Facebook Twitter WhatsApp

Asqırmaq

Sual: Asqırmağın imanla, doğru söyləməklə və duanın qəbul olması ilə bir əlaqəsi vardırmı?

CAVAB        

Bəli vardır. Asqırmaq çox yaxşıdır. Bir hədisi-şərif məali:

“Asqırmaq Rəhmandan, əsnəmək şeytandandır.” [Tirmizi]

Həzrəti Osman asqıranda Peyğəmbər əfəndimiz buyurdu ki:

“Müjdə olsun sənə ey Osman. Bu gələn Cəbrayıl əleyhissəlamdır. Allahu təaladan mənə xəbər gətirdi ki: Heç bir mömin yoxdur ki, ard-arda üç dəfə asqırsın da onun qəlbində iman sabit olmasın.”  [Tirmizi, Hakim]

Danışarkən asqıran kimsənin doğru söylədiyi aydın olar. Bir hədisi-şərif belədir:

“Danışarkən asqırmaq sözün doğruluğuna işarədir.”  [Tabərani, Hakim]

Dua edərkən asqırmaq da o duanın qəbul olduğuna əlamətdir. Bir hədisi-şərif məali belədir:

“Dua edərkən asqırmaq duanın qəbuluna işarədir.” [Tabərani]

Sual: Asqırana nə demək lazımdır?

CAVAB

Salam verənin salamını almaq fərz olduğu kimi, asqırana da Yərhamükəllah demək Hənəfidə fərzdir. Bu fərzi-ayn deyil, fərzi-kifayədir. Asqıran qadına yərhamükəllah deyilir, lakin yad qadınların asqırmalarına yərhamükəllah demək caiz deyildir. Bir yığıncaqda, bir kimsə asqırıb Əlhamdülillah desə, oradakı biri Yərhamükəllah deməzsə, hamısı günah işləmiş olar. Biri deyərsə, digərlərinin də söyləməsi lazım deyildir. Söyləsələr də zərəri olmaz, yaxşı olar. Hədisi-şərifdə, “Salamı və təşmiti yayın!” buyuruldu. (İbni Asakir)

[Təşmit, asqırıb da, “Əlhamdülillah” deyənə, “Yərhamükəllah” deyərək xeyir və bərəkətlə dua etməkdir.]

Asqıranda “Əlhamdülillah” deməsi, bunu eşidən Müsəlmanın da, “Yərhamükəllah” deməsi lazımdır. “Allah sənə rəhmət etsin” deməkdir. Üçüncü biri varsa, “Yəhdinə və yəhdikümullah” deməsi lazımdır. Bu da, “Allah bizə və sizə hidayət versin!” deməkdir. Üçüncü bir kimsə yoxdursa, asqıran cavab olaraq eyni şeyi söyləməsi lazımdır. Ayaq yolunda ikən asqıran ayaq yolundan çıxanda “Əlhəmdülillah” deyər və ya içdən söyləyər. Hədisi-şəriflərdə buyurulur ki:

“Allahu təala asqırmanı sevər, əsnəməni sevməz.”  [Buxari]

“Əsnəmək şeytandandır. Əsnəməyə mane olmağa çalışın. Əsnəyənə şeytan gülər.” [Buxari]

“Asqıran həmd etməmiş isə xatırlatmaq üçün Əlhəmdülillah de! Çünki asqıranın həmd etməsi hər dərdə dəvadır.”  [Deyləmi]

“Asqıran, “Əlhamdülillahi Rabbil aləmin” və ya “Əlhəmdülillah alə külli hal” desin. Yanındakı da “Yərhamükəllah” desin. Asqıran da “Yağfirullahü ləna və ləküm” desin.”  [Hakim]

“Asqıran “Əlhamdülillah” deyərsə, mələklər də “Rəbbil aləmin” deyərlər. Asqıran “Rəbbil aləmin” deyərsə, mələklər bu dəfə “Rahiməkəllah” deyərlər.” [Tabərani]

“Müsəlmanın müsəlman üzərindəki beş haqqından biri asqırıb Əlhamdülillah deyənə, Yərhamükəllah” deməkdir.” [Buxari]

“Asqırıp da, “Əlhamdülillah” deyənə, “Yərhamükəllah” demək fərzdir.” [Buxari]

“Asqıranda , “Əlhamdülillah” deyən göz ağrısı görməz.” [Tabərani]

“Asqıranı təşmit etmək, diş və qulaq ağrısından qorunar.” [Şirə]

“Asqıranda “Əlhamdülillah alə külli halin minəl hal” demək  70 dərdə dəvadır.” [Hatib]

Qrip olan, üçdən çox asqırsa, hər asqırışda Əlhamdülillah desə caiz olar. Belə qrip olan kimsə Əlhamdülillah desə bir dəfə Yərhamükəllah deyilir. Bundan sonra Əlhəmdülillah desə də, yərhamükəllah demək lazım deyildir. Deyilsə də zərəri olmaz. Hədisi-şəriflərdə buyuruldu ki:

“Asqıranı üç dəfə qədər təşmit et. Daha sonra istər et, istər etmə!”  [Tirmizi]

“Üç dəfədən çox asqıran qrip olmuş deməkdir.” [Əbu Davud]

Çox qüvvətli asqırmaq və anormal şəkildə əsnəmək uyğun deyildir. Yuxusuzluq və ya əsəbiyyətdən irəli gələnlər istisna olmaqla, əsnəmək yaxşı sayılmaz. Əsnəyərkən ağzı, dodağı dişləyərək bağlamaq mümkün olmazsa, sol əlin çölü ilə bağlamaq lazımdır! Yeməyə və ya insanlara qarşı deyil, başı başqa tərəfə çevirmək lazımdır. Asqırarkən də çox səs çıxmaması üçün bağlamağa çalışmaq lazımdır!

Hədisi-şəriflərdə buyuruldu ki:

“Qüvvətli asqırmaq da şeytandandır.” [İbni Sünni]

“Gəyirərkən, asqırarkən səsinizi yüksəltməyin.” [Bəyhəqi]

Sual: Asqıranda həmd edilməsi lazım olduğunu bilməyən və ya deyildiyində də qəbul edəcəyi şübhəli olan kəslər “sağlam ol!” deyir. O da “çox sağol” deyir. Boş söz olduqlarını bilirəm amma görəsən asqıranda belə deyilməsini gözləyən ətraflara bunları söyləməkdə bir zərər vardırmı?

CAVAB

Heç eşitməmiş kimi hərəkət edilər. Amma həqiqətən çox yaşa deməsini gözləyirsə deyilə bilər.

Sual: Beş dəfə asqıran, hər asqıranda, əlhamdülillah desə caizdir?

CAVAB

Zərəri yoxdur.

Sual: Beşinci dəfə asqırana “Yərhamükəllah” deyilir?

CAVAB

Beş dəfə demək lazım deyildir. Üç dəfə söyləmək fərzi kifayə, çoxu müstəhəbdir.

Sual: Elm məclisində asqırıb həm edənə “Yərhamükəllah” deyilir?

CAVAB

Elm məclisində asqıran sakit olaraq həmd etməsi lazımdır.

Səsimizi eşitdirmək

Sual: Salama cavab verərkən və ya asqırıb əlhamdülillah deyənə yərhamükəllah deyərkən, mütləq səsimizin qarşımızdakının eşitməsi şərtdirmi?

CAVAB

Bunlara cavab vermək fərzdir. Mühit səs-küylü ola bilər və ya o kimsə ağır eşidə bilər yaxud başqa bir səbəblə də eşitməyə bilər. Biz salamı səsli almışıqsa, məsuliyyətdən xilas olarıq.

Əlhamdülillah demək

Sual: Dini söhbətdə, məsələn birlikdə dini kitab oxuyarkən, asqırıb “Əlhamdülillah” deyənə də, “Yərhamükəllah” deyilir?

CAVAB

Belə yerdə asqıranın, səssizcə “Əlhamdülillah” deməsi lazımdır. Eşidənlərdən birinin “Yərhamükəllah” deməsi kafidir.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину