Facebook Twitter WhatsApp

Hörməti-müsahərə nədir?

Sual: Hörməti-müsahərə nədir?

CAVAB

Qarşı cinsə şəhvətlə toxunmaqla və ya şəhvətlə çılpaq şəkildə ön övrət yerinə baxmaqla hasil olan vəziyyətə hörməti musahərə deyilir. Bir kişi bir qadının hər hansı bir yerinə şəhvətlə toxunanda, o qadının soy və ya südlə olan anası və qızlarıyla o kişinin evlənməsi haram olur. Şəhvətlə toxunan qadındırsa o kişinin soy və ya südlə olan atası və oğullarıyla o qadının evlənməsi haram olur. Qadın üçün oğlu, kürəkəni, atası və qayınatası, kişi üçün isə qızı, gəlini, anası və qayınanası xaricində, başqa biriylə hörməti-müsahərə olmasının nikaha zərəri olmaz.

Məsələn, bir kişi qayınanasının əlini öpərkən ehtirasa gəlsə, hörməti-müsahərə baş verir. Xanımı özünə əbədi haram olur. Bir gəlin də qayınatasının əlini öpərkən və ya başqa şəkildə toxunanda şəhvət hasil olarsa, yenə hörməti-müsahərə hasil olar. Yəni, bu qadına əri əbədi haram olur. Bir ata ilə qızı və ya nəvəsi yaxud bir ana ilə oğlu və ya nəvəsi arasında hörməti-müsahərə olarsa ər-arvad bir-birinə əbədi  haram olur. (Bəzzaziyyə)

Şafii məzhəbində hörməti-müsahərə yoxdur. Evli hənəfilər arasında hörməti-müsahərə olarsa, yalnız nikah və talaqda Şafii məzhəbinə görə nikahlarını təzələmələri lazım olar. Belə bir ehtiyac halında başqa bir məzhəbi təqlid caiz və lazımdır. (Hadiqa)

Nikahlı və nikahsız qohumluq

Sual: Hörməti-müsahərə nədir və bu səbəblə kimlərlə evlənilə bilməz?

CAVAB

Müsahərə, evlənmək ilə meydana çıxan qohumluq deməkdir. Buna sıhriyət də deyilir.

Hörməti-müsahərə, evlənməklə meydana gələn haramlıqdır. Yəni, buradakı hörmət sözü, haramlıq deməkdir. Məsələn, bir kişi xanımını boşasa və ya xanımı ölsə belə qayınanasıyla əsla evlənə bilməz, evlənməsi haramdır. Qayınanasının anasıyla da evlənə bilməz. Bir gəlin də əsla qayınatasıyla və qayınatasının atasıyla evlənə bilməz.

Hörməti-müsahərə deyilən haramlıq vəziyyəti məşru (dinə uyğun) evlənmə ilə meydana gəldiyi kimi qeyri-məşru əlaqəylə də meydana gələr. Şəhvətlə toxunmaq, öpmək və şəhvətlə ön övrət yerinə baxmaqla da hörməti-müsahərə baş verir.

Hörməti-müsahərənin olması üçün iki tərəfdən birinin şəhvətlənməsi yetər.

Bir kişi hörməti-müsahərə olan qadının anasıyla, nənələriylə və daha yuxarıdakı analarıyla, qızlarıyla, qızının qızlarıyla və daha aşağıdakı qız nəvələriylə evlənə bilməz. Tərsi də belədir. Yəni, bir qadın da hörməti-müsahərə olan kişinin atasıyla, babalarıyla, oğullarıyla və daha aşağıdakı nəvələriylə evlənə bilməz.

Bir qadın bir kişinin ön ədəb yerinə şəhvətlə baxarsa və ya ona şəhvətlə əlini toxundurarsa yaxud da o kişini şəhvətlə öpərsə, hörməti-müsahərə sabit olar. Tərsi də belədir. Yəni, kişi də eyni şeyləri etsə hörməti-müsahərə sabit olar.

Bir qadının ayaqda ikən fərcinə (övrətinə) baxılarsa, tam görünmədiyi üçün hörməti-müsahərə olmaz. Əgər qadın söykənərək oturduğu halda fərcinə baxılarsa, tam görüldüyü üçün hörməti-müsahərə sabit olar.

Bir kimsə incə bir örtü və ya bir şüşə arxasından bir qadının fərcinə baxmış olsa, əgər fərci açıqca görünərsə, hörməti-müsahərə sabit olar.

Bir hovuzun kənarına oturan bir qadının fərci suyun içində görünsə, bir kişi də ona şəhvətlə baxmış olsa, bu görüntü özü deyil bənzəri olduğu üçün hörməti-müsahərə sabit olmaz. Ancaq, bir kişi suyun içində olan qadının fərcinə şəhvətlə baxarsa, bu vəziyyətdə hörməti-müsahərə sabit olar. Çünki şəxsən özünə baxmış olur.

Güzgüdə bir qadının fərcini görməklə hörməti-müsahərə sabit olmaz. Görünən şəxsən özü deyil bənzəridir. [Bunun kimi birinin üzünə baxmayacağam deyə and içən güzgüdəki görünüşünə baxsa andı pozulmuş olmaz, çünki bu görüntü özü deyil, bənzəridir (İbni Abidin)]

Şəhvətlə toxunmaq, qəsdən, unudaraq, məcburi və ya səhvən  olsa da hörməti-müsahərəyə səbəb olar. Gecə zövcəsi zənn edib qızını şəhvətlə öpməklə hörməti-müsahərə sabit olar. Öz qızının başındakı saçları və dırnaqları şəhvətlə oxşamaqla da hörməti-müsahərə olar.

Paltarla deyil, çılpaq olaraq toxunanda hörməti-müsahərə sabit olar. Paltarın, mantonun üzərindən toxunanda hörməti-müsahərə olmaz, ancaq örtü incə olarsa toxunanın əli toxunulanın istiliyini hiss edərsə, hörməti-müsahərə sabit olar.

Kişi qadının ayağındakı corabını oxşayarkən ayağının yumşaqlığını hiss etsə, hörməti-müsahərə sabit olar. Bir kişi bir qadını örtüsünün üzərindən öpsə, qadın əgər kişinin dodaqlarının istiliyini hiss edərsə hörməti-müsahərə sabit olar.

Hörməti-müsahərənin ola bilməsi üçün qız uşağının 9 yaşında olması lazımdır. Əgər 7-8 yaşlarında olub da 9 yaşındakı görkəmdə isə yenə hörməti-müsahərə sabit olar.

Şəhvətlə toxunulan qadın çox qoca, hətta şəhvətdən uzaq olsa belə hörməti-müsahərə olar.

Şəhvətsiz olaraq toxunan və ya baxan bir kimsə, onu buraxdıqdan sonra şəhvətə gəlsə hörməti-müsahərə sabit olmaz.

Bir sərxoş öz qızını şəhvətlə öpsə, qızı da, “Ata, mən sənin qızınam” desə, sərxoş da qızını buraxsa yenə hörməti-müsahərə sabit olar.

Xanımına şəhvətli ikən qızına toxunsa hörməti-müsahərə olmaz, çünki şəhvəti qızı üçün deyildir.

Şəhvətlənmək, kişidə ereksiya meydana gəlməsi və ya daha əvvəl ereksiya varsa, bunun artmasıdır. Qoca kişilərin, xədimin şəhvəti qəlbin meyl etməsi, o işdən ləzzət alması deməkdir. Qadınların şəhvəti də qoca kişilərinki kimidir.

(Yuxarıdakı bilgilərin hamısı Fətavayi Hindiyyədən alınmışdır.)

Sual: Bir ana oğlunu, bir ata qızını qucaqlayıb oxşaya bilər? Bir ölçüsü vardırmı?

CAVAB

Bir ana, böyük də olsa oğlunu qucaqlaya bilər. Ancaq insanlıq zərurəti, heç düşünmədiyi halda bir şəhvət hasil olarsa hörməti-müsahərə deyilən vəziyyət meydana çıxar. Qayınana da kürəkənini qucaqlayarkən şəhvət hasil olarsa yenə hörməti-müsahərə olar. Ana və qayınanada bir şey olmayıb, oğlunda və ya kürəkənində şəhvət hasil olarsa yenə hörməti-müsahərə olar. Yeddi yaşından böyük görkəmli qız ilə də hörməti-müsahərə baş verir. 15 yaşındakı qız yüz yaşındakı babası ilə də hörməti-müsahərə ola bilər. Qızın və qocanın şəhvəti qəlbinin meyl etməsi deməkdir.

Hörməti-müsahərə kimi hər hansı bir təhlükəni önləmək üçün ana oğlunu, ata qızını oxşayarkən diqqətli olması lazımdır. Uşaqların ana-atalarının əllərini öpmələri kafidir.

Hörməti-müsahərə, ana-ata ilə olduğu kimi yad insanlarla da baş verir. Məsələn; hər hansı bir yad qadına şəhvətlə toxunmaq, unudaraq və ya yanılaraq belə olsa, hörməti-müsahərəyə səbəb olur. Yəni, o qadının anası ilə və qızları ilə o kişinin evlənməsi Hənəfi və Hənbəli məzhəbinə görə haramdır. Bir qız da bir kişiyə şəhvətlə toxunsa, o kişinin atası və oğlu ilə evlənməsi haram olar. Şafii və Maliki də hörməti-müsahərə yoxdur.

Sual: 80 yaşındakı dəli ilə də hörməti-müsahərə baş verir?

CAVAB

Bəli.

Sual: Hörməti-müsahərə olması üçün iki tərəfin yetkin olması şərtdirmi? Beş yaşındakı uşağımla hörməti-müsahərə olarmı?

CAVAB

Ağıllı, yetkin olması şərt deyildir. Ancaq gökəmli olması yetkin hökmündədir. Beş yaşındakı uşaq görkəmli ola bilməz.

Sual: “Unudaraq da olsa hörməti-müsahərə olar”dakı unutmaq nədir?

CAVAB

Hörməti-müsahərəni bildiyi halda xatırlamamaq.

Sual: Paltar üzərindən toxunmaqla hörməti-müsahərə baş verir?

CAVAB

Bədəninin istiliyi hiss ediləcək dərəcədə incə isə olar.

Sual: Hörməti-müsahərədə xanımın nənəsi də anası kimdir?

CAVAB

Bəli.

Sual: Xanıma şəhvətli ikən qızım əlimi tutsa, hörməti-müsahərə olar?

CAVAB

Xeyr.

Sual: Hörməti-müsahərə üçün xanımın süd qızı öz qızım kimidir?

CAVAB

Bəli.

Sual: Hörməti-müsahərə şübhəsiylə Şafiini təqlid caiz olar?

CAVAB

Vəsvəsə zamanında məzhəb təqlidinə lüzum yoxdur.

Sual: Hörməti-müsahərə olan qadınla xəlvət də haramdır?

CAVAB

Əlbəttə haramdır.

Sual: Hörməti-müsahərə səbəbiylə Şafiiyə görə nikahlanan Şafiiyəmi keçər, yoxsa yalnız nikah və talaqda təqlid edər?

CAVAB

Yalnız nikah və talaqda təqlid edər.

Sual: Bir atanın ögey qızı öz qızı kimi məhrəmdirmi, bununla hörməti-müsahərə olarmı?

CAVAB

Bəli, məhrəmdir. Əgər ögey qızını şəhvətlə öpərsə hörməti-müsahərə olar. Yəni, xanımı o adama haram olar.

Sual: Bir kişi ilə yad bir qadın arasında hörməti-müsahərə olarsa, bunlar bir-biri ilə evlənə bilməzmi?

CAVAB

Evlənə bilərlər. Yalnız o kişi o qadının qızı və anası ilə evlənə bilməz.

Sual: S.Əbədiyyədə, “Bir atayla qızı arasında hörməti-müsahərə hasil olarsa, qızın anasıyla yəni, öz xanımıyla arasındakı nikah pozulmaz. Qadın başqası ilə evlənə bilməz. Adamın bu qadını boşaması lazım olur. Bu qadınla evli qalması əbədi haram olar” deyilir. Nikah pozulmursa, niyə haram olur? Qadın o adama haram olursa, niyə başqasıyla evlənə bilmir?

CAVAB

Qadın əriylə nikahlı olduğu üçün bir başqasıyıa evlənə bilməz. Hörməti-müsahərə olduğu üçün də ərinə haram olur. Yəni, öz xanımı artıq onun qayınanası vəziyyətinə düşür, qayınanasıyla da evli qalması caiz olmaz. Dərhal boşaması lazımdır.

Bir kişi bir qadınla zina etsə, o qadının anasıyla da, qızıyla da evlənə bilməz. O qadının anası, qayınanası, qadının qızı da öz qızı yerinə keçir. 

Belə bir vəziyyət olduğu vaxt evliliyi xilas etmək üçün Şafii məzhəbi təqlid edilir. Çünki Şafii məzhəbində hörməti-müsahərə yoxdur. 

Sual: Şəhvətlə toxunmaq və ya öpmək surətiylə həm bir qızla və həm də qızın anasıyla hörməti-müsahərə olsa hansıyla evlənmək caiz olar?

CAVAB

İkisiylə də artıq evlənmək caiz olmaz. Əgər anasıyla hörməti-müsahərə olsaydı, qızıyla olmasaydı, o vaxt anasıyla evlənmək caiz olardı. Qızıyla hörməti-müsahərə olub anasıyla olmasaydı, qızıyla evlənmək caiz olardı. Bir qadına şəhvətlə toxununca və ya öpüncə, artıq o qadının anasıyla və qızıyla evlənmək caiz olmur. 

Məhrəmi olmaz

Sual: Hörməti-müsahərə olan yad qadının anasıyla və ya qızıyla evlənmək haram olduğuna görə bu qadınlarla eyni otaqda tək qalmaq halal olar?

CAVAB

Halal olmaz, haram olar.

Nəvəylə hörməti-müsahərə

Sual: Evli olan bir kişi nəvə, əldə olmadan nənəsinin əlini öpərkən şəhvətlənsə, hörməti-müsahərə baxımından necə bir vəziyyət meydana gələr?

CAVAB

Üç vəziyyət ortaya çıxar: Nənəsi babasına haram olar, atası anasına haram olar və zövcəsi özünə haram olar. Belə ki:

  1. Nəvə ilə nənəsi arasında hörməti-müsahərə hasil olanda, nənəsi zövcəsi hökmünə girmiş Babası, nəvəsinin zövcəsi vəziyyətindəki öz zövcəsi ilə evli qala bilməz.
  2. Nəvə ilə nənə arasında hörməti-müsahərə hasil olanda, atası oğlu hökmünə girə Bu oğul da ata hökmündə olan nəvənin anasıyla evlənə bilməz, çünki öz zövcəsi atasının anası olmuş olur.
  3. Nəvə ilə nənəsi arasında hörməti-müsahərə hasil olanda, nəvənin atası oğlu hökmünə girə Oğlunun gəlini [yəni nəvənin zövcəsi] oğlun atasına haram olar.(Rədd-ül muxtar)

Qız nəvəylə hörməti-müsahərə

Sual: Evli olan bir qız nəvə, atasının atası olan babasının əlini öpərkən şəhvətlənsə, hörməti-müsahərə baxımından necə bir vəziyyət meydana gələr?

CAVAB

Üç vəziyyət ortaya çıxar. Babasına nənəsi haram olar, anasına atası haram olar və əri özünə haram olar. Belə ki:

  1. Qız nəvə ilə babası arasında hörməti-müsahərə hasil olanda, babası əri hökmünə girmiş Nənəsi, nəvəsinin əri vəziyyətindəki öz əri ilə evli qala bilməz.
  2. Qız nəvə ilə babası arasında hörməti-müsahərə hasil olanda atası oğlu hökmünə girə Bu oğlu da ana hökmündə olan nəvənin anası ilə evlənə bilməz. Çünki öz zövcəsi anasının anası olmuş olur.
  3. Qız nəvə ilə babası arasında hörməti-müsahərə hasil olanda, nəvənin anası qızı hökmünə girə Qızın kürəkəni [yəni nəvəsinin əri] qızın anasına haram olar.

Qayınana ilə

Sual: Bir kişilə qayınanası arasında hörməti-müsahərə olarsa, vəziyyət necə olar?

CAVAB

Zövcəsi özünə haram olar. Belə ki: Qayınanası zövcəsi hökmünə girər. Zövcəsi də qayınanasının qızı olduğu üçün zövcəsinin qızıyla evli qala bilməz. 

Hörməti-müsahərə olanda, qurtuluş çarəsi Şafii məzhəbini təqlid etməkdir. Çünki Şafidə hörməti-müsahərə ilə haramlıq meydana gəlmir. (Dürər)

 

Şafidə hörməti-müsahərə

Sual: Şafii məzhəbində hörməti-müsahərə olmadığına görə, məsələn, Hənəfi gəlinlə Şafii qayınatası arasında hörməti-müsahərə hasil olarsa, hansı məzhəbə görə hökm verilər?

CAVAB

Hər kəs öz məzhəbinə görə hərəkət edər. Gəlin Hənəfi olduğuna görə qayınatasıyla arasında hörməti-müsahərə hasil olanda, qayınatasının xanımı kimi olar, əri də oğlu hökmündə olar. Əri ilə bir-birinə əbədi haram olar. Evliliyi davam etdirə bilmək üçün, nikahda Şafii məzhəbini təqlid etmələri lazımdır. İlk nikahları Şafiiyə uyğunsa evliliyə davam edərlər. İlk nikahları Şafiiyə uyğun deyilsə, Şafiiyə görə təkrar nikah kəsmələri lazımdır. Qayınata isə Şafii məzhəbində olduğu üçün onun bir şey etməsi lazım deyildir.

Hörməti-müsahərə

Sual: Bir kişi başqa birinə şəhvətli ikən, bir qadına toxunsa hörməti-müsahərə olar?

CAVAB

Xeyr, toxunduğu qadından ötəri şəhvət hasil olmadığı üçün hörməti-müsahərə olmaz.