Facebook Twitter WhatsApp

İffət və həyanın əhəmiyyəti

Sual: İffət və həyanın əhəmiyyəti nədir?

CAVAB

Allahu təala insan nəslinin davamı üçün kişi və qadını bir-birinə qarşı cazibədar etmişdir. Eyni zamanda bu qüvvətli hiss qarşısında insanları dünyada çətin bir imtahana tabe etmişdir. Dünyadakı qısa ömrümüz içində ən çətin imtahan iffət imtahanıdır. Bu imtahanda qazanan bir insan dünya və axirətin qəhrəmanıdır.

İnsanların qüsursuz olması və ya insanın alçaqlığı daha çox iffət işində bəlli olar. Allahu təala Qurani-kərimin bir çox yerində iffətini mühafizə edənlərə böyük mükafatlar vəd etmiş, iffətini mühafizə etməyənlərə də Cəhənnəm əzabını göstərmiş, iffətsizləri bir insanı öldürən bir cani ilə eyni tutmuşdur. Möminlərin xüsusiyyətini izah edərkən də buyurur ki:

“Möminlər, namazlarını huşu içində qılar, boş, lazımsız şeylərdən üz çevirər, zəkatlarını verər, iffətlərini qoruyar, əmanət və əhdlərinə riayət edər.” [Möminun 1-8]

İffətli insan həya sahibidir, yəni günah işləməyə utanar. Həya sahibi olmağın önəmi böyükdür. Bu xüsusdakı bir neçə hədisi-şərif:

“Həya imandandır.” [Buxari]

“Həyası olmayanın imanı da olmaz. İmansız da Cənnətə girə bilməz.” [Deyləmi]

“Həya azlığı küfrdəndir.” [Hakim]

“Həya, iffət, dilə sahib olmaq və ağıl imandan, xəsislik ədəbsizlik, pis söz və həyasızlıq nifaqdandır.” [Beyhəqı]

İffət, yəni namus nə qədər önəmli isə, namussuzluq da o qədər pisdir. Namusun əhəmiyyəti haqqındakı hədisi-şəriflərin bir neçəsi belədir:

“Yaxşı bilin ki, namusunu qoruyana Cənnət vardır.” [Hakim]

“Zinadan qorunan müsəlman Cənnətə girər.” [Beyhəqı]

“Pislikdən qorunmaq üçün nikahlı yaşayın və iffətli olun!” [İbni Asakir]

“Başqasının zövcəsini, qızını yoldan çıxardan bizdən deyildir.” [Hakim, İ.Əhməd]

“Bir qadın beş vaxt namazını qılar, namusunu qoruyar, əri ilə yaxşı dolanarsa, dilədiyi qapıdan Cənnətə girər.” [İ.Hibban]

“Bu altı şeyi edənin Cənnətə girməsinə zaminəm: Doğru danışan, verdiyi sözü yerinə yetirən, əmanətə riayət edən, namusunu qoruyan, gözlərini haramdan qoruyan, əllərini pislikdən çəkən.” [İ.Əhməd]

“Həya on qisimdir. Doqquzu qadında, biri kişidədir” hədisi-şərifində də bildirildiyi kimi,qadınların həyası kişilərdən çoxdur. Elə olmasaydı çox pis işlər meydana çıxardı. Din düşmənləri bunu bildikləri üçün daha uşaqkən qadınlardan həyanı qaldırmağa çalışırlar. Həyasız bir cəmiyyət meydana gətirməyə çalışırlar. Müsəlman qadının həyalı olması lazımdır. Hədisi-şərifdə, “Həya gözəldir, fəqət qadında daha gözəldir” buyuruldu. (Deyləmi)

İnsanın günahlarının çoxu iffət mövzusu içindədir. İffət, bir gənc qızın və ya qadının dəyəri pul ilə ölçülə bilməyən bir ləl-cavahiratıdır. Bu ləl-cavahiratı ələ keçirmək üçün Allahu təaladan qorxmayan hər kişi bütün şeytanlığından istifadə edər. Ələ keçirdikdən sonra məqsədinə çatmışdır. Artıq o, ləl-cavahirat olmaqdan çıxmış, adi bir daş olmuşdur. Küçəyə atılar. Bu alış-verişdə kişi bir namus oğrusudur. Qadın isə ləl-cavahiratı oğurlanmış bir yazıqdır.  

İffətsiz olan Allah qatında günahkar, insanların yanında da etibarsızdır. Bir namussuzun cəmiyyətdəki yaxşıların yanında etibarı [möhtərəmliyi], bir itin etibarı qədər yoxdur. Kişilik və qadınlıq hissləri insanlarda da, heyvanlarda da vardır. Heyvanlarda utanma hissi olmadığı üçün onlar bu hisslərini gizləməz. İnsan isə şərəf və heysiyyət duyğularına sahib olduğu üçün kişilik və qadınlıq hisslərinə qarşı uyğun yol axtarar.

Bir insanın və bir ailənin şərəfi və etibarı bu hiss qarşısındakı davranışı ilə qiymətləndirilir. Zəngin və çox gözəl bir qadın əgər iffətsiz isə, etibarsızdır. Kasıb və namuslu bir qadın isə hər yerdə, hər zaman etibarlıdır, hörmətə layiqdir. Bunlar normal və təmiz bir cəmiyyətin iffət ölçüləridir. İffət qaydalarını ayaqlar altına almış, tək heyvani hissləri arxasında qaçan insan birliyi bu sözlərlə lağ edər. Onlara sözümüz yoxdur. Dünyadakı bir çox rəzalətlər, cinayətlər, iffətsizlik üzündən meydana gəlir.

İnsanların bir çoxu iffətsizliyin pisliklərini bildikləri halda özlərini bu pis yollara düşməkdən saxlaya bilməz. Bu qüvvətli duyğu qarşısında onları salamatlıq yoluna çıxaracaq çarə tərbiyə və əxlaq məsələsidir.

Allahdan qorxan bir insan iffətsiz ola bilməz. O halda, uşaqlarımıza Allah qorxusunu öyrətməyə çalışmağımız bizim üçün ən başda gələn vəzifə olar. Allahu təaladan qorxmaq üçün Allahı yaxşı bilmək lazımdır. Allahı bilmək üçün Onun böyüklüyünü və sifətlərini öyrənmək məcburiyyətindəyik. Allahu təalanı heç düşünməyən bir camaat üçün Allah qorxusuna sahib olmaq asan deyildir. Allahu təaladan qorxmaq da bir bilgi, bir çalışma və bir səy işidir. Durduğu yerdə Allah qorxusu meydana gəlməz. Dinin əmr və qadağanlarına riayət edənə asan gələr. 

Xüsusilə böyük şəhərlərdə iffət işi təhlükəli bir yoldadır. Bir gənc qızın öz başına tək öz ağılı və anlayışı ilə iffətini mühafizə etməsi həqiqətən çətindir. O gənc qız əgər bir az da gözəldirsə, xatirə və xəyala gəlməyən təhlükələrlə üz-üzə qalmış deməkdir. Bu təhlükə məktəbdə, yollarda, avtobusda, qonşularda, hətta evinin içində, telefonda, internetdə yaxasını buraxmaz.

Qızlarımızın təhlükələr qarşısında aciz bir məxluq olaraq əxlaqsızların əlində bir oyuncaq olmaması lazımdır. Bu dövrdə hər kəsdən, hər yerdə ona zərər gələ bilər. Bu zərər onun puluna deyil, şərəf və ləyaqətinədir. Pula olan zərər düzəldilə bilər. Mənəvi zərərin əvəzi ödənilə bilməz. Əxlaqsızların içində gənc qız üçün şərəflə yaşamaq çox çətindir. İffətli bir qız digər bəzi qızlar kimi, eşqbazlıq etməyə həvəs etməməsi lazımdır. Bu təhlükəli bir təcrübədir. Əsasən eşqbazlıqla edilən evlilik çox zaman xoşbəxtlik gətirməz.

İffəti mühafizə etmək üçün gəncləri zamanında evləndirmək, iffəti zədələyəcək yerlərdən uzaq saxlamaq lazımdır. Gəncliyin haqqı adı altında müxtəlif əyləncələr, gənc qızı əldə etmək üçün bir tələdir. Bunun tələ olduğuna inanmayan bir qız tələnin içinə düşdükdən sonra ağılı başına gələr. Fəqət iş işdən keçmişdir. Tələnin görünüşdəki cazibəsinə aldanan qızlar kişilərin əlində bir oyuncaq halına gələr. Özünə güvənən bir qız belə onların qarşısında sonuna qədər davam gətirə bilməz. Yaraşıqlı bir kişinin aldadıcı gülümsəməsi qarşısında məğlub ola bilər. Artıq o qız tələyə düşmüşdür. O tələdən qurtulan çox az və ya heç yoxdur. Halbuki, o tələ dediyimiz əyləncə yerlərinə getməmək daha asan bir işdir. “Göz görməyəndə könül dözər”  deyə bir söz vardır. Oraya getməyən bir gənc qız oranın təhlükəsindən xilas olmuş olar. Gedərsə, xilas olması çətindir. 

İffətli qadın

Bir Müsəlman gənc qızın və qadının geyimlərinin sadə olması lazımdır, diqqət çəkməməsi lazımdır.

Sadə və ciddi bir paltar qarşısındakı şəxsdə hörmət oyandırar. Həddindən artıq rənglər, diqqət cəlb edən və göstərişli bəzəklərdən çəkinmək lazımdır! Şalvar kişi paltarıdır. Ayrıca şalvar xanımları çirkinləşdirir, palto, plaş altında belə olsa kobud olur. Ayaqqabılarının da sadə olması lazımdır, gedərkən səs çıxartmamalıdır.

Hicab, sadə və göstərişdən uzaq və zərif olmalıdır. Möminə zərif olmalıdır.

Qadın gülünc olacaq şəkildə geyinib bəzənməməli, köhnəlmiş şəkildə də geyinməməlidir. Sadəlikdəki ehtişam və estetikanı tutmağa çalışması lazımdır. Örtünmə, göstəriş və ya başqa bir məqsədlə olmamalıdır. Hicab, uca Allahın əmri olduğu üçün edilərsə, bunu edən xanım hər an savab alar.

Yalnız ruzi narahatlığı ilə zərurətsiz, əlverişsiz işlərdə çalışmaması lazımdır. İş həyatında kişilərlə davamlı ünsiyyətdə olmağın böyük zərəri olar. Evlərimiz qadınlarımızın sarayıdır. Qızlar və qadınlar bu saraylarda əl işi, ev işi, mətbəx işi kimi işlərə zövqlərini, estetikalarını, göz nurlarını, ixlaslarını qataraq əsərlər verir, analar dinimizin və millət həyatımızın təminatı üçün sağlam nəsillər yetişdirir.

Bunlar edilərkən də günün necə bitdiyinin fərqinə belə varmırlar. 

Harada var cənnət bənzəri bu həyat. Yoxsa nəqliyyata minmə, işə çatma və iş həyatında müvəffəq olma qayğısı? Evlərdə nə müdirin təzyiqi, nə müdir hesabatı, nə azar, nə də qəzəbli gözlər vardır, günahdan uzaq bir hüzur iqlimi.

Çöldəki işdə çalışan bir qadın, nə qadın qalmaqda, nə kişi olmaqda və bu ziddiyyətin ruhunda doğurduğu sancı üzündən də çox tez çökməkdə və davamlı naməhrəmlərlə görüşdüyü üçün də təəssüf ki, üzündəki nur itməkdədir.

Bu səbəblə işdə çalışmaqdan başqa çarəsi olmayan xanımlar günaha girmədən günlərini qurtarmağa çox diqqət etmələri lazımdır. Bunlara riayət edən qazanar, riayət etməyən isə itirər. Peyğəmbər əfəndimiz, “Atəşə dözə biləcəyin qədər günah işlə” buyurur. Həya damarı çatlamış paltarlarla küçələrdə gəzməmək lazımdır.

Əlverişsiz geyimləri, utanmaz baxışları, xoşa gəlimli səs tonu, diqqət cəlb edici gediş kimi dinimizin qadağan etdiyi hal və hərəkətlərdən uzaqlaş, yüksək iman, ədəb və iffətlə bayraqlaş...

Bir xanımın zərurət olmadan yad kişilərlə telefonla belə söhbət etməməsi, onlarla çox səmimi danışmaması lazımdır. Zərurət varsa söhbətin çox qısa və məsafəli, rəsmi və ciddi olması lazımdır. Ehtiyacdan çox danışmaq, zarafatlaşmaq, nazlı, qeyri-ciddilikdən uzaqlaşdırar, pis xal qazanmağa səbəb olar. Hərəkətlər heç bir zaman uşaq kimi, yüngül olmaması lazımdır. 

Xanımların ən böyük sərvəti iffət və ədəbidir. İffət və ədəb insanla heyvanı ayıran fərqdir. Bir gənc qızın qismətini küçədə və qeyri-əxlaqi yollarla axtarmaması lazımdır. Bir qızın evlənməsi onun üçün xeyirli və ya xeyirsiz olduğunu bilə bilməz. Bu baxımdan mütləq evlənməyi deyil, haqqında xeyirli olanı istəməsi lazımdır!

Bu tövsiyələrə riayət edən hər kəsin hörmət edəcəyi həqiqi bir xanım olar. Xanım olan da Allahı, Rəsulullahı və Müsəlmanları sevindirər, digər halda isə şeytanı...

Bir möminənin elə olması lazımdır ki, başqa möminələr də ona qibtə etməli və ona bənzəməyə çalışmalıdır.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину