Sual: Xəlvət nədir?
CAVAB
Xəlvət, yad bir qadınla bir kişinin bir otaqda, bir yerdə tək qalmaları deməkdir. Bu haramdır.
Yoldaşı, dostu məmnun etmək üçün
Sual: Yoldaşın, dostun könüllərini almaq, onları qırmamaq üçün naməhrəmlə əllə görüşmək, qucaqlaşıb öpüşmək caizdir?
CAVAB
İmam Rəbbani həzrətləri, “Yoldaşın, dostun könüllərini almaq üçün, özünü günaha soxmaq və axirətin sonsuz əzablarına atılmaq, ağlı olanın edəcəyi iş deyildir” buyurur. Bir hədisi-şərif məali də belədir:
“Bir kimsə pis insanların hirslənəcəkləri şeydə Allahu təalanın razılığını axtararsa, Allahu təala onu insanlardan gələcəklərdən qoruyar. Əgər Allahu təalanın hirslənəcəyi şeydə insanların razılığını axtararsa Allahu təala onun işini insanlara buraxar.” [Tirmizi]
Bir zərurət olmadıqca bu günahlardan uzaq dayanmaq lazımdır.
Sual: Baldız, qardaş, əmi və dayı xanımları kimi qohum qadınlarla tək bir otaqda qalmaq günahdır?
CAVAB
Bəhs etdiyiniz qadınlar naməhrəmdir. Belə qadınlarla xəlvət haramdır. Xəlvət, yad bir qadınla bir kişinin bir yerdə tək qalmasıdır. Qadın çox olsa da xəlvətə mane deyildir. Kişinin xanımı və ya anası, bacısı kimi məhrəm bir qadın olarsa xəlvət olmaz.
Müsəlman qadın fasiq qadınların yanında da saçı açıq dayana bilməz. Mürtəd əmi və dayının yanında da açıq dayan bilməz. Mürtəd ana-atanın yanında başı açıq dayanmaq caiz isə də əllərini öpmək caiz deyildir.
Zərurət olmadıqca naməhrəmlə danışmamaq lazımdır. Hədisi-şərifdə buyurulur ki:
“Ey qadınlar, məhrəminiz olan kişilərlə danışın, naməhrəmlə danışmayın!” [İ.Said]
[Məhrəm, özü ilə evlənmək haram olan yaxın qohum deməkdir. Naməhrəm, özü ilə evlənmək haram olmayan yad və uzaq qohum deməkdir.]
Peyğəmbər əfəndimiz, “Qadınlarla birlikdə olmaqdan, onlarla tək qalmaqdan çəkinin” buyuranda oradakılar, bir qadının qaynı, yeznəsi kimi qohumlarla tək qalmasının hökmünü soruşanda, Rəsulullah əfəndimiz, “Qayın daha təhlükəlidir, ölüm kimidir” buyurdu. (Buxari)
Bunun səbəbi cəmiyyətdə qayın, yeznə yad sayılmadığı üçün, qardaşının xanımının, baldızının yanına təklifsiz girib çıxar. Bunlar tək qalanda üçüncüləri şeytan olar. Sonra da, “Bayram deyil, seyran deyil, yeznəm məni niyə öpdü” deyərlər. Bayram da olsa tək bir yerdə qalmaq, zərurətsiz danışmaq, əllə görüşmək haramdır. Şeytan insanı qadınlarla aldatmağa çalışar. Zərurətsiz qohum da olsa, yad qadınlardan uzaq qalmaq lazımdır! Hədisi-şəriflərdə buyuruldu ki:
“Bir kişiylə bir qadın tək qalanda aralarına şeytan girər. Yad bir qadınla sıxışıb dayanmaq, üstü nəcasət bir donuzla sıxışıb dayanmaqdan daha pisdir.” [Tabərani]
“Şeytanın təqva sahiblərini ovlamaqda qadınlardan daha uyğun bir tələsi yoxdur.” [Deyləmi]
“İblis şeytanlara deyər ki: Ət, qadın və içki ilə insanları aldatmağa çalışın! Bu işdə bunlardan daha təsirlisi yoxdur.” [Deyləmi]
“Ümmətim üçün ən qorxduğum şey qadın və içki fitnəsidir.” [İ.Süyuti]
“Bir facirə [pis] qadının fücuru [pisliyi] min kişinin fücuru kimi və bir yaxşı qadının yaxşılığı yetmiş siddiqin yaxşılığı kimidir.” [Əbu Nuaym]
“Gənclik dəlilikdən bir parçadır, qadınlar da şeytanın tələsidir.” [E.Nuaym]
“Qadın övrətdir və çölə çıxanda şeytan onu baxar.” [İbni Hibban]
“Bir gənc qız ilə bir gənc kişi birlikdə idi. Onları şeytandan əmin görmədim.” [Tirmizi]
Sual: Yeznəmlə və ya qaynımla və xanımı ilə və ya kürəkənim ilə uzun səfərə getməyimiz caizdir?
CAVAB
Yeznəniz, yəni bacınızın əri sizə yad olduğu kimi qaynınız da yaddır. Məhrəm qohum olmadığı üçün bunlarla birlikdə uzun yola getməyiniz caiz olmaz, haram olar. Hədisi-şərifdə buyuruldu ki:
“Allaha və axirət gününə inanan bir qadının, yanında atası və ya oğlu və ya əri və ya qardaşı və ya bir məhrəmi olmadan üç günlük və ya daha çox bir yola, getməsi halal olmaz.” [Buxari, Müslim]
“Əri və ya məhrəmi olmayan müsəlman bir qadının həccə getməsi halal olmaz.” [Tabərani]
Kürəkəniniz sizə məhrəm olduğu üçün uzun yola gedə bilərsiniz. Ancaq bir zərurət və ya ehtiyac olanda, məsələn, məhrəm kimsə tapa bilməyib səfərə də çıxmaq ehtiyac olanda, yanında məhrəm kişiləri olan salehə xanımlarla birlikdə getmək caiz olar. Fasiq qohum yerinə, saleh olan yadlar seçilər. Saleh insanın düşməni belə olsa, haram işləməkdən qorxduğu üçün malımıza, canımıza, namusumuza zərər verməz. Səfərdə olan bir xanım isə yanında məhrəm qohumu olmasa da ərinin iqamət etdiyi yerə gələ bilər.
Sual: Baldızımı və ya qardaşımın xanımını Azərbaycanın bir səmtindən o biri səmtinə avtomobilimlə apara bilərəm?
CAVAB
Qardaşınızın xanımı da baldız da yad qadındır. Zərurət olmadıqca da onları tək olaraq bir yerə aparmağınızı tövsiyə etmirik.
Sual: Yanlarında yeddi yaşında ağıllı bir uşaq olarsa yenə də xəlvət olar?
CAVAB
Bəli, yenə xəlvət olar.
Sual: İyirmi yaşlı, buluğa çatmayan, ruhi xəstə, qadın-kişi münasibətlərini bilməyən, danışa bilməyən zərərsiz dəli olan biri kişi, digəri qız olmaqla iki uşağım var. Qadın-kişi münasibətlərindəki vəziyyətləri nədir? Qonşu qadınlar oğlumun yanında başı açıq otura bilərlərmi? Bunlarla xəlvət olarmı?
CAVAB
Qızınız hər nə qədər qadın-kişi münasibətlərini bilməsə də, nəticə etibarilə bir qadındır. Ona şəhvətlə baxmaq, onunla xəlvət etmək haramdır. Açıq gəzməsinin ona günahı olmaz isə də, baxanlara günah olacağı üçün təsəttürə riayət etdirməyə çalışmaq lazımdır! Yad qadınların oğlunuzla xəlvət etmələri və yanında açıq dayanmaları haramdır.
Sual: İmansız bir dayım var. Yanımda da 8 yaşında bir oğlum və 10 yaşında da bir qızım var. Oğlumla birlikdə və ya oğlum, qızım və dayımla birlikdə Bakıdan Gəncəyə gedə bilərik? Yaxud qızımı dayımla göndərə bilərəm?
CAVAB
Özünüz oğlunuzla və ya dayınızla gedə bilmədiyiniz kimi, qızınız da dayınızla gedə bilməz.
Müsəlman bir qadın, dinsiz və ya əmin olmayan bir məhrəmiylə və həddi-büluğa çatmamış uşaq məhrəmiylə səfərə çıxa bilməz. Buluğ olmamış, görkəmli qız da qadın kimidir. Yəni məhrəmsiz səfərə çıxa bilməz. (Hadiqa)
Sual: Xədim olan kişilə, iflic və dəli ilə də xəlvət olar?
CAVAB
Bəli, olar.
Sual: 20 yaşında ihtilam olmayan dilsiz bir dəli ilə xəlvət olar?
CAVAB
Xəlvət olar.
Sual: Şəhər avtobusunda və dükanlarda xəlvət olar?
CAVAB
Olmaz.
Sual: Saleh kişi birdən çox olanda xəlvət olar?
CAVAB
Xəlvət olmaz.
Sual: Xəstəxanalarda başqaları yoxsa, çöldən də görülmürsə xəlvət olar?
CAVAB
Olar.
Sual: Xəstəxananın xüsusi bir otağında yatarkən, kişi həkim gələndə xəlvət olar?
CAVAB
Xəstəlik zəruri olduğu üçün xəstəyə günah olmaz.
Sual: Xəstəxana da yanımdakı xəstə şüursuzdur. Yanında xanımı var. Mənimlə xəlvət olar?
CAVAB
Xanımınızı gətirmək və ya tək otaqda qalmaq mümkün olmazsa, zərurət olar, caiz olar.
Sual: On yaşında bir oğlum var. Bu oğlum yanımda ikən yeznəmlə bir otaqda olmağımız xəlvət olar? Günahdır?
CAVAB
Bəli günahdır. Çünki bu yaşdakı uşaq, xəlvətə mane deyildir.
Sual: Yad bir kişi ilə yad bir qadın axirət qardaşı olar? Qonşumuz bir qadın, yad bir kişi ilə axirət qardaşı olmuşdur. Birlikdə bir otaqda qalıb, yeyib içirlər. “Naməhrəmlik şərtləri aradan qalxdığı üçün bizə günah olmaz” deyirlər. Bu xüsusun dinimizdəki yeri nədir?
CAVAB
Bir kişi yad bir qadınla “Axirət qardaşı” olub onunla tək qala bilməz. O qadın ona yenə yaddır. Onunla evlənə bilər. “Aradan naməhrəmlik şərtləri qalxar” demək dinsizlərin, mülhidlərin, zındıqların uydurduqları şeylərdir. Nikah olmadan heç bir yad qadın bir kişiyə halal olmaz. Birlikdə bir otaqda olmaları haram olar.
Dinimizin hökmləri ortadadır. Haram bəlli, halal bəllidir. Heç kimsə haramı halal, halalı haram edə bilməz. Harama halal deyən kafir olar. İslamiyyətdə din qardaşlığı vardır. Din qardaşıyla da evlənə bilər. Axirət qardaşı olmaq da din qardaşı olmaq deməkdir. Bir kimsə axirət qardaşıyla da evlənə bilər. (Hadiqa)
Sual: Bir qızla bir-birimizin qanını yaladıq. Qan qardaşı olduğum bu qız ilə evlənməyim uyğundur? Qan verməklə də qan qardaşlığı olar?
CAVAB
Qan yalamaq, qan içmək haramdır. Əti yeyilən qoyun, mal-qara kimi heyvanların da qanlarını içmək haramdır. Bir-birinin qanını yalamaqla və ya bir-birinə qan verməklə qan qardaşı olunmaz. Yəni, bir-birinin qanını yalayan və ya bir-birinə qan verən kəslər bir-biriylə evlənə bilər.
Sual: Atam qardaşının xanımının yanında qal deyir. Qalmazsan haqqımı halal etmərəm deyir. Nə etməyim lazımdır?
CAVAB
Əsla qardaşının xanımı ilə qalmaq olmaz. Atanın haqsız qarğışı da tutmaz.
Sual: Ana-ata və məhrəm dinsiz qohumla əmri məruf məqsədiylə görüşməsi caizdir?
CAVAB
Bu niyyətlərlə caiz, bu niyyət olmadan caiz olmaz.
Sual: Uyğunsuz naməhrəm qohumlarımın ziyarətlərinə getməməyim günah olar?
CAVAB
Dinimizdəki bu ölçünün yaxşı bilinməsi lazımdır:
Günah işləyərək fərzi yerinə yetirmək olmaz. Fərz ilə haram bir araya gələrsə fərz təxir edilir. Məsələn, qadınların həccə getməsi fərz, fəqət yanında məhrəm qohumu yoxsa başqa qadınlarla getməsi haramdır. Qadın bu halda həccə belə gedə bilməz. Haram işlənəcəksə, qohumların evinə getməzsiniz. Əmi, dayı kimi məhrəm qohumlarınıza telefon edərsiniz, telefonla bayramlarını təbrik edərsiniz.
Sual: Xanımım yad kişilərlə çox nəzakətli danışır. Ciddi danış deyirəm. Mənim pis niyyətim yoxdur ki, deyir. Yaxşı niyyətlə nəzakətli danışmaqda zərər vardırmı?
CAVAB
Tam Elmihalda deyilir ki:
“Allahu təala Qurani-kərimdə qadınların, qızların yad kişilərlə mülayim səslə, nəzakətlə söhbət etmələrini, beləcə pis adamların qəlblərinə pislik gətirmələrini qadağan edir, buna səbəb olmayacaq şəkildə söyləmələrini istəyir. Qadınların yad kişilərə bəzənmələrini qadağan edir. Bilərziklərinin səsini eşitdirməmək üçün yavaş, səssiz getmələrini əmr edir. Yəni, günaha səbəb olan hər şey də günahdır. O halda günaha, harama səbəb olan şeylərdən çəkinmək lazımdır.
Sual: Şəhvətsiz olaraq bir qadınla yaxşı niyyətlə danışmaq, məsələn, din bilgisi vermək caizdirmi?
CAVAB
Caiz deyildir.
Sual: Mənim çox sevdiyim xristian bir qadın tanışım var. Xristian yoldaşlarım da var. Tanışıma Müsəlmanlığı izah etdik, hələ Müsəlman olmadı. Digər yoldaşlar da Müsəlmanlığı seçməzsə, onlarla və tanışımla mükəmməl bir şəkildə davam etdirdiyim dostluğumu pozmalıyam?
CAVAB
Dost olmaq ayrı, onlarla yoldaşlıq etmək ayrıdır. Onların dinini sevmək səhvdir. Bir xristian qızı sevib onunla evlənmək də caizdir. Özünü sevmək ayrı, dinini sevmək ayrıdır. Ayəti-kərimədə qəsd edilən məna dinlərini sevməkdir. Normal yoldaşlıq dinlərini də sevməyə səbəb ola bilər. Onun üçün diqqətli olmaq lazımdır. Məsələn, onların bayramlarını təbrik etmək caiz deyildir.
Sual: İslamiyyəti öyrənmək istəyən bir qadına yad bir kişi necə kömək edə bilər?
CAVAB
Yalnız kitab verə bilər və ya göndərə bilər.
Sual: Müsəlman qadının kafir qadınla əllə görüşməsi caizdir?
CAVAB
Zərurətsiz caiz olmaz. Ehtiyac olanda Hanbəli məzhəbini təqlid edilir.
Sual: Hədisi-şərifdə, bir qadının evindən başqa yerdə başını açmasının günah olduğu bildirilir. Naməhrəmin yanında nəzərdə tutulur?
CAVAB
Bəli.
Sual: Bir kişi evlənəcəyi qızı daha yaxşı tanımaq üçün ounla söhbət etməsi haramdır?
CAVAB
Evlənmək üçün qız görməyə gedildiyi vaxt qıza baxmaq və danışmaq sünnətdir, günah deyildir.
Sual: Qız görməyə gedincə, atamın da baxması caizdir?
CAVAB
Bəli.
Sual: Evləniləcək qızın harasına baxmağa icazə vardır?
CAVAB
Yalnız üzünə baxılar.
Sual: Nikahdan əvvəl yalnız oğlanın qızı görməsi kafidir?
CAVAB
Bir-birini görmək sünnətdir.
Sual: Evlənəcək qızı ikinci dəfə görmək caizdir?
CAVAB
Üçüncüsü belə caizdir.
Sual: Bir qadın şeyxinin əlini öpə bilərmi?
CAVAB
Peyğəmbər əfəndimiz, yad qadınlara əl öpdürməmişdir. Qadınlar, qızlar şeyx deyilən kəslərin əlini öpə bilməzlər. Belə zəmanə şeyxlərindən uzaq durmaq lazımdır.
Sual: Universitetdə oxuyuruq. Mən də oğlan yoldaşımda namaz qılırıq. İkimiz də özümüzü haramdan qoruyuruq. İkimizin də pis niyyəti yoxdur. Birlikdə eyni evdə ayrı otaqlarda qalırıq. Bir nəfər, kişiylə qadının eyni otaqda qalması xəlvət olar, haram olar, dedi. Biz gündüz bərabərik amma gecə ayrıyıq. Gündüz eyni otaqda qalmaq həqiqətən haramdır?
CAVAB
Bəhs etdiyiniz hadisə dinimizə zidd olduğu kimi əşyanın təbiətinə də ziddir. Siz nə qədər namuslu olsanızda yad qadınla bir kişi eyni otaqda xəlvət edə bilməz, tək qala bilməz. Tək qalmaları haramdır. Şeytan bunları rahat buraxmaz. İki hədisi-şərif məali:
“Bir kişilə bir qadın tək qalarsa, aralarına şeytan girər.” [Tabərani]
“Bir kişilə bir qadın xəlvət edərsə, [tək qalsalar] üçüncüləri şeytan olar.” [Tirmizi]
Qadınla kiş, iki zidd varlıqdır. Atəşlə barıt kimidir. Nə qədər günahsız olsalarda, barıt atəşə yaxınlaşsa yanar. Atəşlə suya bənzəyər. Atəş suyun içinə girərsə sönər. Aç qurdla xınalı quzuya da bənzər. Meşədə təzə ot var deyə quzunu aparar. Sonra quzunun canına oxuyar. Ateistlər, feministlər “Eyni otaqda qalsalar nə olar” deyə bilərlər, yəni onlar üçün bu normaldır, amma Müsəlman bir qadınla Müsəlman bir kişi üçün normal deyildir, yəni dinimizə ziddir. Dinimizə zidd bir xüsus üçün də niyyətimiz yaxşıdır demək doğru deyildir. Haram bir iş yaxşı niyyətlə də edilsə haramlıqdan çıxmaz. Spirtli içki içən, zina edən və ya hər cür haramı işləyən də yaxşı niyyətlə edirəm deyə bilər. Belə yaxşı niyyət insanı qurtarmaz. Hədisi-şərifdə, “Cəhənnəm yaxşı niyyətlilərlə doludur” buyurulur. Bir kimsə yaxşı niyyətlə işlədiyi harama alışar, sonra bunu dinin əmri zənn edər. Həzrəti Ömər, “Dininizi doğru öyrənib, buna uyğun yaşayın. Yoxsa yaşadığınızı din zənn edərsiniz” buyurur. Yaxşı və xalis niyyətə bir örnək verək:
“Odunların arasına ayağı sıxışan bir ayını adamın birı qurtarar. Ayı da adam yatarkən, mənim də ona bir yaxşılığım toxunsun deyə, üzünə qonan ağcaqanadları öldürmək istəyər. Böyük bir daşı adamın üzündəki ağcaqanadlara vurar. Bəli, ayı yaxşı niyyətlə ağcaqanadları öldürmüşsə də, adamın da başını əzmiş oldu. Göründüyü kimi tək yaxşı niyyət insanı qurtarmır, elm də şərtdir. Ayının elmi olsaydı, ağcaqanada vurduğu daşın adamı öldürəcəyini bilərdi. Bir qadınla bir kişi xəlvət edəndə, xəlvətin günahı və zərəri bilinərsə, əlbəttə xəlvətdən, nikahsız görüşməkdən çəkinilər.
Sual: Bir qadın, günah olar deyə kişi həkimə getməsə, xəstəliyi irəliləyib ölsə, günaha girmiş olar?
CAVAB
Bu barədə kitablarımızdakı bilgilər belədir:
Dərmandan istifadə etməyib ölən günaha girməz. Çünki dərmanın faydası qəti deyildir. (Rədd-ül-muxtar)
Yeməyib, içməyib aclıqdan, susuzluqdan ölən günaha girər. Halbuki, dərman almayıb ölən, günaha girməz. Fəqət, faydası qəti olan dərmandan istifadə etmək fərzdir. (S.Əbədiyyə)
Təsiri qəti olan səbəblərə yapışmaq lazımdır, bu səbəblərə yapışmayıb zərər görmək günah olar. (Hadiqa)
Qadın həkim tapılmazsa, xəstəlik təhlükəli və ya ağrılı isə, “Zərurətlər haramı mübah qılar” hökmünə uyğun gələrək kişi ginekoloqa da gedilə bilər.
Qocalarda xəlvət
Sual: Qoca kişilə qoca qadın birlikdə səfərə çıxmaları və tək bir otaqda qalmaları günah olar?
CAVAB
Yad qadınla bir yerdə tək qalmağa xəlvət deyilir ki, haramdır. Fəqət qoca qadınla müsafəha etmək və tək qalmaq caiz olar. (S.Əbədiyyə)
Çox qoca qadınla, qoca kişi səfərə çıxa bilər və tək qala bilər. (Əşbah)
Xəlvətə mane olmaq üçün
Sual: Quraşdırma və ya təmir işləri üçün gedilən bir evdə evin xanımı tək isə xəlvət olar?
CAVAB
Evin xanımı başqa otaqda olarsa və ya bu işləri etmək üçün iki nəfər gedilərsə, xəlvət olmaz.
Əmi (dayı, xala, bibi) oğlu yaddır
Sual: Mənim bir əmim oğlu var. Mənə naməhrəm olduğu halda, davamlı məktub yazır, uyğun olmayan şeylər yazır, həm özü günaha girir, həm də məni günaha salır. “Əmi oğlu, dayı oğlu, bibi oğlu ilə edilən görüşmələr günah olmaz” deyir. Elə bir şey vardır?
CAVAB
Nikah edilə bilənlər nə qədər yaxın qohum olarsa olsun yad hökmündədir. Bacısının əri, yəni yeznəsi də, baldızı da yaddır. Yadlarla eşqbazlıq etmək və ya xəlvəttə olmaq caiz olmaz.
Liftdə xəlvət
Sual: Liftdə xəlvət olar? Yəni, liftdə bir kişilə bir qadın olsa günah olar?
CAVAB
Bu, liftin vəziyyətinə görə dəyişər. Məsələn, çöldən içi görülən liftlərdə xəlvət olmaz. Görünməyən litflərdə mərtəbələrin birində başqa birisinin girmə ehtimalı varsa və ya liftdə kamera olduğu bilinirsə xəlvət olmayacağı kimi, iki və ya daha çox kişi varsa yenə xəlvət olmaz. Əgər çöldən liftə müdaxilə imkanı yoxdursa, təmamilə içəridən idarə edilirsə, bağlı liftdə bir qadınla xarici bir kişi varsa, o zaman günah olar.
Qardaş xanımı və baldızla xəlvət
Sual: Qardaş xanımı və baldızla eyni otaqda tək qalmağın dinən bir zərəri vardır?
CAVAB
Qardaş xanımı və baldız naməhrəmdir. Bir hədisi-şərif məali:
“Naməhrəm qadınla tək qalmaqdan çəkinin! Çünki üçüncüsü şeytan olar.” [Tirmizi]
Üçüncüsü şeytan olanda hər ikisinə də vəsvəsə verib günah işləmələrinə zəmin hazırlayar. Bunlar qohumdur deyə diqqət çəkməz. Bunun üçün onlarla bir otaqda tək qalmaları təhlükəlidir. Peyğəmbər əfəndimiz, “Yad qadınla tək qalmaqdan çəkinin!” buyuranda, oradakılar, “Bir qadının qaynı, yeznəsi kimi qohumlarıyla tək qalması da uyğun deyildir?” deyə soruşdular. “Qayın daha təhlükəlidir, ölüm kimidir” buyurdu. (Buxari)
Yeznə də qayın kimi təhlükəli olar.
Qocanın əlini öpmək
Sual: Gənc bir kişi qoca bir nənənin, gənc bir qız da, qoca bir babanın əlini öpsə, dinən zərəri olar?
CAVAB
Nənə və baba təsir etməz, amma gənclər bəlkə təsirlənə bilər. Qocalar məcbur qalmadıqca əllərini öpdürməmələri, gənclərin günah işləməsinə səbəb olmamaları lazımdır. Gənclər də məcbur qalmadıqca, qocaların əllərini öpməmələri lazımdır.
Qoca bir qadınla qoca bir kişi əllə görüşə bilər, bir otaqda qala bilər, birlikdə səfərə çıxa bilər, amma ehtiyac olmadan bunları da etməmələri yaxşı olar.
Xəlvət nədir?
Sual: S.Əbədiyyənin Sətri-övrət bəhsində, “Xəlvət, tərəfeynə görə haramdır” deyilir. Tərəfeynə görə deyildiyi zaman haram deyil deyənlərin də olduğu aydın olmur?
CAVAB
Tərəfeyn ifadəsindən, İmam-Azəm ilə İmam Muhammədi birlikdə ifadə etmək üçün istifadə edilər. Xəlvət, İmam Əbu Yusifə görə məkruhdur. Zərurət olanda bu qavillə əməl edilər.
Məscid kimi çöldən içərisi görünən hər kəsə açıq yerlərdə, nəqliyyat vasitələrində, dükanlarda, başqalarının da içəri girə biləcəyi, kilid olmayan rəsmi dairələrdə tək qalmaq xəlvət olmaz. Bir evin iki otağı bir yer sayılmaz. Yəni, evdə başqa kimsə olmasa da bir kişilə ona yad olan qadın ayrı otaqlarda olarsa xəlvət olmaz.
В корзине: 0 шт.
на сумму: 0