Sual: Arıqlamaq üçün praktik məlumatlar verdiniz. Amma kökəlmək istəyirəm. Nə etməliyəm?
CAVAB
Əgər kilo ala bilməməyiniz bədən quruluşundan asılıdırsa, bədəniniz qidaları çox əridirsə, hormonal müayinə etdirmək və ona görə hərəkət etmək lazımdır. Yəni, mütəxəssis həkimin müayinə və diaqnozundan sonra onun tövsiyələrinə riayət etmək lazımdır.
Normal bir insanın kilo alması üçün yazdıqlarımızın ziddini etməsi yetər. Məsələn:
Kilo alma1da ölçü verilən kaloridən daha çox kalori almaqdır. Bunlar edilərsə normal insan qısa vaxtda çox kilo alar.
İştah açan qidalar
Sual: Arığam, kilo almaq istəyirəm. İştah açan, bədənə qüvvət verən qidalar hansılarıdır?
CAVAB
Qovun, qarpız: Baş ağısını aradan qaldırar, gözlərə qüvvət verər, iştah açar.
Qreyfrut: Xərçəngə qarşı qoruyucudur, C vitaminlə zəngindir. İştah açar.
Çörəkotu: İştah açar. Bədənə qüvvət və dinclik verər.
Dəfinə yarpağı: Sidik və hayz üçün yaxşıdır. İştah açar.
Yerkökü: Gözü qüvvətləndirər, qansızlığı aradan qaldırar, üz qırışıqlığını aradan qaldırar.
Vəzəri: İştah açar, həzmi asanlaşdırar.
Əncir: Enerji verər, kökəlmək üçün çox faydalıdır.
Mixək: Mikrobları öldürər, ağrını kəsər, həzmi asanlaşdırar, iştah açar.
Qırmızı bibər: C vitamini ilə zəngindir, immunitet sistəmini gücləndirər, iştah açar, həzmi asanlaşdırar, əsəbi sakitləşdirər, xolestrolu nizamlayar.
Noxud: Bədəni qüvvətləndirər. Quru lobya və düyü də faydalıdır.
Soğan-sarımsaq: İştah açar.
Darçın: Ruhi sıxıntıları aradan qaldırar. Qəlbi qüvvətləndirər. İştah açar, həzmi asanlaşdırar.
Qatıq: Həzm sisteminin nizamlı çalışmasını təmin edər.
Şokoladlı pudinq: Kilo almaq üçün faydalıdır.
Zəncəfil: İştah açar.
Duz: İştah açar.
Ədviyyatlar: İştah açar.
Zeytun yağı: Ən çox kalori zeytun yağındadır.
Quru meyvələr: Kalori çoxdur.
Xurma: Qansızlığa kömək edər.
Unlu, şəkərli və yağlı qidaları seçmək lazımdır.
В корзине: 0 шт.
на сумму: 0