Sual: Ər-arvaddan birinin digərini qısqanmasında bir zərər vardırmı?
CAVAB
Bəzi yerlərdə qısqanmağı ayıb kimi, geridə qalmış kimi göstərməyə çalışırlar. Qəyur olmaq, yəni namusunu qorumaq üçün məşru (dinə uyğun) hüdudlar içində qısqanclıq göstərmək dinimizin əmridir.
Hədisi-şəriflərdə buyuruldu ki:
“Allahu təaladan daha qəyuru yoxdur və bunun üçün zinanı qadağan etmişdir.” [Buxari]
“Namus qeyrəti imandan, qadın-kişi bir yerdə əylənmək də nifaqdandır.” [Deyləmi]
Namusunu qısqanmayana dəyyus deyilir. Dəyyuslar üçün hədisi-şəriflərdə buyuruldu ki:
“Allahu təala Cənnəti yaradanda, “Xəsis sənə girə bilməz, dəyyus sənin qoxunu belə hiss edə bilməz” buyurdu.” [Deyləmi]
“İçki içənə, ana-atasına asi olan kimsəyə və dəyyusa Cənnətə girmək haramdır.” [İ.Əhməd]
Bu böyük günahları işləyən kimsənin zərrə qədər də olsa imanı varsa, günahlarının cəzasını çəkdikdən sonra Cənnətə gedər. Lakin, günahlar insanı küfrə sürüklədiyi üçün bu günahlara davam etmək böyük fəlakətə yol açar. Zərərin harasından dönülərsə qazancdır. Bir an əvvəl tövbə edib günahlardan sıyrılmaq lazımdır. Tövbə edən heç günah işləməmiş kimi olar. Qadının qumasını (ərinin başqa həyat yoldaşı) da qısqanması normaldır. Lakin, qısqanclığını aşkar edərək məşru sərhədi aşmaması lazımdır. “Allahu təala qısqanclığı qadınlara və cihadı kişilərə yüklədi. Hansı qadın bu əmrə iman edərək səbr edərsə, şəhid olan mücahid qədər savab qazanar” hədisi-şərifində də qadınların səbr göstərmələrinə işarə buyurulur. Qadın həm qısqanacaq, həm də buna dözəcəkdir. Elə bu böyük fədakarlıq kişilərin cihadı kimi bir tutulmuşdur.
Sual: Qəyur olmaqla, qısqanmaqla həsəd etmək arasında nə fərq vardır?
CAVAB
Həsəd, qısqanmaq, gözü götürməmək deməkdir. Yəni, Allahu təalanın birinə vermiş olduğu nemətin ondan getməsini istəmək deməkdir. Ondan getməsini istəməyib özündə də olmasını istəmək həsəd olmaz. Buna qibtə etmək deyilir. Qibtə gözəl bir xüsusiyyətdir. İslamiyyətin əhkamına, yəni fərzləri yerinə yetirməyə və haramlardan çəkinməyə riayət edən saleh kimsəyə qibtə etmək vacibdir. Dünya nemətləri üçün qibtə etmək tənzihən məkruhdur. Birində olan pis, zərərli şeyin ondan getməsini istəməyə qeyrət deyilir. Belə adama qeyrətli deyilir. Qeyrət, bir kimsədə olan haqqına onun başqasını ortaq etməsini istəməməkdir. Hədisi-şərifdə buyuruldu ki:
“Mömin qəyur olar. Allahu təala isə daha qəyurdur.” [Müslim]
“Namus qeyrəti imandandır” [Deyləmi]
Allahu təalanın qeyrət etməsi, qulunun pis, çirkin şey etməsinə razı olmamasıdır.
İnsanın Allahu təalaya qeyrət etməsi, haram işlənməsini istəməməklə olar.
Yusif əleyhissəlamın, “Sultanın yanında mənim adımı söylə!” deməsi qeyrəti-ilahiyyəyə toxunaraq illərlə zindanda qalmasına səbəb oldu. İbrahim əleyhissəlamın oğlu İsmayılın dünyaya gəlməsinə sevinməsi qeyrəti-ilahiyyəyə toxunaraq bunu qurban etməsi əmr olundu. Allahu təalanın çox sevdiklərinə, bəzi övliyaya belə qeyrət etməsi çox vaqe olmuşdur.
В корзине: 0 шт.
на сумму: 0