Facebook Twitter WhatsApp

Yaxşı və ya pis cığır açmaq

Sual: Ölüncə hər kəsin əməl dəftərinin bağlanacağı deyilir. Ölkədə çox yaxşılıq və ya çox pislik etmiş insanlar var. Bunların da əməl dəftərləri bağlanır?

CAVAB

            Ölüncə əməl dəftərləri bağlanır. Fəqət yaxşı və ya pis işdə rəhbərlik edənlərin əməl dəftərləri bağlanmaz.

            Hədisi-şəriflərdə buyuruldu ki:

            “Dinimizdə bir cığır açana, bunun savabı ilə bununla əməl edənlərin savabı verilər, o cığırda (o yolda)  gedənlərin savablarından da heç bir şey azalmaz. Dinimizdə pis bir cığır açana da, bunun günahı ilə bununla əməl edənlərin günahı verilər, o pis yolda gedənlərin günahından da heç bir şey azalmaz.” (Müslim)

            “Bir mömin vəfat edəndə hər əməli kəsilər. Yalnız üç əməlinin savabı əməl dəftərinə yazılmağa davam edər. Bunlar, sədəqəyi-cariyələrinin, faydalı kitablarının və saleh övladlarının onlar üçün etdikləri dua və  istiğfar savablarıdır.” (Əbuşşəyx)

            (Sədəqəyi-cariyə məscid, bulaq, yol kimi insanlara faydası toxunan, faydalı işlərdir).

            Heç kim işlədiyi pisliyin günahını başqasına verə bilməz. Fəqət mömin ibadətlərinin savabını başqasına hədiyyə edə bilər. Öz savabından da heç azalma olmaz. (Hidayə)

Günahda ortaqlıq

            Bir kimsə, kömək etdiyi yerlərə, oxuduğu qəzetə diqqət etməsi lazımdır. Pul verərək aldığı qəzet yaxşı isə, o qəzetin yaxşılığına ortaq olar. Pis isə vəbalı vardır, pisliyə ortaq olmuş olar. Hədisi-şəriflərdə buyuruldu ki:

            “Hər yaxşılıq bir xəzinədir. Hər xəzinənin açarı vardır. Yaxşılığı açan, pisliyi kilidləyən bir açara sahib olana müjdələr olsun! Pisliyi açan, yaxşılığı kilidləyən bir açarı olana da təəssüflər olsun!”  (İbni Macə)

            “Yaxşı işə vəsilə olan həyatında və öldükdən sonra da o işi edənlər qədər savab qazanar. Pis işə ilk addım atana da bu iş tərk edilənə qədər bunun günahı yazılar.” (Tabərani)

            “Zülm ilə öldürülən hər adamın günahından Adəmin ilk oğlunun (Qabilin) də bir payı vardır. Adam öldürməyə ilk dəfə o səbəb olmuşdur.” (Tabərani)

            Bu halda, günah olan işlərə köməkçi olmaq o günaha ortaq olmaq deməkdir. İnsanlığın dünya və axirət səadəti üçün çalışanlara köməkçi olmaq da onların savablarına ortaq olmaq deməkdir. 

Xeyirli iş

            Bir kimsənin yaxşı və ya pis olduğu, gördüyü işlərdən aydın olar. Bir kimsə, pisliklərdən çəkinir, yaxşı işlər edirsə, o adamın Cənnətə getmə ehtimalı çoxdur. Onun üçün yaxşı kəslərlə birlikdə olmağa çalışmaq lazımdır. Hədisi-şərif də buyuruldu ki:

            “Allahu təala bir qula xeyir murad etdiyi vaxt, dinini qoruyan insanlar yanında çalışmağı nəsib edər. Şər murad edilən qul da dinini qorumayan pislərin yanında çalışar.” (Deyləmi)

Yaxşı və ya pis cığır açmaq

Sual: Bir övladın savabları ana-atasına da yazılırmış. Günahları da yazılırmı? Qabilin işlədiyi günahlardan atası Adəm əleyhissəlama  da yazılırmı?

CAVAB

            Hədisi-şərifdə “Bir Müsəlmanın övladı, ibadət edəndə qazandığı savab qədər, atasına da verilər. Bir kimsə, uşağına günah öyrədərsə, bu uşaq nə qədər günah işləyərsə, atasına o qədər günah yazılar” buyuruldu. Günah öyrətməyən Həzrəti Adəmə qardaşını öldürən Qabilin günahı yazılmaz. Günahkarların günahları başqasına da yazılmaz. Hədisi-şərifdə, “Heç kim başqasının günahını çəkməz” buyuruldu. (Hakim)

            Qurani-kərimdə eyni mənada çox ayə vardır:

            “Heç bir günahkar başqasının günahını çəkməz.” (Ənam 164)

            İnsanları yoldan vuranlar, pozğunluqda öndə olanlar, öz günahlarını yükləndikləri kimi o şəxslərin günahlarını da yüklənərlər. (Nəhl 25- Bəydavi)

            Bir insan bir yaxşılığı etməyə gücü çatmırsa, o yaxşılığın edilməsinə səbəb olarsa, o yaxşılığı etmiş kimi savab qazanar. Hədisi-şərif də buyuruldu ki:

            “Xeyrə dəlalət edən (yol göstərən, səbəb olan)  o xeyri edən kimi savaba qovuşar.” (Beyhəqı)

            Möminlərin ixlasla etdikləri yaxşı işlərin savabları qiyamətə qədər onların əməl dəftərlərinə yazılar.

            Hədisi-şərifdə buyuruldu ki:

            “Möminlərin öldükdən sonra 7 əməlinin savabı qəbirdə də ona yazılar. Bunlar:  1- Elm öyrətmək, 2- Bulaq çəkmək, 3- Su quyusu qazmaq, 4- Xurma ağacı əkmək, 5- Məscid inşa etdirmək, 6- Mushaf çap etdirmək, 7- Ölümdən sonra ona istiğfar edəcək saleh övlad qoymaq.”  (Əbu Davud)

Sual: Kiçik uşaqlarının ibadətlərinin savabları ana-atasına da verilər?

CAVAB

            Uşağın etdiyi yaxşılıqların savabı özünədir. Ana-atasına, öyrətmə və etdirmə savabı verilər. (Bəzzaziyyə)

Şəxslərin sünnəti

Sual: “Yalnız Peyğəmbərlərin sünnəti olur. Alimlərin sünnəti olmaz” deyilir. Məsələn, Həzrəti Ömərin sünnəti deyilir?

CAVAB

            Sünnət, yol, cığır deməkdir. “Sünnətullah”, Allahın sünnəti, Allahın yolu deməkdir. “Sünnəti Rəsulullah”, Rəsulullahın sünnəti, Rəsulullahın yolu deməkdir. Rəsulullahın yolu, Allahu təalanın yolundan ayrı olmadığı halda, Rəsulullahın sünnəti deyildiyi kimi, Peyğəmbər əfəndimizin yolundan ayrı olmayan hər səhabənin də sünnəti olar. “Həzrəti Ömərin sünnəti”, “Həzrəti Əlinin sünnəti” demək caiz və lazımdır. Necə ki, hədisi-şərifdə buyuruldu ki:

            “Sünnətimə və Xüləfayi Raşidinin sünnətinə möhkəm sarılın!” (Əbu Davud)

            Həzrəti Ömər xülafəyi-Raşidindəndir. Bu hədisi-şərifə tabe olaraq “Həzrəti Ömərin sünnəti” deyilir. Həzrəti Ömərin sünnəti deyildiyi kimi, İmam Azam həzrətlərinin sünnəti və ya “filan alimin sünnəti” deməkdə də zərər yoxdur. Hətta bidət əhlinin sünnəti də (yolu, cığırı da) olur. 

Hidayətə səbəb olan Cənnətlikdir

            Hidayətdə olmaq və insanları hidayətə dəvətin önəmi böyükdür. Əmri-məruf  və nəhyi-münkər fərzdir. Qurani-kərimdə məalən buyurulur ki:

            “İman edib yaxşı işlər görən, haqqı və səbri tövsiyə edənlər xaric insanlar zərərdədir.”  (Əsr 2,3)

            “Sizin içinizdə insanları xeyrə, (ədilləyi-şəriyyəyə - dörd dəlilə tabe olmağa)  dəvət edən və yaxşılığı əmr edib pislikdən (dörd dəlilə qarşı çıxmaqdan) qadağan edən bir camaat olsun. Onlar qurtuluşa qovuşanlardır.” (Əli İmran 104)

Hədisi-şəriflərdə də buyurulur ki:

            “Təhsilsiz elmə, rəhbərsiz hidayətə qovuşmaq istəyən, boş şeylərdən üz çevirsin!” (İ.Qəzali)

            “İbadətlərini ixlas ilə edənlərə müjdələr olsun! Bunlar hidayət ulduzlarıdır.” (Əbu Nuaym)

            “İmamlar (rəhbərlər) hadi və mehdi olduğu müddətcə, insanlar dal və mudil olsa da əsla həlak olmaz.”  [Hatib] (Hadi - doğru yolu tapmış, hidayətə qovuşmuş, Hidayət yolunu göstərən mürşid,  Mehdi - hidayətə vəsilə olan, hidayətə gətirən. Dal - pozğun, mudil - aldadan)

            “Əssəlamü ala mənittəbəal hüda - Hidayətə tabe olana, haqq yolda olana salam olsun.” (Nəsai)

            “Ya Rəbbi, bizi hidayətdən sonra başqalarının hidayətinə vəsilə olanlardan et.” (Buxari)

            İnsan yaradılışda hidayət və dəlalət olmaq üzrə iki tərəflidir. Ona hidayəti tanıtmaq üçün bir rəhbərə və ya bir ustadın kitabına ehtiyac vardır. Hidayət çox qiymətli olduğu kimi, hidayətə səbəb olmaq da çox qiymətlidir. Hədisi-şəriflər də buyurulur ki:

            “Sənin vasitən ilə Allahu təalanın bir adama hidayət verməsi, sənin üçün üzərinə günəşin doğulub batdığı hər şeydən daha xeyirlidir.” (Tabərani)

            “Bir kafirin hidayətinə səbəb olmaq, qırmızı dəvələrə malik olmaqdan yaxşıdır.” (Buxari, İ.Əhməd)

            “Bir insanın hidayətinə səbəb olan (Onu haqq məzhəbdə edən) mütləq Cənnətə girər.” (Buxari)

            “Bir Müsəlman dostuna hidayətini artıracaq və ya onu təhlükədən xilas edəcək hikmətli bir sözdən daha yaxşı bir hədiyyə verə bilməz.” (Əbu Yala)

            “Kim,  hidayətə  (doğru etiqada)  dəvət edərsə, o yola girənlərin bütün savabları ona da yazılar, digərlərinin əcrindən bir şey azalmaz. Kim də pozğunluğa dəvət edərsə, o yola girənlərin günahları ona da verilər, o pis yolda gedənlərin günahlarından da heç bir şey azalmaz.” (Tirmizi)

            “Haqdan batili və ya hidayətdən dəlaləti rədd etmək məqsədi ilə elm öyrənmək üçün yola çıxan şəxs qırx il ibadət edən bir abid  kimi əcr alar.”  (Deyləmi)

            Əhli-sünnət alimlərinin kitablarını başqalarına vermək də, hidayətə səbəb olmaq kimi savabdır. Hətta kitabı alan, o kitabla əməl etməmiş olsa, dəlalətdə qalsa belə kitabı verən niyyətinə görə onu hidayətə qovuşdurmuş kimi savab alar. Çünki hədisi-şəriflərdə buyurulur ki:

            “Xeyrin yolunu göstərən onu işləyən kimidir.” (Əbu Davud, Tirmizi)

            “Əmri-məruf və nəhyi-münkər edərkən ölən şəhiddir.” (İ.Asakir)

            “Bütün ibadətlərə verilən savab, Allah yolunda cihada verilən savaba görə, dəniz yanında bir damcı su kimidir. Cihad savabı da, əmri-məruf və nəhyi-anilmünkər (dinin əmr və qadağanlarını öyrətmək) savabı yanında, dənizə nisbətlə bir damcı su kimidir.” (Deyləmi)

Yol göstərən, əməl edən kimidir  

Sual: Qurani-kərimdə yaxşı işə vasitəçilik edənə bir pay veriləcəyi bildirilir. Bu bir pay nə qədərdir?

CAVAB

            Qurani-kərimdə məalən buyurulur ki:

            “Yaxşı və pis işə vasitəçilik edən ondan bir pay alar. Allah hər şeyin qarşılığını verər.” (Nisa 85)

            “Allah, zərrə qədər yaxşılığın savabını da qat-qat artırar və ayrıca böyük mükafat verər.” (Nisa 40)

            “Bir yaxşılıq edənə on qatı verilər, bir pislik isə qatı ilə cəzalandırılar, heç kimə haqsızlıq edilməz.” (Ənam 160)

Peyğəmbər əfəndimizin bu mövzudakı hədisi-şəriflərindən bəziləri belədir:

            “Xeyrə dəlalət edənə (yol göstərənə), o xeyri işləyən qədər savab verilər.” (Buxari)

            “Xeyrə dəlalət edən (yol göstərən, öndərlik edən), onu edən kimidir.” (Əbu Yala)

            “Pisliyə dəlalət edən onu edən kimidir.” (Deyləmi)

            “Şərqdə biri öldürülər, qərbdə olan buna razı olarsa, öldürmə günahına ortaq olar.” (İ.Qəzali)

            “Dua edənlə amin deyən, Quran oxuyanla dinləyən, xoca ilə tələbə savaba ortaqdır.” (Deyləmi)

            Bu hədisi-şəriflərdən yaxşı və ya pis bir işə vasitəçilik edənə, o işi edən qədər savab və ya günah veriləcəyi aydın olur. Ancaq eyni yaxşılığı edən eyni savaba çata bilməz. İnsanların vəziyyətlərinə görə də dəyişər. İxlasına və imanının qüvvətinə görə dəyişər. Gənclikdə və ya qocalıqda, rahat və sıxıntılı vəziyyətlərdə daha az və ya daha çox savab alar. Hədisi-şəriflər də buyurulur ki:

            “Bir kimsə, Uhud dağı qədər qızıl sədəqə versə, əshabımdan birinin bir ovuc qədər arpa sədəqəsinin savabına qovuşa bilməz.” (Buxari)

            “Fitnə zamanında edilən ibadət, mənim yanımda hicrət etmək kimi çox savabdır.” (Müslim)

            “Fitnə-fəsad yayıldığı vaxt, sünnətimə yapışana yüz şəhid savabı verilər!” (Hakim) (Çünki fitnə-fəsad zamanında İslamiyyətə tabe olmaq, kafirlərlə döyüşmək kimi çətin olacaqdır.)

            “Rəbbiniz, rəhmdir. Bir yaxşılıq etmək istəyib etməyənə, bir savab verər. Edənə, on qatından 700 qatı və ya daha çox savab verər. Pislik etmək istəyib etməyənə bir savab, edərsə bir günah yazar, diləyərsə onu əfv edər.” (Tabərani)

            Demək ki, yaxşılıq edənə və ya yaxşılığa vasitəçi olana ondan 700-ə qədər, hətta vəziyyətə görə daha çox savab verilir. İmam Rəbbani həzrətləri buyurur ki:

            Gənclikdə ehtirasın, əsəbiliyin çox olduğu anlarda, İslamiyyətin bir əmrini yerinə yetirmək, qocalıqda edilən eyni ibadətdən çox üstün və qiymətli olar. (Hələ başqa maneələr də olarsa, bunları tərk edib edilən ibadətlərin savabı o qədər çoxdur ki, ancaq Allahu təala bilər.) Çünki, maneələr qarşısında ibadəti etmək çətinliyi, sıxıntısı o ibadətlərin şanını, şərəfini göylərə çıxardar. Mane olmayaraq asan edilən ibadətlər, aşağıda qalar. Bunun üçündür ki, insanların yüksəkləri, mələklərin yüksəklərindən daha üstün olmuşdur. Çünki insan, maneələr arasında ibadət edir. Mələklər isə, mane olmadan əmrə itaət edir. Döyüşdə, əsgərin qiyməti artar və döyüşərkən kiçik bir xidməti, sülh zamanındakı böyük səylərindən daha qiymətli olar.  (3-35)

Elm öyrənmək və öyrətmək

Sual: Əhli-sünnətə uyğun bir din kitabını başqasına hədiyyə edəndə bizə də savab olar?

CAVAB

            Bəli çox savab olar. Çünki hədisi-şəriflərdə buyurulur ki:

            “Bir kimsə əməl etməsə də, elmdən bir məsələ öyrənsə, min rükət (nafilə) namazdan üstün olar. Əgər öyrəndiyi elm ilə əməl  edər və ya bunu başqasına öyrədərsə həm bunun savabını alar, həm də qiyamətə qədər onunla əməl edənlərin savablarını alar.” (Hatib)

            “Din qardaşına öyrədiləcək elmdən daha fəzilətli olan sədəqə yoxdur.” (İbni Nəccar)

            “Ən üstün sədəqə, elm öyrənmək, sonra da onu başqasına öyrətməkdir.” (İbni Macə)

            Mötəbər bir kitab vermək də o elmi başqasına öyrətmək olar. Yaxşılığa vəsilə olan  o yaxşılığı etmiş kimi savab qazanar. Bunun əksinə də, yəni pozuq bir kitabı başqasına verib onun etiqadını da pozmaq çox vəbaldır. Bu səfər günaha ortaq olar.

İki qat əzab

Sual: Əraf surəsində “İki qat əzab verilir” deyilir. Niyə normal cəza deyil də iki qat?

CAVAB

            Təfsirlərdə iki qat əzabdan məqsəd  belə bildirilir:

            Həm öz küfrlərindən dolayı, həm də başqasını doğru yoldan azdırdıqlarından dolayı iki qat əzab verilir. Onlara uyanlar həm kafir olduqlarından, həm də pozuq bir rəhbəri kor-koranə təqlid etdiklərindən ötəri iki qat əzaba məruz qalacaqdır. (Beydavi)