Facebook Twitter WhatsApp

Döş xərçəngi və anti-perspirant

Sual: Qadınların döş xərçənginə tutulmalarının ən böyük səbəblərindən biri də isrifadə etdikləri tərləmənin qarşısını alan dezodorantlar imiş, doğrudurmu?

CAVAB         

Tərcüməsini Dr.Himmət Okyayın etdiyi yazıda deyilir ki:

“Döş xərçənginin daha çox qoltuq altına yaxın bölgədə yerləşdiyinin səbəbini soruşdum. Hamınızı hər gün istifadə etdiyiniz və bizi ölümcül bir xəstəliyə sürükləyə biləcək bir məhsul üzərində yenidən düşünməyə dəvət edirəm. Bu gündən sonra mən bundan istifadə etməyəcəyəm. Döş xərçənglərinin ən öndə gələn səbəblərindən biri anti-perspirantdır. Toksinlərin konsentrasiyasına və hüceyrə bölünməsinə, beləliklə də xərçəngə yol açır. Bəli, anti-perspirant...

Dezodorant birləşməsi olan məhsulların bir çoxu da anti-perspirantdır. Dezodorantlar zərərli deyildir. Ancaq tərləmənin qarşısını alan dezodorantlar zərərlidir. Çünki insan bədəninin toksinləri üçün sahib olduqları bir neçə önəmli bölgə vardır. Bunlar, qulaq arxaları, diz arxaları, ayaq araları və qoltuq altlarıdır. Toksinlər buralardan tərləmə yoluyla atılır. Adından da aydın olduğu kimi anti-perspirantdan (tərləməyə qarşı) istifadə edilməsi qoltuq altının tərləməsinin qarşısını aldığı üçün toksinlərin çölə atılmasını önləyir. Bu toksinlər sehrli bir şəkildə yox olmazlar. Bunun yerinə bədən onları qoltuq altı linfa düyünlərində yığar və demək olar ki, döş xərçənginin böyük bir hissəsi döşün üst çöl tərəfində meydana gələr. Bura tam olaraq limfaların olduğu bölgədir. Buna əlavə olaraq kişilər anti-perspirantla meydana gələn döş xərçəngində qadınlara nisbətlə daha şanslıdırlar. Səbəbi qoltuq altı tüklərinin olmasıdır. İstifadə edilən anti-perspirantın çoxu tüklər tərəfindən tutulur. Dərinin birbaşa təması önlənir. Halbuki anti-perspirantı tükləri təmizlədikdən dərhal sonra istifadə edən qadınlar bu riski artırarlar. Çünki təraş dərinin qoruyucu təbəqəsini zədələdiyi üçün kimyəvi maddələrin girişini asanlaşdırır.”