Sual: Hər hansı bir səbəblə evlənə bilməyən gəncin günah işləməmək üçün nə etməsi lazımdır? Evlənərkən qızda hansı xüsusiyyətlər olmalıdır? Axirəti qazanmaq üçün zənginlik şərtdirmi?
CAVAB
Evlənənə qədər tez-tez oruc tutmağınız yaxşı olar. Çünki Peyğəmbər əfəndimiz, “Evlənməyə gücü çatan evlənsin! Evlənmək gözü haramdan qoruyar. Hər hansı bir səbəblə evlənə bilməyən oruc tutsun! Çünki oruc şəhvəti qırar” buyurmuşdur. (Diya)
Evlənərkən saleh olanını axtarmaq lazımdır! Hədisi-şərifdə buyuruldu ki:
“Salehə bir qadına qovuşan, dinin yarısını qorumuş olar. Geri qalan yarısında da Allahdan qorxsun!”[Tabərani]
Axirəti qazanmaq üçün zənginlik mütləq şərt deyildir. Bir kimsə, namaz və orucdan başqa ibadət edə bilmədiyini, pulu olmadığı üçün zəkat, sədəqə verə bilmədiyini və həccə gedə bilmədiyini, xeyir həsənət edə bilmədiyini, halının, nə olacağını ərz edəndə, Peyğəmbər əfəndimiz, “Əgər qəlbini riya və həsəddən, dilini qeybət və yalandan, gözünü naməhrəmdən və xalqa təhqirlə baxmaqdan qoruyarsansa, Cənnətdə mənimlə olarsan” buyurdu.
Müsəlman bir gəncin, mənim evlənmə vaxtım gəldi deməsi üçün, əvvəl dinini yaxşıca öyrənmiş olması lazımdır. Ondan sonra sünnəti yerinə yetirmək niyyəti ilə evlənməsi lazımdır. Ədəbi, həyası olan, gözəl əxlaqlı, dinini, imanını, İslamın şərtlərini öyrənmiş, İslamiyyətə tabe olan, küçədə dinin əmr etdiyi şəkildə geyinən bir qızla nikahlanması lazımdır. iffət sahibi, dinini qoruyan bir qız axtarması lazımdır. Mütləq də “Pis olsun, yetər ki, malı çox, gözəl bir qız olsun” deməmək lazımdır. Mal üçün, gözəllik üçün iffəti və namusu əldən qaçırmamaq lazımdır.
В корзине: 0 шт.
на сумму: 0