Facebook Twitter WhatsApp

Xanım haqqı

Sual: Xanımla yaxşı dolanmağın yolu nədir?

CAVAB

Xanımının gözəl xasiyyətli olmasını istəyən, əvvəlcə özü gözəl xasiyyətli olmalıdır! Qurani-Kərimdə insana gələn müsibətlərin günahları səbəbiylə gəldiyi bildirilmişdir. O halda dinimizin əmr və qadağalarına riayət edən xanımı ilə də yaxşı dolanar.

Aliyy-ül Xavəs həzrətlərindən xanımı küsmüşdü. Xanımı ərinə müxalifət etmək üçün ayrı səhəngdən, ayrı stəkandan istifadə edirdi. Aliyy-ül Xavəs həzrətləri  bir gün səhvən xanımının səhəngindən su içərkən  xanımı dərhal səhəngi  qırmışdı. Həzrət, “Səhəngi  nə üçün qırdın, belə demədən, heç bir şey baş verməmiş  kimi davranmışdı.

Osman əl-Xəttab həzrətlərinin qonşusu Nurəddin Şuni əfəndi anladır: “Bir gecə bayıra çıxdım,  köhnə bir həsirə bürünüb yatan birini gördükdə, “Sən kimsən, burada nə üçün yatırsan?” dedim.

“Qonşu, mən Osman əl-Xəttabam. Oğlumun anası məni evdən qovduğu üçün küçəyə çıxdım, onun hirsi gedənə qədər burada yatmağa qərar verdim” dedi.

Pis xasiyyətli xanım

İbni Əbil Həmayili Səvri həzrətlərinin xanımı pis xasiyyətli idi. Ərinə ağzına gələni söyləyər,ona

rahatlıq verməzdi. O, mübarək zat da həmişə səbr edərdi. Yenə bir gün xanımının etdiyi         rahatsızlıqdan qurtarmaq üçün uçaraq qaçmışdı. Xanımı arxasınca baxıb, “Buna bir bax, uçub  qaçmaqla əlimdən qurtaracağını sanır” deyə deyinir. Bizim kimilərin uçmağı mümkün olmayacağına görə qaçmaq surətiylə davadan, münaqişədən uzaq dayanmağa çalışmalıyıq. Haqlı olduğumuzu isbat etməyə çalışmamalıyıq!

 Hədisi-şəriflərdə buyuruldu ki:

“Bir mömin xanımına acıqlanmasın!  Pis xasiyyəti varsa, yaxşı xasiyyəti də olar”. [Müslim]

Qadın zəif məxluqdur. Zəifliyini  susaraq  qalib gəlin! Evdəki qüsurlarını görməməyə çalışın!” [İbni Lal]

“Müsəlmanların iman tərəfdən ən üstünü, əxlaqı ən gözəl olanı, xanımına ən yaxşı, ən lütüfkar davrananıdır.” [Tirmizi]

“Müsəlmanların ən yaxşısı, ən faydalısı xanımına ən yaxşı, ən faydalı olandır. Sizin aranızda xanımına qarşı ən yaxşı, ən xeyirli, ən faydalı olan mənəm.” [Nəsai]

“Əri razı olmayana qədər qadının namazları və heç bir yaxşılıqları qəbul olunmaz.”[Tabərani]

“Namazları qəbul olunmaz” demək, namaz borcundan qurtular, lakin namaz qılmaqla meydana gələcək böyük savaba qovuşa bilməz deməkdir. Namazı hədər gedər demək deyildir. Bir qadından əri razı olmazsa, qadın günahının cəzasını çəkdikdən sonra Cənnətə girər. Cənnətə sadəcə kafirlər girməz.

Müsəlmanın günahı çox olsa da sonda mütləq Cənnətə girər. Qurani-kərimdə məalən buyurulur ki:“Yaxşı qadınlar Allaha itaət edər və ərlərinin haqlarına riayət edər. Ərləri yox ikən, onların namuslarını və mallarını Allahın köməyi ilə qoruyarlar.” [Nisa 34]

Evə gələrkən xanımına salam verib xətrini soruşmalı, kədərinə və sevincinə ortaq olmalıdır. Çünki, başqalarından ümidsiz və yalnız ona vərdiş edən dostu, dərd ortağı, özünü şənləndirən,

övladlarını  böyüdən və digər ehtiyaclarını ödəyəndir. Hədisi-şəriflərdə buyurulur ki:

“Haqsız olaraq xanımını döyənin, Qiyamətdə rəqibi mən olaram. Xanımını döyən, Allah və

Rəsuluna qarşı  üsyankar  olar.” [R.Nasıhin]

“Qadınlarınıza əziyyət etməyin! Onlar Allahu təalanın sizlərə əmanətidir. Onlarla yumşaq olun, yaxşılıq edin!” [Müslim]

“Xanımına gülər üzlə baxan kişinin dəftərinə bir kölə azad etmiş savabı yazılar.”[R.Nasıhin]

“Xanımı ilə yaxşı dolanıb, zarafatlaşanı Allahu təala sevər, ruzilərini artırar.” [İ.Lal]

Dincliyin açarı təbəssümdür

Sual: Axşama qədər yemək, paltar, tikiş kimi ev işləri ilə məşğul oluram. Ərim gələndən sonra yorğunluğumun çıxmasını istiyirəm. Qapıdan qaş-qabaqla girər. Gülümsəməyi yoxdur. Salam verməz. Bir gün bilmədən yemək duzlu olsa, küsər yeməz. Qiymət verdiyi bir şey yoxdur. Ancaq qüsur araşdırır. Bu adam necə düzələr?

CAVAB

Ərindən şikayət edənlər xanımlar, xanımından şikayət edən kişilər, sanki dərdlərinə çarə olacaqmış kimi bizdən tövsiyə gözləyirlər. Biz onsuz da davamlı olaraq yazırıq. Bir az da özlərinin əməl etmələri, diqqət etmələri lazımdır. Ümumiyyətlə mübahisə hər iki tərəfdən olur. Biri susub üzr diləsə mübahisə böyüməz. Hər iki tərəf mən haqlıyam dediyi zaman mübahisə qurtarmaz. Ümumiyyətlə çox vaxt səhv kişilərdə olur. Xanımını idarə edə bilməyən kişi aciz deməkdir. Xanımını pis yola salan da kişilərdir. Xanımını pis yerlərə aparır, xanımı pis bir şey edəndə də səhvi xanımda görür. Xanım səhvsizdir demək istəmirik. Lakin, əsil günahkar əridir. Onu gözəl bir mühitlə təmin etməlidir. Bunun qarşısında aciz olan evlilik məsuliyyəti ilə yüklənməməlidir.

Hər iki tərəf  də mən haqlıyam deyər. O evdə heç dava bitərmi? Bir kişi də belə yazır:

“Evimiz səliqəsizdir. Xanım doğru-dürüst yemək bişirmir. Evdə pinti, çölə çıxarkən bəzəklidir.

Çox danışır, dayanmaq bilmir və israfçıdır.”

Bir neçə tövsiyəmiz var. Lakin, tövsiyədən, nəsihətdən nə çıxar deyilməməlidir. Əməl edən üçün, dinləyən üçün çox şey çıxar. Yetər ki, əməl edilsin, dinlənilsin. Çünki, Qurani-kərimdə məalən buyurulur ki:

“Nəsihət möminlərə əlbəttə fayda verir.” [Zəriyət 55]

Hədisi-şərifdə də buyuruldu ki:

“Əxlaqınızı gözəlləşdirin.” [İbni Lal]

Əxlaqı dəyişdirmək mümkün olduğu üçün belə buyurulmuşdur. Əslində din gözəl əxlaq deməkdir. O halda dinin əmrinə əməl edib, qadağalarından uzaq duran xasiyyətini dəyişdirib gözəl əxlaqlı olar. Gözəl əxlaqlı olan da iki cahanda rahat olar. İndi keçək əsas məsələyə!

Qüsursuz qul olmaz. Qüsursuz dost axtaran dostsuz qalar, qüsursuz həyat yoldaşı axtaran tapa bilməz. İgidlik qüsurlu insanla yaxşı dolanmaqdır.

Evdə heç bir şeydən qüsur axtarmamaq lazımdır! Tənqid, münaqişə bir ailənin dağılmasına və ya hüzursuz vəziyyətə gəlməsinə səbəb olar. Bunu yaxşı bilməliyik ki, yalnız ər-arvad deyil, heç kimin tənqiddən xoşu gəlmir. Hamı təqdir gözləyir. Ümumiyyətlə, qadınlar  bəzək düşkünüdür, geyimlərinə diqqət edərlər. Aldığı bir paltar üçün, “Bu paltar sənə nə qədər gözəl yaraşır” desək, bir şey itirmərik. Çünki, dinimiz xanımla yaxşı dolanmaq üçün yalan söyləməyi belə caiz görmüşdür. Hələ haqlı bir təqdiri əsirgəmək axmaqlıqdır.

Bir qadın üçün ən böyük xoşbəxtlik ərinin onu təqdir etməsidir. Xüsusilə qadınlar sadə şeylərə diqqət edirlər. Bayramlarda, mübarək gecələrdə, evlilik il dönümündə balaca da olsa bir hədiyyə verməyi əsrgəməmək lazımdır!

Bir qadın illərdir gözəl yeməklər bişirər. Buna baxmayaraq, ərindən balaca bir tərif, təşəkkür görməz. Bir gün bağlı bir boşqab içinə saman qoyub, yeməklərlə birgə süfrəyə qoyar. Əri qabı açıb samanı görəndə təəccüblənir, hirslənərək;

“Bu nədir? Saman yeyiliərmi? Mən heyvanam?” deyə deyinir. Xanımı deyər ki:

“İllərdir dadlı yeməklər bişirirəm. “Deyəsən, ərim yaxşını, pisi ayıra bilmir.Qarşısına nə qoysam yeyər” deyə düşünmüşdüm. İndi yalnız pisi anladığın, yaxşını heç anlamadığın meydana çıxdı.

Pisi tənqid etməyi bilən, yaxşını da təqdir etməkdən aciz olmamalıdır! Təqdirdən aciz olan da, tənqiddən əl çəkməlidir! Bəyəndiyi yeməklər və xidmətlər üçün təşəkkür etmək lazım olduğu kimi, bəyənmədikləri üçün də təşəkkür etmək lazımdır. Çünki, bəyənilməyən yeməklər üçün də eyni zəhmət çəkmiş, eyni səy göstərmişdir. Onun üçün atalarımız, “Məni bir qozla da xatırla, eybi yox, çürük çıxsın!” deyərlər. Biri bizə bir qoz  hədiyyə etsə, o da çürük çıxsa, dosta əsəbləşməkmi lazımdır?   

Yada göstərilən nəzakətin heç olmasa onda birini evdə ər-arvad bir-birinə göstərməlidir! Kobudluq sevgini söndürər, rahatsızlığa yol açar. Məsələn, yad birinə “Həmişə eyni şeyi deyirsən” deyə bilmədiyimiz halda, evimizdə də heç eşitməmiş kimi dinləyə bilməyiriksə,  məsələn, “Yenə eyni şeyləri deyirsən?” deyərsək, nəzakətdən nə qədər uzaq olduğumuz aydın olar.

Evdəki xoşbəxtlik iş yerindəki nəzakətdən daha mühümdür. Rahatlıq milyardları qazanmaqdan daha əhəmiyyətlidir. O halda təqdir edici, nəzakətli və gülər üzlü olanın evində dava olmaz.

Peyğəmbər əfəndimiz, evə gülümsəyərək girər, salam verərdi. Kədərli də olsa təbəssüm göstərilməlidir! Çünki, “Lisani-hal, lisanı-qaldən ənlaktır”, yəni hərəkətlərimiz sözlərimizdən daha çox təsir edir.

Bəli, təbəssüm atəşində əriməyən mədən tapılmaz. Qəlblərin fəthi gülümsəməkdən keçər. Bir təbəssümə əsir olan gənc bir qızın heç bir üstünlüyünə diqqət verməyən onunla evlənmək xətasına qurban gedə bilər.

Müsəlman gülər üzlü, münafiq qaş-qabaqlı olar. Təbəssüm havayıdır, alanı xoşbəxt edər, verəni kədərləndirməz. Bəzən bir təbəssümün xatirəsi ömür boyu unudulmaz. Rahatlığın açarı təbəssümdür. Təbəssüm edə bilməyən yazıqdır. Gülümsəməyi bilmək dünya və axirət səadətinə səbəb olar.

Xanımla yaxşı dolanmaq lazımdır

Sual: Ev işlərində çox tənbəl olan salehə bir xanımım var. Gec ütüləyər, paltarları gec-gec yuyar. Yeməkləri dadsız-duzsuzdur. Bunu tərk edib mükəmməl biriylə evlənməyim doğrudurmu?

CAVAB

Din kitablarında yazılır ki, qadın paltar yumağa, yemək bişirməyə və hətta uşağına baxmağa məcbur deyildir. Məcbur olmadığı işlərdə onu paltar yuyan, aşbaz, xidmətçi kimi istifadə etməyə heç kimin haqqı yoxdur.

Yer üzündə mükəmməl qadın yoxdur. Hamısının yaxşı cəhəti olduğu kimi, pis cəhəti də ola bilər. Belə bir atalar sözü var. “Elin arvadı elə qız, elin toyuğu elə qaz görünər” deyərlər. Qadından çox şey  gözləmək dini bilməməyin əlamətidir. Bir hədisi-şərif məalı:

“Qadını düzəltməyə çalışarkən, inciyə bilər. Küsməyi boşanmağı deməkdir.” [Buxari]

Qurani-kərimdə insana gələn müsibətlərin günahları üzündən gəldiyi bildirilir. Fudayl ibn İyad həzrətləri, “Yoldaşımın xasiyyəti pis olanda dinə zidd bir iş etdiyimi başa düşərdim. Dərhal tövbə edəndən sonra yoldaşımın xasiyyəti də düzələrdi. Beləcə tövbəmin qəbul edildiyini də başa düşərdim.” O halda Müsəlman kişi yoldaşı ilə yaxşı dolanmalıdır. Çünki, Peyğəmbər əfəndimiz buyurur ki:

“Xanımlarınızı üzməyin. Onlar Allahu təalanın sizə əmanətidir. Allahın əmanətinə mülayim olun, yaxşılıq edin!” [Müslim]

Bu halda kimin əmanəti olduğunu düşünməli, Allahın əmanətinə xəyanət edilməməlidir.

Kişi həmişə özündə qüsur görməli, “Mən yaxşı olsaydım, o belə olmazdı” deyə düşünməlidir. Həyat yoldaşının yaxşılığını, iffətini Allahu təalanın böyük neməti olduğunu bilməlidir. Onun pis xasiyyətinə yaxşı münasibət göstərməli, yaxşılığı çoxalıb hər işi sevə-sevə edincə, ona dua etməli və Allahu təalaya şükr etməlidir. Çünki, uyğun bir qadın böyük bir nemətdir. Yaxşı davranmaq, sadəcə xanımı incitməmək deyil, onun verdiyi sıxıntılara da qatlaşmaq deməkdir. Yəni bir kişi, mən yaxşı bir ərəm deyərsə, xanımından gələn sıxıntılara qatlaşması lazımdır. Bir hədisi-şərif məalı belədir:

“Xanımının pis xasiyyətinə qatlaşan kişi, bəlalara səbr edən Eyyub əleyhissəlam kimi mükafatlara qovuşar”  [İ. Qəzali]

Yaxşı Müsəlman olmaq üçün xanımla yaxşı dolanmaq şərtdir. Çünki, Allahu təala, “Onlarla yaxşı, gözəl keçinin” buyurur. [Nisa 19]

Yaxşı dolanmaq, gözəl dolanmaq nə deməkdir? Yaxşı kişi sadəcə arvadına pislik etməyən deyil, yoldaşından gələn sıxıntılara da qatlaşandır. Əgər bir kişi arvadından gələn sıxıntılara qatlaşa bilmirsə, yaxşı olduğunu iddia edə bilməz, buna haqqı yoxdur.

Mürşidi-kamil olan böyük şəxslər tələbələrinə, “Xanımını məyus edəni sevmərik. Allahu təala evin içini xanıma verdi. Bir kişi evin içinə nə qədər çox qarışarsa dünya və axirətdə çox sıxıntı çəkər” buyururdu. İki hədisi-şərif məalı da belədir:

“İman tərəfindən ən üstün mömin, xanımına ən yaxşı davranandır.” [Tirmizi]

 “Həyat yoldaşının haqlarını ifa etməyənin namazları, orucları qəbul olmaz.” [Mürşid-ün -nisa]

Kişi arvadının yeməyinə qarışmaz, təmizliyinə qarışmaz, ütüləməyinə, əşyaları səliqəyə salmağına qarışmaz. Onun dünyası evidir. İstədiyini edər. Yemək bişirməyibsə  eybi yox, pendir çörək yeyərik deməyi lazımdır. Duzlu və ya duzsuz etmişdirsə səs çıxarmaz. Yemək yanmışdırsa heç görməməyi lazımdır. Əgər kişi bunları edərsə qadın ərinə heyran olar, özü utanıb, düzəltməyə çalışar. Əksinə, niyə belə edirsən deyilsə, iş cığırından çıxar. Qadın zəifdir, tez üzülər, tez sevinər, çox şeyi bir anda silib atar. Bütün yaxşılığını unudar. Bunun üçün boşanma haqqı kişiyə verlmişdir. Kişidən daha güclü qadın olmazmı, əlbəttə olar, amma istisnalar qaydanı pozmaz.

 Yenə böyük şəxslər buyurur ki:

“Xanım evdə xidmətçi deyil, sultandır. Xanımını üzmək ağıllı insanın edəcəyi iş deyildir. Bir Müsəlman xanımını necə üzər, ağıla sığmaz. Ağlı olan ər-arvad bir-birini incitməz. Həyat yoldaşını üzmək, incitmək axmaqlıq əlamətidir. Zalım, pis xasiyyətli kimsənin həyat yoldaşı davamlı üzülərək əsəbləri pozular. Əsəb xəstəsi olar. Əsəbləri pozulduqca müxtəlif xəstəliklərə düçar olar. Həyat yoldaşı xəstə olan bir ər, məhv olmuş, xoşbəxtliyi sona çatmış deməkdir. Yoldaşının xidmət və yardımlarından məhrum qalmışdır. Ömrü onun dərdlərini dinləməklə, ona həkim axtarmaqla, ona vərdiş etməmiş olduğu xidmətləri etməklə keçər. Bütün bu fəlakətlərə, bitməyən sıxıntılara özünün pis xasiyyətli olmağı  səbəb olmuşdur. Dizlərini döysə də, hayıf  ki, bu peşmanlığının faydası olmaz. O halda yoldaşına etdiyi  pisliyin zərəri özünə olar. Ona qarşı həmişə gülər üzlü, şirin dilli olmağa çalışmalıdır! Bunu edə bilən rahat və hüzur içində yaşayar, Allahu təalanın rızasını da qazanar!”

 Bir qadına qaşın belə, gözün belə demək, yəni çirkinsən demək öldürməkdən betərdir. Bir yoldaş anladır:

Yaxın qohumumuz bir qadın, “Ərim mənə qarasan, çirkinsən dedi, heç vaxt “Gözəlsən, səni sevirəm” demədi, həmişə pis cəhətimi  dedi, yadlardan gözəl söz eşidincə istər-istəməz könlüm o adamlara düşdü, ərimdən soyudum” dedi. Bu vəziyyəti yaxşı bilən bir yoldaş oğlunu evləndirərkən “Amandır oğlum, yoldaşınla dalaşsan, pis söz söyləsən belə ona sən çirkinsən demə, həmişə gözəl olduğunu söylə” deyərdi. Qızımla anası dalaşarkən, qız mənə, “Ata, bu kəndlini haradan tapıb aldın” deyər. Mən də “Amma anan gözəldi, ona görə” deyərəm. Dava dərhal qurtarar.

  Bir də, daha əvvəldən bir evliliyi olubsa, xanım soruşsa belə, keçmiş arvadından qətiyyən bəhs etməməlidir. Keçmiş arvadının adını qətiyyən evdə xatırlamamalıdır. Bir gün Peyğəmbər əfəndimiz vəfat edən Həzrəti-Xədicə validəmizi xatırlayarkən, qadınların ən üstünü olan Aişə validəmiz belə üzüldü. O, üzülərsə kim üzülməz ki?

Qadın, kişi yaxşı dolanmaq üçün yalan söyləyə bilər. Bir hədisi-şərif məalı:

“Kişi arvadını, arvad da ərini idarə etmək üçün yalan söyləyərsə günah olmaz.” [Müslim]

İbni Ərkam həzrətləri Həzrəti-Ömərə “Arvadım məni sevmədiyini dedi. Məni sevməyən bir qadınla bir yerdə yaşaya bilmərəm, ayrılmaq istəyirəm” dedi. Həzrəti-Ömər qadından soruşdu:

-Ərinə səni sevmirəm demisənmi?

-Bəli dedim.

-Nə üçün?

-Məndən soruşdu. Mən də yalan deyə bilmədim. Yoxsa burada yalana icazə vardırmı?

-Əlbəttə, burada yalan deməyə icazə vardır. Bir qadın ərini sevməsə də onu üzməmək üçün yalan deyərsə günah olmaz.

Xanımı idarə etmək, onu haramdan qorumaq, şənləndirmək birinci vəzifə olmalıdır.

Övliya zatlar buyurur ki:

“Tələbəyə nə edilərsə, hocasına  gedər. Övlada edilən bir şey ataya edilmiş kimidir. Yaxşılıq da, pislik də.”

O halda böyükləri üzməmək üçün salehə xanımla yaxşı dolanmaq məcburiyyətindəyik.

Salehə xanım tapılmaz nemətdir, Cənnət nemətidir. Cənnət nemətinin qiymətini bilmək, mühafizə etmək hər Müsəlmanın vəzifəsi olmalıdır.

 Uşaqlar dava-dalaşlı, stresli bir şəraitdə yetişdirilməməlidir. Gələcəyin böyüyü olaraq yetişdirilməlidir. Zır-zır şeylərlə bu həyatı özümüzə, uşaqlarımıza zəhər etməməliyik. Problemli ailələrin övladlarıyla heç kim oğlunu, qızını evləndirmək istəməz. Bu da ayrı bir mövzudur.

Bütün sıxıntılar ölümü unutmaqdan, haqq və hüquqa riayət etməməkdən, yəni dinə uymamaqdan irəli gəlir. Bir zat anladır:

“Bir gün yanıma bir yoldaş gəldi. Xanımı ilə heç dolana bilmirmiş. Evdə hər gün adi şeylər üstündə mübahisələri olurmuş, bu mübahisələrdən bezmiş, artıq ondan boşanmaq istəyirmiş. Bunların münaqişələri üzündən hər iki tərəfin ailələri də bir-birinə qarışmşdır. Xanımı onun tərəfinə, o da xanımın tərəfinə düşmən vəziyyətinə gəlmişdir. Qanlı-bıçaqlı deyirlər, eyni həmin vəziyyət imiş. Yenə bir gün pərişan bir vəziyyətdə gəldi, heç bir nəsihət dinləyəcək halda deyildi. Ya Rəbbi mən buna nə deyim deyə düşündüm. Sonra ona, “Ayrılsan da dəyişən bir şey olmayacaq, onsuz da bir aya yaxın ömrün qalıb nə istəyirsən get elə” dedim. Bu sözü eşidən yoldaş şok oldu, rəngi qaçdı, yenə pərişan bir vəziyyətdə çıxıb getdi.

Sonra yoldaşlardan və özündən dinlədiyim üçün nə etdiyini danışıram. Qapıdan çıxar-çıxmaz ofisdəki  yoldaşlarla halallaşmağa başlamışdır. Rastlaşdığı hər kəslə halallaşırmış. Evə çatanda dalaşdığı xanımına “Xatun gəl deyir, nə qədər zamandır səni çox üzdüm, sənə yaxşı ər ola bilmədim, istədiyini ala bilmədim, haqqına riayət edə bilmədim, nə olar məni bağışla, mənə haqqını halal et” demişdir. Təbii bunu ağlaya-ağlaya deyər, səmimi deyər.

Xanımı baxıb, aman Allahım bu adama nə olub belə sözlər deyir, ona yazığı gəlir. Kişi, sən haqqını halal et, mən həmişə ədəbsizlik etdim, səni çox üzdüm. Ağlamağa başlamışlar, sarılıb ağlamışlar. Sonra kişi küsülü olduğu qayınatasının evinə getmiş. Eyni şəkildə ağlayaraq onlardan üzr istəmiş, sizə yaxşı övladlıq edə bilmədim, xidmət edə bilmədim, nə olar məni bağışlayın, haqqınızı halal edin demişdir. Onlar da təəccüblənmişlər, balam, sən haqqını halal et, biz böyüklük edə bilmədik, sizi xoş görmədik, aranızı çox vaxt biz vurduq demişdilər. Sən bizi bağışla, haqqını halal et deyərək ağlamışlar. Sonra xanımı da yoldaşının anasının, atasının yanına getmişdir. Eyni şəkildə, o, da onlardan üzr istəmiş, sizə yaxşı gəlin ola bilmədim, çox ədəbsizlik etdim, sizi çox üzdüm demiş, halallıq istəmişdir. Onlar da eyni şəkildə, utanıb, əsas sən bizi bağışla, haqqını halal et, biz böyüklük edə bilmədik, sizi çox üzdük deyib, sarılıb ağlamışlar. Evdə isə hər gün, sanki Cənnət həyatı yaşayırlar. Ər-arvad bir-birilərinə xidmət edir, ayaqqabı və sairə gətirirlərmiş. Bir dedikləri iki olmurmuş.

Amma  qardaş, mənim sözümü heç deməmişdir. Bir ayın tamam olmağı üçün günləri sayırmış. Günlər yaxınlaşdıqca bunun yaxşılığı artırmış, gecələri ibadət edirmiş. Bunun yaxşılığı artdıqca  xanımının da, ailələrin də yaxşılığı artırmış. Bir ay tamam olmuşdur. Yəqin bu gün öləcəyəm deyərək, nədənsə ölməmişdir. Qəti bir ay deyilmədi, bir ay qədər deyildi, bəlkə bir neçə gün hələ var deyə düşünmüşdür. Bir neçə gün daha gözləmiş, yenə ölməmişdir. Sonra yanıma gəldi, otaqdan içəri girəndə “Əfəndim, mən ölmədim” dedi. Nə ölmək dedim. Əfəndim, siz mənə demişdiniz ki, bir ay qədər ömrün qaldı, o bir ay oldu, amma mən ölmədim. Qardaşım, mən sənin nə vaxt öləcəyini bilmərəm, amma bunu bilirəm ki, ölüm var, bir gün əlbəttə öləcəksən. Öləcək adam həyatını dava-dalaşla zəhər etməz. İndi həyatından razısanmı? dedim. Bəli, heç mübahisəmiz olmur dedi. Həmişə belə davam edin dedim. İki uşaqları oldu, gül kimi dolanıb gedirlər. Bütün məsələ ölümü unutmamaqdır.Ölümü unutduqda nə olur, unutmadıqda nə olur? Bu açıq bir örnəkdir.”

Müxtəlif sual və cavablar

Sual: Xanımdan ayrılanda mehrini vermək lazımdırmı?

CAVAB

Xanımından ayrılan kişinin, xanımının mehrini verməyi lazımdır. Mehr qul haqqıdır. Peyğəmbər əfəndimiz günahları, haramları sayarkən buyurur ki:

“Həvəsi keçincə xanımını tərk edib mehrini verməmək. İşlətdiyi işçiyə əmək haqqını verməmək. Zərərsiz heyvanı səbəbsiz öldürmək”.

 Sual: Evliliyimizin yeddi ili oldu. Ərimlə bərabər ola bilmədik. Yəni, qüsur ərimdədir. Artıq ayrılmağa qərar verdim. Ayrılmaq istəməyim dinə görə günah olarmı? Ərim ayrılmağımı istəmir, ayrılmaq istəyirəm  dediyim zaman ağlayır. Həkimə də getməyir. Psixoloji bir rahatsızlığı var.

 CAVAB

 Səadəti Əbədiyyədə də deyir ki:

“Özündə qüsur tapılmayan qadın ərinin innin, yəni xədim, iqtidarsız olduğunu anlayarsa, nikahın ləğvi üçün çox vaxt keçsə belə iddia qaldıra ilər. Kişi inkar edərsə qazi, yəni hakim bir qadın həkiminə müayinə etdirər. Qadın bakirə olarsa, bir il sonra təkrar müayinə edilər. Yenə bakirə olarsa aralarını ayırar. Tam mehrini verər və qadının da iddət gözləməsi lazım olar. Bir dəfə yaxınlıq etdikdə qadının dava açma haqqı qalmazsa da, birdən artığını tərk etməyi günah olar. İnnin qocalıq, tənasül xəstəliyi və cadu səbəbiylə yaxınlıq edə bilməyəndir.”

Sual: Ərimin bocu var. Mən də borcumuzu daha tez ödəyib sıxıntıdan qurtarmaq üçün qeyri- müsəlman xanımların yanında işləyirəm. Düzgündürmü?

CAVAB

Qadın işləməyə məcbur deyildir. Öz istəyinizlə kişilərin olmadığı bir yer varsa, yəni günah işləmədən işləmək imkanı varsa, işləyə biləriniz. Ərinizin borcu sizi maraqlandırmaz.

Sual: Ərim varlıdır. Nə özü gözəl geyinir, nə də bizə alır. Doğru edirmi?

CAVAB

Varlı bir kimsənin vəziyyətinə uyğun geyinməməsi və evdəkilərə də eyni şeyi etməyi düzgün deyildir. Hədisi-şəriflərdə buyuruldu ki:

“Allahu təala sənə bir şey verdiyi zaman bu nemət və ikramın əsəri sənin üstündə görülsün.” [Əbu Davud]

 “Allahu təala bir-birinizə mal ehsan etdikdə, ikrama əvvəl özündən və evdəkilərdən başlasın!” [Müslim]

Sual: Ərim məni Avstraliyaya aparmaq istəyir. Orada çox tanışlarımız var. Vəziyyətimiz də yaxşıdır. Mən də tanımadığım qeyri-müsəlman ölkəyə məni aparma deyə etiraz edirəm. Yaxınlarım, ərinə etiraz etmək günahdır, deyirlər. Burada etiraz haqqım yoxdurmu, yəni məni aparma deməyim günahdırmı?

CAVAB

Bu mövzuda etiraz etməyiniz günah olmaz. Hindiyyədə “İndiki zamanda xanım istəməsə kişi onu başqa ölkəyə apara bilməz” deyir. Bu baxımdan bir zərurət yoxdursa aparmamalı, rahatsızlığa səbəb olmamalıdır. Orada rahat olsanız, əslində siz də etiraz etməzsiniz.Belə işlərdə razılığa gələrək qərar verilməlidir.

 Sual: Xanımı başqa ölkəyə aparmaq düzgün deyil deyilir. Mən xanımımı İstanbuldan Ərzuruma, Konyaya apara bilmərəmmi?

CAVAB

Əlbəttə, gəzdirməyə hər yerə apara bilərsiniz. Onu Konyaya, Ərzuruma yerləşdirib özünüzün zərurətsiz İstanbulda yaşamağınız düzgün olmaz. Öz yaşadığınız yerdə, qohumlarının yaşadığı yerdə saxlamalısınız. Bir də qadın razı olmadıqca, onu vətənindəki qohumlarının yanından aparıb başqa ölkədə yaşamağa məcbur etmək də düzgün deyildir.  

Sual: Kişi, xanımı  razı olmadığı halda, uşaq olmaması üçün tədbir görə bilərmi və ya xanımını tədbir görməyə məcbur edə bilərmi?

CAVAB

Xeyir.

Cavabdeh dörd kişi

Sual:Cəhənnəmə layiq olan olan qadın əri, atası, qardaşı və oğlu olmaq üzrə dörd kişini də yanında aparacaqdır. Bu dörd kişi qadının hansı hallarından cavabdehdir?

CAVAB

Əngəl ola biləcək bütün günühlarına cavabdehdir. Atası, qardaşı daha uşaqkən ona Əhli sünnət etiqadını öyrətməli, namaz qıldırmalı, təsəttürə riayət etdirməli, haramlardan və gələcəkdə haram işləməyinə səbəb olacaq işlərdən uzaq tutmalıdır. Evlənmək çağına gələndə dindar, saleh biriylə evləndirməlidir. Bundan sonra ərinin cavabdehliyi də başlayar. Oğlu olar və uşağı həddi-buluğa çatanda, onun cavabdehliliyi də başlayar.

Ehtiyac  pulu

Sual: Ərim mənə xərclik vermir. Evin ehtiyacları üçün verdiyi pulların bir qismini yaxınlarıma alacağım hədiyyə üçün verməyim uyğundurmu? Bir də qaynanamın əri yoxdur, kasıb olduğu üçün yanımızda qalır. Qaynanam oğlunun cibindən pul alıb xərcləyə bilərmi?

CAVAB

Kişi xanımının və ya anasının pulunu onlardan icazəsiz xərcləyə bilmədiyi kimi, siz də, qaynananız da ərinizin pulunu ondan icazəsiz xərcləyə bilməzsiniz. Ehtiyaca daxil olan yemək və geyimi almırsa, ac və açıqda saxlayırsa, o vaxt sadəcə ehtiyac pulunun yarısını almaq caiz olar, çünki kişi xanımının xərclərini verməyə məcburdur.

İcazəsiz həccə getmək

Sual: S. Əbədiyyədə “Xanımından icazəsiz səfərə, hətta həccə getməməlidir” deyilir. Belə getməyi haram deməkdirmi, yoxsa xanımı ilə yaxşı dolanmaq üçün icazə almaq mənasındadırmı?

CAVAB

Yaxşı dolanmaq üçün icazəli getmək mənasındadır. Əgər kişi xərclik verməyibsə, xanımından icazəsiz həccə getməyi də haram olar. Xərclik vermişdirsə, icazə almasa da gedə bilər.

Başqa şəhərə məskunlaşmaq

Sual: Xanımını qoyub başqa şəhərdə məskunlaşmaq günahdırmı?

CAVAB

Üzürlü səbəb olmadan məskunlaşmaq günahdır.

Cənazə məsrəfi

Sual: Evli qadın öləndə cənazə məsrəflərini kim verir?

CAVAB

Cənazə məsrəfləri ehtiyaca daxil olduğu üçün əri verər. Qadının mirasını alanların verməyi lazım olmaz.

Ümumi icazə

Sual: Xanıma evdəki əşyaları, yeyəcək və içəcəkləri qonşulara verə bilmək, istədiyi qonşuya oturmağa getmək və ehtiyac olduğunda marketdən bir şey almaq üçün ümumi icazə vermək uyğun olarmı?

CAVAB

Salehə və əmin olan xanıma belə şeyləri etməyi üçün ümumi icazə vermək lazımdır. Bir dəfə icazə vermək bəs edər, artıq o icazə geri qaytarılmadığı müddətdə ömrünün sonuna qədər icazə sayılar.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину