Facebook Twitter WhatsApp

Toyda gələn hədiyyələr kimindir

Sual: Toyda hədiyyələr gəlir. Bəzən ailədə ər-arvad arasında mübahisələr evliliyə son qoyur. Bu gələn hədiyyələrə qadın ortaqdırmı? Kişi xanımına hədiyyə etdiyi bilərzik və digər zinət əşyalarını, boşanma baş verdikdən sonra geri istəyə bilərmi?

CAVAB

Toyda gələn hədiyyələrdən, kəlağayı, paltar kimi qadına məxsus olan əşyalar qadınındır. Müştərək əşya isə kişinindir. Sünnət uşağına gələn hədiyyələr də belədir. (Hadiqa)

Xanımına hədiyyə olaraq verilən mal geri alına bilməz. Məhrəm qohumu və ya nikahlısı olmayan kimsəyə hədiyyə edilən malı geri almaq caizdir. Ancaq qarşılığı verilmiş, verilən şey çoxalmış isə, yaxud ikisindən biri ölmüşsə və ya verilənin mülkündən çıxmış isə, geri alına bilməz. (Əl-ixtiyar)

Nişanda verilənlər

Sual: Nişanı qaytaranda, hər iki tərəf verdiklərini geri istəyə bilər?

CAVAB

Nikah olmamışsa, verilən hədiyyələr mövcuddursa, geri istəyə bilərlər. Əgər, hər iki tərəfin nişanda bir-birinə göndərdiyi şeylər tələf olmuşsa ödəmək lazım deyildir. (M.Zühdiyyə)


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину