Facebook Twitter WhatsApp

Xəstəlik halında

Sual: Xanımım tez-tez özünü xəstəliyə vurur. Düzgündürmü?

CAVAB

Yalandan xəstə kimi görünmək doğru deyildir. Hədisi-şərifdə buyuruldu ki:

“Xəstə görünməyin, xəstə olarsınız.” [Deyləmi]

Sual: Bəziləri, hər gələnə xəstə olduğunu söyləyir. Xəstəliyi gizlətmək lazım deyilmi?

CAVAB

Xəstəliyi gizlədə bilmək, kimsəyə söyləməmək bir nemətdir. Hədisi-şərifdə buyuruldu ki:

“Üç şey yaxşılıq xəzinəsidir: Xəstəliyi, müsibəti, sədəqəni gizləmək. Allahu təala buyurur ki: Mömin xəstələnəndə, ziyarətçilərinə məni şikayət etməzsə, ətinin yerinə daha yaxşı bir ət, qanının yerinə də daha yaxşı qan verib şəfa verər, günahlarını da əfv edərəm, ölərsə rəhmətimə qovuşar.” [Tabərani]

Hər xəstəliyi nemət bilib, bundan ibrət almaq lazımdır! Hədisi-şərifdə buyuruldu ki:

“Mömin xəstələnib yaxşılaşanda, xəstəliyi günahlarına kəffarə və sonrası üçün dərs olar. Münafiq isə xəstələnib yaxşılaşanda, bağlanıb-açılan dəvə kimi qalxar. Nə üçün bağlandığını və nə üçün açıldığını bilməz.” [Tabərani]

Xəstəliklər müxtəlif səbəblərlə olsa da, ümumiyyətlə, çox yeyib-içməkdən irəli gəlir. “Hər xəstəliyin başı qarnı çox doldurmaqdır” hədisi-şərifi bunu açıqca bildirir. (İbni Sünni)

Sual: Ağır xəstəyə nə etmək lazımdır?

CAVAB

Xəstə istəməsə də, saleh insanların gedib bir İxlas oxuyacaq qədər oturması lazımdır! Həkim, heç kimlə görüşməsin, danışmasın, dediyi üçün xəstəni ziyarətdən məhrum etmək olmaz! Yanına salehlər girib Yasini-şərif oxumalıdırlar. Gizli oxumaq da faydalıdır. Başqa dua da oxumaq olar. Hədisi-şərifdə buyuruldu ki:

Əcəli gəlməmiş bir xəstəni ziyarətə gedən yeddi dəfə, Əsəlullahəl azım, Rəbbil Arşil azım ən yəşfiyək deyərsə, Allahu təala onu bu xəstəlikdən afiyətə qovuşdurar.” [Hakim]

Xəstəyə zərərli olan qidalar xaric, xəstənin istədiyi, sevdiyi qidaları vermək lazımdır! Hədisi-şərifdə buyuruldu ki:

“Xəstəyə canı çəkdiyi şeyi yedirin.” [İbni Macə]

Ölüm xəstəsi

Sual: Ölmək üzrə olan xəstəni yatağına necə yatırmaq lazımdır? Ölünü yuyarkən necə yatırılır?

CAVAB

Ölüm xəstəsi sağ yanı üstə yatırılıb, üzü qibləyə çevrilər. Belə yatırmaq sünnətdir. Ayaqları qibləyə doğru, kürək üstü yatırmaq da caizdir, ancaq başının altına bir şey qoymaq lazımdır. Beləcə üzü qibləyə qarşı olar. Bunlar çətin olarsa, asan şəkildə yatırmaq da caiz olar. Cənazə, kürək üstü və ya asan olan şəkildə yatırılar. Qibləyə qarşı yatırmaq sünnətdir.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину