Facebook Twitter WhatsApp

Subay olaraq ölmək

Sual: Pis biriylə evlənməyəcəyimə and içdim. Saleh birini də tapmaq çətindir. Subay olaraq ölməyin böyük günah olduğunu da eşitdim. Doğrudur?

CAVAB

Xeyr. Subay olaraq ölmək kiçik günah belə deyildir. Hətta axır zamanda övlad sahibi olmamaq daha yaxşıdır. İmam Qəzali həzrətləri buyurur ki:

Peyğəmbər əfəndimiz bir hədisi-şərifində, “İki yüz ilindən sonra sizin ən yaxşınız hafifülhaz olandır” buyurdu. Hafifülhaz nədir dediklərində, “Xanımı və uşağı olmayandır” buyurdu. (Əbu Yala)

Bişri Hafi, Bəyazidi Bistami, Əbül Hüseyn Nuri [və Rabiəyi-Adviyyə] kimi böyük alimlər subay idi. Hicrətin iki yüz ilindən sonra gələnlər arasında, bunların və bunlar kimi olanların şərəf və üstünlüklərini, bu hədisi-şərif bildirir. (Əhya)

İmam Qəzali həzrətlərinin bu bildirdiklərinə tabe olub saleh biri çıxmadıqca evlənməmək lazımdır.

Subay olaraq ölməkdən də qorxmamaq lazımdır! Rabiəyi-Adviyyə həzrətlərinə Həsəni Bəsri həzrətləri kimi övliya şəxslər evlənmə təklifi etdiyi halda bu xanım övliya evlənməmiş, bakirə olaraq ölməyi seçmişdir.

Pis biriylə evlənərsəniz andınızı pozmuş olarsınız.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину