Facebook Twitter WhatsApp

Ailə əlaqələrini  yıxmaq üçün

Cağaloğlunda (İstanbul) Ədliyyəyə yaxın bir yerdə idim. Bir qrup insan, “Nikaha xeyr, nikahsız, müstəqil yaşamaq üçün irəli” deyərək nümayiş edirdilər və həyat yoldaşları ilə nikahsız yaşamaq üçün yoldaşlarını məhkəməyə vermişdilər. Məhkəmədən boşanma qərarını aldıqdan sonra qol-qola girib evlərinə gedərkən rəsm çəkdirmişdilər. Bəzi kəslər, “Təbiətdə belə bir şey yoxdur, insanın azadlığına mane olmamaq, hər kəsin istədiyi kimi yaşaması lazımdır” deyirlər. Yalnız heyvanlar qaydasız, nizamsız yaşayır. İnsan mədənidir, yaşamaq üçün bəlli qaydaları var. Başı boş heyvan sürüsü kimi yaşamaq xoşbəxtlik gətirməz, anarxiya doğurar. Mən müstəqiləm, deyib başqalarının həyat yoldaşları ilə yatıb-dura bilməz. 

Azadlıq, başı boşluq, hər istədiyini edə bilmək deyildir. Cinayət işləyəni məhkum etmək, həbsə atmaq azadlığa zidd deyildir. Hər kəsin azadlığına mane olan bir neçə caninin həbs olunması, əsarət, [məhbusluq] deyildir. Sadəcə başqalarına deyil, özünə belə zərərli olması azadlıq deyildir.

Narkotik maddə kimi bədənə zərərli olan şeyləri qadağan etmək hürriyyətsizlik olaraq qiymətləndirilə bilməz.

Yol hərəkəti qaydalarının düzgün olması üçün müxtəlif qayda qoyaraq soldan getməyi qadağan etmək hürriyyətsizlik deyildir.

Qanunu pozana cəza vermək, onu əfv etməyib cəzasını çəkməsini istəmək müstəqilliyə zidd deyildir.

Qəfəsdəki ilanı insanların içinə salmaq, ilan üçün bir azadlıq isə də, insanlıq üçün bir fəlakətdir.

Bir caninin sərbəst buraxılması, onun üçün azadlıq isə də, millət üçün azadlıq düşmənliyidir.

İlahiyyatçı bir qadın, “Qadın üçün təsəttürə girmək köləlikdir. Köləlik bir haqq olmadığı üçün qadının təsəttürə girməsinə razılıq göstərilə bilməz. Açılmaq müstəqilliyi təbii bir haqdır. Daha çox açılmaq haqqı ilə məşğul olmaq lazımdır” deyərək tək kişilə yaşamağın müstəqilliyə zidd olduğu düşüncəsi ilə ərini tərk etmişdir.

Qədimdə, Peyğəmbər əfəndimizdən əvvəl, Kəbə çılpaq vəziyyətdə təvaf edilirdi. İslamiyyət gəldikdən sonra belə adətlər qaldırıldı. Kölə olan qadınların başı, qolları və dizdən aşağı ayaqları açıq idi. Azad olan qadınlar örtülü idi. Demək ki, açılmaq köləlik, təsəttür azadlıq idi.

Qədim zamanlara etina edən qadınlar çıxa bilər. Kimsənin düşüncəsinə qandal vurula bilməz. Ancaq ümid etmədiyimiz qəzetdə hürriyyət düşməni hürr bir qadın nikaha, evliliyə qarşı çıxışlar edir. “Sənətçi, sanki ölənə qədər evli qalmağa and içmiş kimi dirənməsini ağlım almadı” deyir və əlavə edir:

“Evliliyi, romantik qəbul edirəm, amma, əsla inanmadığım bir cəmiyyətdir. Şumerlərdən bu yana miras və əhali problemlərini həll etmək məqsədilə qurulan bir əqddir. Halbuki, insandan ömür boyu eyni adamı sevəcəklərinə dair imza atmalarını istəyə bilməzsiniz. Eşqə zəmanət verilməz. Çox sevərsiniz, amma bir gün də baxarsınız ki, gözləriniz başqa gözlərin içində əriyir. Heç bir qanuni təzyiq sevgini davamlı etməyə gücü çatmaz. Kim, “Xeyr, bir-birinizi mütləq sevəcəksiniz” deyə əmr verə bilər. Verən olsa belə onu kim dinləyər? Ona görə də dediyim kimi nikah əqdi inandırıcı deyildir.” 

Bunlar qadının öz düşüncəsidir, cəmiyyətdə anası-atası bəlli olmayan uşaqların çoxalmasını istəyə bilər, buna bir şey deyə bilmərik. Amma nikaha inanan bir qəzetin, belə bir jurnalistin  yazısına qəzetində yer verməsi məni çox təəccübləndirdi.

İnandığımız kimi yaşamaq məcburiyyətindəyik. İnanmadıqlarımızı yaşayır kimi görünməyimiz bizə bir şey qazandırmaz, əksinə çox şey itirməyimizə səbəb olar.