Facebook Twitter WhatsApp

Bal şəfalıdır

Sual: Həkimlər bal yeməyimi söylədi. Balın dindəki yeri nədir?

CAVAB

Qurani-kərimdə balın şəfa olduğu bildirilir. (Nəhl 69)

Hədisi-şəriflərdə də buyuruldu ki:

“Yaddaşı qüvvətləndirmək üçün bal yeyin!” [M.Nasihat]

“Bədəni bəsləyən üç şeydən biri də bal yeməkdir.” [Şirə]

“Xəstəyə bal kimi şəfalı bir şey yoxdur.” [Əbu Nuaym]

“Balda bərəkər və şəfa vardır. 70 Peyğəmbər bala dua etmişdir.” [B.Arifin]

“Şəfa olan şeydən biri də bal yeməkdir.” [Buxari]

“Faydalı müalicələrdən biri də bal şərbəti içməkdir.” [Buxari]

“Hər ay 3 səhər ac qarnına bal yeyənə böyük bir xəstəlik gəlməz.” [Beyhəqı]

“Halal pul ilə alınan bal yağış suyu ilə şərbət edilib içilərsə hər dərdə dərman olar.” [Deyləmi]

Böyrək sancısının dərmanı isti bal şərbətidir.” [Hakim]

“Bu üç şeydə şəfa vardır: Bal şərbəti, hacamat, odla dağlama. Amma ümmətimi odla dağlamanı qadağan edirəm.” [Buxari]

“İki şəfa qaynağını əldən buraxmayın: Bal və Quran.” [İbni Macə]

“Rəsuli Əkrəm bal şərbətini çox sevərdi.” [İbni Sünni]

 

Baldan başqa şirniyyatda çox şəfa olmaz.

Zəhərdən başqa acıda fazla zərər olmaz.

 

Arı südü vitamin və zülal baxımından zəngindir. Bal bir çox xəstəliyə dərmandır. Qanı təmizləyər, qan dövranını asanlaşdırar. Ürək döyüntüsünü önləyər. Mədəyə fərahlıq verər. Həzmsizlik, əsəb pozğunluğu və yuxusuzluq üçün faydalıdır. Qansızlığa faydalıdır. Sümük xəstəliyi üçün çox faydalıdır. Sulandırılmış süd bal şərbətinə qarışdırılıb içilərsə, bağırsaq parazitlərini öldürər.