Facebook Twitter WhatsApp

Atanın məsuliyyəti

Sual: Ata uşağından hansı yaşa qədər cavabdehdir?

CAVAB

Oğlan uşağından həddi-buluğa çatana qədər, qızından isə evlənənə qədər cavabdehdir.

Oğlunu evləndirmək

Sual: Ata oğlunu evləndirməyə məcburdurmu ?

CAVAB

Ata oğlunu evləndirməyə məcbur deyildir. Oğlan uşağı həddi-buluğa çatdıqdan sonra atasının məsuliyyətindən çıxar. Kasıb oğlunu evləndirmək isə varlı ataya vacibdir. (Uyun-ül-bəsair)

Hədisi-şərifdə buyuruldu ki:

“Uşağa gözəl ad vermək, dinini öyrətmək və vaxtı gələndə evləndirmək, övladın atası üzərindəki haqlarındandır.” [ƏbuNuaym]