Facebook Twitter WhatsApp

Gəlin qayınana məsələsi

Sual: Bir uşaqlı evli bir kişiyəm. Xanımım təsəttürlü və namazını qılır. Lakin, anam-atam xanımımı istəmirlər, həmişə onu təhqir edirlər. Mən də xanımıma anam-atamla yaxşı dolan deyirəm, anamı-atamı kədərli görəndə xanımıma əsəbləşir, vururam. Baxdım ki, bu iş belə getməyəcək, nəhayət xanımımı aparıb uşağımla birlikdə ana-atasının evinə buraxdım. Nə tövsiyə edərsiniz?

CAVAB

Təsəttürlü və namazını qılan bir xanım böyük nemətdir. Nemətin qiymətini bilməzsəniz əlinizdən çıxar.

Gəlin qayınana məsələsi yeni deyildir. Evlərin ayrı olması bir həll şəkli ola bilər. Əgər gəlin-qayınana mübahisə edirlərsə, heç görüşdürməmək daha uyğun olar.

Ana-atanın istəyi ilə xanım döyülməz, xanım tərk edilməz. Etdiyiniz hərəkət çox pis və çox səhvdir. Peyğəmbər əfəndimiz buyurur ki:

“Qadınlarınıza əziyyət etməyin! Onlar, Allahu təalanın sizlərə əmanətidir. Onlara qarşı mülayim olun, yaxşılıq edin!” [Müslim]

“Haqsız olaraq xanımını döyənin, Qiyamətdə rəqibi mən olaram. Xanımını döyən Allah və Rəsuluna üsyankar olar.” [R.Nasıhin]

“Müsəlmanların iman baxımından ən üstünü, əxlaqı ən gözəl olanı, xanımına ən yaxşı, ən lütfkar davranandır.” [Tirmizi]

“Müsəlmanların ən yaxşısı, ən faydalısı xanımına ən yaxşı, ən faydalı olandır. Sizin aranızda xanımına qarşı ən yaxşı, ən xeyirli, ən faydalı olan mənəm.” [Nəsai]

“Xanımına gülər üzlə baxan kişinin dəftərinə bir kölə azad etmiş savabı yazılar.” [R.Nasıhin]

Evə gələndə xanımına salam verib xətrini soruşmaq, kədər və sevincinə ortaq olmaq lazımdır. Çünki, o başqalarından ümidsiz və yalnız özünə alışmış olan dostu, dərd ortağı, onu nəşələndiricisi, uşaqlarının tərbiyəçisi və müxtəlif ehtiyacların aradan qaldırıcısıdır. Ayəti-kərimədə məalən buyurulur ki:

“Yaxşı qadınlar, Allaha itaət edər və ərlərinin haqqına riayət edərlər. Ərləri yoxkən, onların namuslarını və mallarını Allahın köməyi ilə qoruyarlar.” [Nisa 34]

Kişi, həmişə özünü qüsurlu görməli, “Mən yaxşı olsaydım, o belə olmazdı” deyə düşünməsi lazımdır. Xanımının yaxşılığını, iffətini Allahu təalanın böyük neməti bilməsi lazımdır. Onun pis xasiyyətinə qarşı yaxşılıqla rəftar etməsi, yaxşılığı çoxalıb, hər işi sevə-sevə edəndə, ona dua etməsi və Allahu təalaya şükr etməlidir. Çünki, uyğun bir qadın böyük bir nemətdir. Yaxşı davranmaq, yalnız xanımı üzməmək deyildir, onun verdiyi sıxıntılara da dözmək deməkdir. Hədisi-şərifdə buyuruldu ki:

“Xanımının pis xasiyyətlərinə dözən kişi bəlalara səbr edən Həzrəti Eyyüb kimi mükafatlara qovuşar. [İ.Qəzali]

Yaxşı müsəlman olmaq üçün xanımı ilə yaxşı dolanmaq şərtdir. Quranı-kərimdə də məalən, “Onlarla yaxşı, gözəl dolanın!” buyurulur. [Nisa 19]

Sual: Ana-atanın səksən haqqı ilə əlaqədar yazıdan sonra işlərimiz çox qarışdı. Ərim anasını yanımıza almaq istəyir. Evimiz ayrı ikən yola getmirdik. İndi yuvamız əməllicə pozulacaqdır. Münaqişəmizdən orta məktəbə gedən oğlumun sinirləri pozuldu, depressiyaya düşdü. Ərimin və anasının sağlamlığı və maddi vəziyyəti yaxşıdır. Qaldığı evdə qala bilər. Gəlib hüzurumuzu pozmağa  haqqı varmı?

CAVAB

Ərinizin vəziyyəti yaxşı olduğuna görə anasını öz yanına alması lazım deyildir. Dəfələrlə yazdığımız kimi gəlin-qayınanası ilə eyni evdə yaşamağa məcbur edilə bilməz. Məcbur ediləndə evdə hüzur qalmaz. Ağıllı kişi evində narahatlıq çıxarmaz. Dinə zidd olmayan bir çarə tapar.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину