Facebook Twitter WhatsApp

Sağlığında uşaqlara mal bağışlamaq

Sual: Ata-ana sağlığında uşaqlarına mal bağışlasa, onlara eyni miqadarda vermək şərtdirmi, ayrı-seçkilik etmək günahdırmı?

CAVAB

Əgər uşaqlar salehdirsə, aralarında ayrı-seçkilik etmək caiz olmaz. Fasiqlərə saleh olanlardan az vermək caizdir. Kafirdisə, heç verilməz.

Bir kimsə, malının hamısını uşaqlarından birinə versə caiz olar. Bu mal o uşağın mülkü olar. Digər uşaqları haqq tələb edə bilməz. Lakin, ata, saleh uşaqları arasında ayrı-seçkilik etmişdirsə, günaha girər. (Hindiyyə)

          Saleh və ya elm təhsili olan uşaqlarına daha çox mal vermək caizdir. Hamısı salehdirsə, bərabər vermək lazımdır. Uşaqları fasiq olan kimsənin miras qoymayıb, salehlərə, xeyrata verməsi daha yaxşıdır. Beləcə, günaha kömək etməz. (Fətavayı Bəzzaziyyə)

Fasiq uşağa ehtiyacdan artıq kömək etməmək lazımdır.