Facebook Twitter WhatsApp

Ana-atanı dinləməyib evlənmək

Sual: Bir qızın saleh ana-atasını dinləməyib sevdiyi biri ilə evlənməsi caizdirmi? Ana-atanın övladı üzərində nə haqqı vardır?

CAVAB

İmam Nəsəfi həzrətləri bildirir ki:

Ana-atanın övladı üzərində 80-ə qədər haqqı var. Bunlardan bir neçəsi aşağıdakılardır: Hədisi-şərfdə buyuruldu ki:

“Ana-atasını xidmətləri ilə razı edən, Allahu təalanı razı etmiş olar, onları qəzəbləndirən Allahu təalanı qəzəbləndirmiş olar”. [İbni Nəccar]

Həsən Basri həzrətləri Kəbəni tavaf edərkən belində yük olan bir nəfəri görüb dedi ki:

- Niyə yüklə təfav edirsən?

- Bu yük deyil, atamdır. Onu Şamdan yeddi dəfə gətirib təfav etdim. Çünki mənə dinimi, ianımı öyrətdi. Məni İslam əxlaqı ilə yetişdirdi.

- Qiyamətə qədər belə arxanda daşısan, bir dəfə qəlbini qırmaqla bu etdiyin xidmət boşa gedər. Bir dəfə də könlünü alsan bu qədər xidmətə qarşılıq olar.

“Ya Rəsulallah, anam müşrikdir. Ona yaxşılıq etməyim caizdirmi?” deyə soruşana, “Bəli, anana yaxşılıq və ehsan et!” buyuruldu. (Əbu Davud)

Hədisi-şərifdə buyurulur ki:

“Ən fəzilətli əməl vaxtından qılınan namazdan sonra ana-ataya yaxşılıqdır.” [Müslim]

“Ana-ataya ehsan, bədbəxtliyi səadətə çevirir, ömrü uzadır və insanı pis ölümdən qoruyur” [Əbu Nuaym]

Bu halda ana-ata zalım olub övlada zülm etsələr də, günah işləməyi əmr etsələr də, yenə onları üzməməyə, küsdürməməyə çalışmaq lazımdır. Onları üzən söz və hərəkət caiz olmaz.

Ana-ata pis olsalar belə yenə onlarla yaxşı rəftar etmək lazımdır. Ziyarətlərini tərk etmək böyük günahdır. Heç olmazsa salam göndərərək, şirin məktub yazaraq, zən edərək bu günahdan qurtulmaq lazımdır. Atasına qarşı gələn övladından mürüvvət görməz görə bilməz, muradına qovuşmaz, ailəsi ilə yaxşı dolanmaz, evinin dadı gedər. (Şira)

Hədisi-şəriflərdə buyurulur ki:

“Ana-atasının rizasını alan möminə Cənnətdən iki qapı, üzənə də Cəhənnəmdən iki qapı açılır” [Beyhəqı]

 “Ana-atasını razı edən mömin nə edərsə etsin Cəhənnəmə girməz, incidən də Cənnətə girməz” [Şira]

Cihad üçün izin istəyən bir nəfərə Peyğəmbər əfəndimiz ana-atasının sağ olduğu öyrənincə, “Burada qal, onlara qulluq elə, onlara qulluq cihaddır” buyurdu. (Buxari)

Cihada getmək üçün gələn başqa bir nəfərə də buyurdu ki:

“Ananın yanından ayrılma! Cənnət onun ayağı altındadır.” [Nəsai]

Biri də hicrət etmək üçün gəlib, “Ya Rəsulallah, ana-atamı ağladaraq gəldim” dedi. Peyğəmbər əfəndimiz bu vəziyyətə üzülərək buyurdu ki:

“Dərhal get, onları ağlatdığın kimi güldür” [Əbu Nuaym]

Haqq təala buyurdu ki:

“Ya Musa, mənim endimdə çox ağır və böyük günah vardır ki, o da ana-ata övladını çağırınca əmrinə tabe olmamasıdır” [İ. Əxlaqı]

Haqq təala buyurur ki:

“Biz insana ana-atasına yaxşılıq etməsini tövsiyə etdik” [Əhqaf 15]

Həsən Basri həzrətləri buyurdu ki:

“Alim bir övladın ana-atası kafir olsa, quyudan su çəkmələri üçün ona möhtac olsalar, o da bir neçə qova çəkdikdən sonra of desə, bu səbəblə bütün əməllərinin savabı yox olar”

Peyğəmbər əfəndimiz, “Ana ilə uşağın arasını açan şəxsə lənət olsun” buyurmuşdur. (Qunyə)

 Əlindən gəldiyi qədər onların rizalarını almağa çalışmaq lazımdır. Hədisi-şərifdə buyuruldu ki:

“Rəbbin rizası ana-atanın rizasında, qəzəbi də ana-atanın qəzəbindədir” [Buxari]

Üzməkdən çox qorxmaq lazımdır. İsra surəsinin 23-cü ayəti-kəriməsində ana-ataya yaxı rəftar etmək, onlarla yumşaq və şirin danışmaq əmr edilmişdir.

Saleh ana-atanın rizalarını almadan onları üzərək evlənmənin təhlükəsini bu ayət və hədisi-şərflərdən yaxşı anlamaq lazımdır.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину