsəlmanlığı öyrədim ki, həqiqəti gör”  deməkdir. Gəl kafirliyinə davam et demək deyildir.